Könlün yenə min dərdinə bir çarə tapılmaz
Könlün yenə min dərdinə bir çarə tapılmaz,Bir dərdimi ərz eyləyən ol yarə tapılmaz.
Axşam qızaran göylərə endikdə qaranlıq,Könlüm evini yandıran odlarə tapılmaz.
Bir incə gülün, bir çiçəyin aşiqiyəm mən,Şərh eyləyən ol sirrimi dildarə tapılmaz.
Çıxdım gecələr seyrinə ahəstə o mahin,Gördüm ürəyimtək alışan narə tapılmaz.
Aşiqlərə sordum, dedilər: ey qəmi pünhan,Gizlin yaradan ağrısı çox yarə tapılmaz.
Min tən eləyib eşqinə öldürdü Nigarı,Bilməm necə oldu, o gözü qarə, tapılmaz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-konlun-yene-min-derdine-bir-care-tapilmaz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Şəfa bəxş dəmin ol Həzrəti İsadan ögrənmiş,Həyatı cavidanı ləblərin Xizrindən ögrənmiş.
Ağlama, yarım, ağlamaGedirəm, gələ bilmərəmAğlama, yarım, ağlama!
Nəhalmı var?Məstanə gözlərin xumarlanubdur,Can almaqda gənə xəyalmı var?
Bir namə yazım, badi-səba yarə yetirsinBir namə yazım, badi-səba yarə yetirsin,Şərhi-qəmimi ol büti-xunxarə yetirsin.