Unudulmuş da, atılmış gülü sevda kimiyəm,Gözlərindən çəkilən bir dəmi röya kimiyəm.

Hicr əlindən ürəyim qanə dönər şamü səhər,Üzünün nuruna həsrət şəbi-yelda kimiyəm.

Neyləmişdim sənə mən, beylə vəfasız çıxdın,Həsrətindən üzülən bülbülü-şeyda kimiyəm.

Hər keçən yolçudan ağlar gözüm əhval sorar,Hər buluddan su uman bir quru səhra kimiyəm.

Sənə bel bağladım, atdın məni, ey munisi can,İndi sənsiz yaşaram, tərki-dünya kimiyəm.

Əhdə sadiq, gözü yollarda Nigaram sensiz,Bivəfa, eşqinə pərvanə Züleyxa kimiyəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви