Gəldim ki, and içim, peyman eyləyim,Canımı canına qurban eyləyim.Gəlmədim ki, yıxıb eşqin mülkünü,Könlüm sarayını viran eyləyim.

Qonaqdır dünyada insan əzəldən,İyrəndim hər çirkin işdən, əməldən.Hissiz gözəllikdən, duzsuz gözəldən,Necə dad eyləyim, aman eyləyim.

Sınan ürək bir də çətin sağalır,Eşqin atəşindən bircə kül qalır.Səni gözləyirəm, yollar qaralır,Gözümü nə qədər giryan eyləyim?

Gəlsən də bir indi, gəlməsən də birXəyalın könlümün can evindədir.Qorxuram öldürə məni bu səbir,Qoyun bir ağlayım, fəğan eyləyim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов