Hər gecə umar könül ki, bu gecə gələr baharım,Bu qərara gəlməsə yar, kəsilər mənim qərarım.

Başqa gözlərə baxanda gözü nərgizə dönən yar,Nə üçün tikan olur bəs, bizə qəmzən, ey vüqarım!

Neçə düşmənim gülür ki, bizə yad ona yaxınsan,Sifətim yanır həyadan, necə yarsan, ey qubarım!

Mənə düşmən olsa dünya, yenə qorxmaram inan heç.Təki ərk ilə bir axşam qapımı qıra nigarım.

Necə sən hümasan, ey can, ələ düşməyin nə müşkül,Nə gözə şikar olursan, nə də qəlbə, ey xumarım.

Макта — последний бейт с тахаллусом поэта. Hər sevən sanır onunsan, leyk sən Axistanınsan.Get, ona yaxınlaş, ey can, a Nizamidən kənarım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви