Hicranın ağırdır, dözə bilmirəm,O uca dağlardan en gəl, Anarım!Körpə ayaqların yaman yorulub,Sinəmin üstündə dincəl, Anarım.

Sənsiz nə gecəm var, nə də gündüzüm,Sən gedəndən bəri gülməyib üzüm,Gəl uzun kirpikli körpəcə quzum,Anarım, Anarım, dəcəl Anarım.

Dedilər heyransan gülün ətrinə,Gül qatdım şerimin hər bir sətrinə,Min cəfaya dözdüm sənin xətrinə,Anarım, Anarım, dəcəl Anarım!

Sən ceyran gözlüsən, çatmaqaşlısan,Tayın-tuşun çoxdur, yar-yoldaşlısan,Bəlkə məndən ayrı gözü yaşlısan,Olmuş bu ayrılıq əngəl, Anarım!

Dağların sinəsinə lalə, bənövşə,Yaylaqlar qonağı ol sən həmişə,Qoyma bu dağlara bir xəzan düşə,Tökülə yollara xəzəl, Anarım!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви