El üçün ağlayanGözündən olar, –Dedi atalar.Xeyr, möhtərəm atalar,Ağır-ağır dövranlarınDərdini çəkən,Yazıq doğma bacıları –Fatma, TükəzbanlarınDərdini çəkən,Ehtişamı millətiTalan olanınGününə ağlayan,ÜrəyiniVətənin yaraları ilə dağlayan,Əsarət, nadanlıq, cəhalətZəncirlərini qırmağa çağıranMəktəb, maarif, mədəniyyət, –Deyə bar-bar bağıranSənətkar gözündən olmadı.Gözlərinin nuru onunŞölə çəkdiMəzlum Şərq ellərinə.Gözlərinin yaşı onunİnci kimi səpələndiYazıq vətən torpağınınVaxtsız solan güllərinə.Yanan bir ürəyinŞöləsindən işıqlandı vətən.Onun yanıqlı naləsindənOyandı Vətən,Oyandı Vətən.

Ona atılan,Qalaq-qalaq yığılanTənə daşlarındanƏbədi heykəl yarandı.Vətənin azadlıq bayrağıylaParladı onunArzusu, andı.İndi çöllər lalə daşqınıdır,Çəmənlər lalədən yanır,

Azadlığın şövqü iləElə bil alışıb vətən yanır.El üçün ağlayanGözündən olmur, atalar.Canlı göz yaşlarıyla,Suvarılan çiçəklərVətən torpağındaHeç zaman solmur, atalar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине