Gəlin, quşlar, kəpənəklər,Sarı-qırmızı çiçəklər,Gəlin, yarpağı ipəklər,Yerdə şadlanaq, şadlanaq,Bir də şadlanaq, şadlanaq.

Deyin xallı kəpənəyə,İşıldayan hər böcəyə,Bu axşam uçmasın göyə.Yerdə şadlanaq, şadlanaq,Bir də şadlanaq, şadlanaq.

Göyün parlaq ulduzları,İşıq saçar gecəyarı.Şadlıq edək biz də barı.Yerdə şadlanaq, şadlanaq,Bir də şadlanaq, şadlanaq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов