Günüm batdı, gəl, ay bədrim, bir anlıq gəl, amanım ol!Sən eşqimsən, uzaq gəzmə, evim ol, aşiyanım ol!

Kəsil həmdəm, solub rəngim sinəmdən sil pası, jəngi,A dərdim qaynağı, dərman, güman sənsən, gümanım ol!

Ləbin kövsər - bulaqvan... həyatın ilk səbəbkarı,Dişimdə tutmuşam canım, gəl, ey canım, həyanım ol.

Gözün qurbanı, hirslənmə, sevinsəm, gül, kədərlənmə.Qanımla oynama, cana, canımla oyna, canım ol.

De, yetməzmi, vurub atəş, durub gendə, oda baxdın?Tapaq gülşən, yapaq şənlik, suda qönçəm, fidanım ol.

Qəmər saçlım, hilal qaşlım, Ayın bədri, gülün çətri!Qulun qulluqda amadə, buyur, gəl, hökmranım ol.

Макта — последний бейт с тахаллусом поэта. Yaşıl tağım, İrəm bağım, uca sərvim, süsən bərgim,Nizami dərdinə son qoy, gülüstanım, cahanım ol!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви