Хосров и Ширин, глава 70
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
دگر باره جهاندار از سر مهربه گلرخ گفت کاِی سرو سمنچهر
Çox mehribanlıqla dedi cahangir:"Yasəmən üzlü sərv, bu sözlər nədir?
طبرخون با سهی سروت قرین بادطبرزد با طبرخون همنشین باد
Sərv o qamətinlə bir yoldaş olsun,İnnab dodağınla bir sirdaş olsun.
دهان جز من از جام لبت دورسَرِ جز من ز طوق غبغبت دور
Qeyrisi öpməsin gül dodağından,Yadlar uzaq olsun ağ buxağından.
عتابت گر چه زَهر ناب داردگذر بر چشمهٔ نوشآب دارد
Qəzəbin olsa da xalis bir zəhər.Zatında var onun baldan çeşmələr.
نمیگویم که بر بالا چراییبلا مَنمای، چون بالا نمایی
Soruşuram neyşə çıxdın yuxarı?Çıxmısan, gəl əzab artırma barı.
سهی سرو تو را بالا بلند استبه بالاتر شدن نادلپسند است
O uca sərvinin boyu qəşəngdir,Daha da yüksəlmək nəyə gərəkdir?
نثاری را که چشمم میفشاندکدامین منجنیق آنجا رساند؟
Gözümdən səpdiyim şabaşa bir bax,Yetirəcək ona hansı mancanaq?
مرا بر قصر کش یک میل بالانثار اشک بین یک پیل بالا
Bir mil ucalıqla qəsrə, görürsən,Bir fil ucalıqda yaş tökmüşəm mən.
چو بر من گنج قارون میفشاندیچو قارونم چرا در خاک ماندی؟
Bir Qarun xəznəsi edib sadağa,Qarun kimi niyə saldın torpağa?
دل اینجا، در کجا خواهم گشادن؟تن اینجا، سر کجا خواهم نهادن؟
Könül burda ikən, hara gedim mən?Rahat olarmı baş ayrılsa bədən?
چو حلقه گر بیابم بر درت باردرت را حلقه میبوسم فلکوار
Qapının halqası olsaydım, inan.Öpərdim fələktək sənin qapından.
شوم چون حلقه در طوق بر دوشخطا گفتم که چون دَر حلقهدرگوش
Qapı halqasıtək müti olaram,Yox, gültək qapında bitib qalaram.
مکن بر من جفا کز هیچ راهیندارم جز وفاداری گناهی
Gəl mənə vermə sən bu qədər cəfa.Bircə günahım var, o da ki, vəfa.
و گر دارم گناه، آن دل رحیم استگناه آدمی رسم قدیم است
Günahım varsa da, sən rəhm et, ey mah!Qədimdən adətdir insanda günah!
همه تندی مکن، لختی بیآرامرها کن توسنی، چون من شدم رام
Çox da acıqlanma, ol bir az aram.Harınlıq eyləmə mən olanda ram.
شبانی پیشه کن بگذار گرگیمکن با سر-بزرگان سر-بزرگی
Gəl, çobanlıq eylə, olma canavar,Belə dikbaşlıqdan, söylə, nə çıxar?
نشاید خوی بد را مایه کردنبزرگان را چنین بیپایه کردن
Bədxasiyyət olma, yola gəl bir az,Böyükləri belə alçaltmaq olmaz.
چو خاک انداختی بر آستانمنه آن گاهیت خاکانداز خوانم؟
Məni torpaq kimi atdın kandara,Gəl qoşma belə tez xəkəndazlara
مگو کز راه من چون فتنه برخیزچو برخیزم تو باشی فتنهانگیز
Mənə, fitnə kimi "yoldan dur" demə,Sən səbəb olarsan sonra fitnəmə.
مکن کاین ظلم را پرواز بینیگر از من نی، ز گیتی باز بینی
Bu zülmü eləmə, əvəz görərsən,Məndən olmasa da, bu zəmanədən.
نه هر خوانی که پیش آید توان خوَردنه هرچ از دست برخیزد توان کرد
Hər gələn xörəyi tez yemək olmaz,Hər əldən gələni eləmək olmaz,
نه هر دستی که تیغ تیز داردبه خون خلق دستآویز دارد
Əldə iti qılınc varınsa əgər,Bu, qan axıtmağa dəlildir məgər?
من این خواری ز خود بینم، نه از توگناه از بخت بد بینم، نه از تو
Mən öz əməlimdən oldum belə xar,Bu kor bəxtimdədir bütün günahlar.
جرس بیوقت جنبانید کوسمدُهل بیوقت زد بانگ خروسم
Çox vaxtsız gurladı mənim təbilim,Tez dindi xoruzum, qısadır dilim.
و گر نه در دمه سوزم که دیدیچنین روزی بدین روزم که دیدی
Yoxsa bu bürküdə mən yanmaz idim,Belə günə qalıb utanmaz idim.
غلط گفتم که عشق است این نه شاهینباشد عشق بیفریادخواهی
Burda şahlıq yoxdur, eşq adı vardır,Hər eşqin bir cürə fəryadı vardır.
بکن چندان که خواهی ناز بر منمزن چون راندگان آواز بر من
Nə qədər istəsən naz elə, ey yar,Ancaq qovma məni qapından kənar.
اگر بر من به سلطانی کنی نازبگو تا خط به مولایی دهم باز
Əgər sultan kimi naz eləyirsən,Sənə qul olmağa müntəzirəm mən.
اگر گوشم بگیری تا فروشیکنم در بیعتِ بیعت خموشی
Tutub qulağımdan satsan da əgər,Bu qulun yenə də itaət eylər.
و گر چشمم کنی، سر پیش دارمپس این چشم دگر در پیش آرم
Gözümü çıxartsan, bir söz demərəm,Verib, o birin də çıxart deyərəm.
کمربندیت را بینم به خونمکلهداریت را دانم که چونم
"Qulunam" yenə də qanımı töksən,Səni ki, özümə şah bilirəm mən.
اگر گردد سرم بر خنجر از توبه سر گردم، نگردانم سر از تو
Əlində keçsə də başım xəncərə,İnan ki, dönmərəm səndən bir kərə.
مرا هم جان تویی هم زندگانیگر آخر کس نمیداند تو دانی
Mənim əziz canım, həyatım sənsən,Heç kim də bilməsə, sən ki bilirsən.
به هُشیاری و مستی گاه و بیگاهنکردم جز خیالت را نظرگاه
Daim fikrimdədir xəyalın sənin,Gözlərimdə durur camalın sənin.
کسی جز من گر این شربت چشیدیسر و کارش به رسوایی کشیدی
Başqası dadsaydı bu şərbəti, bil,El içində çoxdan olmuşdu xəcil.
به خلوت جامه از غم میدریدمبه زحمت جامهٔ نو میبریدم
Qəmdən paltarımı yırtırdım gizlin,Yenidən tikirdim yenə çox çətin.
بدان تا لشگر از من برنگرددبنای پادشاهی در نگردد
Deyirdim qoşunun dönməsin üzü,Birdən qaralmasın şahlıq gündüzü.
نه رندی بودهام در عشق رویتکه تنبوری به دست آیم به کویَت
Üzünün eşqiylə rind olmamışamKi, tənburla gəlim yanına müdam.
جهانداور منم در کار سازیجهاندار از کجا و عشق بازی؟
Sahib olsam da mən bütün diyara,Eşqbazlıq hara, bu şahlıq hara?
ولی چون نام زلفت میشنیدمبه تاج و تخت بویی میخریدم
Zülfünün adını eşidən zamanHazırdım keçməyə taxt-tacımdan.
به تن با دیگری خرسند بودمز دل تا جان تو را دربند بودم
Bədənim olsa da başqasıyla şad,Qəlbim xəyalınçün edirdi fəryad.
به فتوای کژی آبی نخوردمبرون از راستی کاری نکردم
Əyrilik suyuyla kasam dolmadı,Doğruluqdan başqa işim olmadı.
اگر گامی زدم در کامرانیجوان بودم چنین باشد جوانی
Əgər gözəllərdən kam alsam bir az.Cavanlıq işidir, danlamaq olmaz."
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-xosrov-ve-sirin-70
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Gözə ol şəh yolidin özgə gubari bolmasun,Məndin özgə kimsəgə andin güzari bolmasun.
Bu, bir bürhan durur xəlqə vücudi-vacibi-həqdənBu, bir bürhan durur xəlqə vücudi-vacibi-həqdən**Ey əql dəvani-bəzmi-idrak,
GördümMəqabirdən güzər etdim,Əcaib mərdüman gördüm,
DarıxdımSən mənim pöhrəmsən ilk baharımda,Zövqünü yaşatdın arzularımda.