Sən ey gül fəslinin dildarı, lalə,Yaşıl çəmənlərin sərdarı, lalə!Al-əlvan geyimli dağlar gözəli,Sən kimdən öyrəndin vüqarı, lalə?!

Səni kim yaratdı böylə alyanaq?Kiçik yarpağında incəliyə bax!Sənin rəngindədir sevdiyim bayraq,Sən ilk salamlarsan baharı, lalə!

Çöldə hər çiçəyin bir ətri olar,Hər gülün öz yeri, öz xətri olar,Şerimin ən əziz bir sətri olar,İlk bahar fəslinin şüarı, lalə!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви