Ey gülü-xəndanımız, sərvi-xuramanımız,Mən səninəm, sən kimin? Ey təzə reyhanımız.

Can sənə təslim olub, ruh dolanır başına,Hər nə umursansa um, ey ruh ilə canımız!

Kəssə də dəstim qılınc, zülfün ucun vermərəm,Ta ki quca boynumu yar əli - mərcanımız.

Təşnə mənəm, çeşmə sən, söndür ürək yanğımı,Bal dodağındır sənin çeşmeyi-heyvanımız.

Макта — последний бейт с тахаллусом поэта. Can de Nizamiyə gəl, ta ki ucaltsın biziƏn ulu şah Axsitan - sahibi divanımız.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви