Bir cüt bacıdırSevinclə Gülşən,Bu qəşəng qızlarYaşayırlar şən.

Sevinc bir az küsəndəGülşən də küsüb gedir.Sevinc hər nə eləsəGülşən də onu edir.

Sevinc bir az acandaGülşən: – Acmışam – deyir...Anamla yatacağam –Sevinc – bu axşam – deyir.

Gülşən deyir: – AnamıMən heç kəsə vermərəm.Lap atam özü gəlibMənə desə, vermərəm.

Sevinc deyir: – İkimizGəl yataq anamla biz...Barışıb oynayırlar,Mehriban dostdur onlar.

Bir cüt bacılarSevinclə Gülşən,Bu qəşəng qızlarYaşayırlar şən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов