Лейли и Меджнун, глава 22
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
نوفل ز چنین عتاب دلکششد نرم چنانکه موم از آتش
برجست و به عزم راه کوشیدشمشیر کشید و دِرع پوشید
صد مرد گزین کارزاریپرّنده چو مرغ در سواری
آراسته کرد و رفت پویانچون شیر سیه شکار جویان
چون بر در آن قبیله زد گامقاصد طلبید و داد پیغام
کاینک من و لشگری چو آتشحاضر شدهایم تند و سرکش
لیلی به من آورید حالیورنه من و تیغ لاابالی
تا من به نوازشی که دانماو را به سزای او رسانم
هم کشتهٔ تشنه آب یابدهم آب رسان ثواب یابد
چون قاصد شد پیام او بردشد شیشهٔ مهر در میان خرد
دادند جواب کاین نه راه استلیلی نه کُلیچه، قرص ماه است
کس را سوی ماه دسترس نیستنه کار تو کار هیچکس نیست
او را چه بری که آفتاب استتو دیو رجیم و او شهاب است
شمشیر کشی، کشیم در جنگقاروره زنی زنیم بر سنگ
قاصد چو شنید کام و ناکامباز آمد و باز داد پیغام
بار دگرش به خشمناکیفرمود که پایدار خاکی
کای بیخبران ز تیغ تیزمفارغ ز هیون گرم خیزم
از راه کسی که موج دریاستخیزید و گرنه فتنه برخاست
پیغام رسان او دگر بارآورد پیام ناسزاوار
آن خشم چنان در او اثر کردکهآتش ز دلش زبان بهدر کرد
با لشکر خود کشیده شمشیرافتاد در آن قبیله چون شیر
وایشان بههم آمدند چون کوهبرداشته نعرهای به انبوه
بر نوفلیان عنان گشادندشمشیر به شیر در نهادند
دریای مصاف گشت جوشانگشتند مبارزان خروشان
شمشیر ز خون جام بر دستمیکرد به جرعه خاک را مست
سر پنجهٔ نیزهٔ دلیرانپنجه شکن شتاب شیران
مرغان خدنگ تیز رفتاربرخوردن خون گشاده منقار
پولادهٔ تیغ مغز پالایسرهای سران فکنده بر پای
غریدن تازیان ِ پرجوشکر کرده سپهر و ماه را گوش
از صاعقهٔ اجل که میجستپولاد به سنگ در نمیرست
زوبین بلا سیاستانگیزسر چون سر موی دیلمان تیز
خورشید درفش ده زبانهچون صبح دریده ده نشانه
شیران سیاه در دریدندیوان سپید در دویدن
هرکس به مصاف در سواریمجنون به حساب جانسپاری
هرکس فرسی به جنگ میرانداو جمله دعای صلح میخواند
هرکس طللی به تیغ میکشتاو خویشتن از دریغ میکشت
میکرد چو حاجیان طوافیانگیخته صلحی از مصافی
گر شرم نیامدیش چون میغبر لشگر خویشتن زدی تیغ
گر طعنه زنش معاف کردیبا موکب خود مصاف کردی
گر خندهٔ دشمنان ندیدیاول سر دوستان بریدی
گر دسترسش بُدی به تقدیربر هم سپران خود زدی تیر
گر دل نزدیش پای پشتیپشتیگر خویش را بکشتی
میبود در این سپاه جوشانبر نصرت آن سپاه کوشان
اینجا به طلایه رخش راندهوآنجا به یَزَک دعا نشانده
از قوم وی ار سری فتادیبر دست بُرنده بوس دادی
وآن کشته که بد ز خیل یارشمیشست به چشم سیل بارش
کرده سر نیزه زین طرف راستسر نیزهٔ فتح از آن طرف خواست
گر لشگر او شدی قویدستهم تیر بریختی و هم شست
ور جانب یار او شدی چیرغریدی از آن نشاط چون شیر
پرسید یکی کهای جوانمردکز دور زنی چو چرخ ناورد
ما از پی تو به جان سپاریبا خصم تورا چراست یاری؟
گفتا که چو خصم یار باشدبا تیغ مرا چهکار باشد؟!
با خصم نبرد خون توان کردبا یار نبرد چون توان کرد؟
از معرکهها جراحت آیداینجا همه بوی راحت آید
آن جانب دست یار داردکس جانب یار خوار دارد؟
میل دل مهربانم آنجاستآنجا که دل است جانم آنجاست
شرط است به پیش یار مردنزو جان ستدن ز من سپردن
چون جان خود این چنین سپارمبر جان شما چه رحمت آرم
نوفل به مصاف تیغ در دستمیکشت بسان پیل سرمست
میبرد به هر طریده جانیافکند به حملهای جهانی
هرسو که طواف زد سر افشاندهرجا که رسید جوی خون راند
وان تیغ زنان که لاف جستندتا اول شب مصاف جستند
چون طرهٔ این کبود چنبربر جبهت روز ریخت عنبر
زاین گرجی طره برکشیدهشد روز چو طره سربریده
آن هردو سپه ز هم بریدندبر معرکه خوابگه گزیدند
چون مار سیاه مهره برچیدضحاک سپیدهدم بخندید
در دست مبارزان چالاکشد نیزه بسان مار ضحاک
در گرد قبیلهگاه لیلیچون کوه رسیده بود خیلی
از پیش و پس قبیله یارانکردند بسیج تیر باران
نوفل که سپاهی آنچنان دیدجز صلح دری زدن زیان دید
انگیخت میانجییی ز خویشانتا صلح دهد میان ایشان
کاینجا نه حدیث تیغ بازی استدلالگییی به دل نوازی است
از بهر پری زده جوانیخواهم ز شما پری نشانی
وز خاصهٔ خویشتن در اینکارگنجینه فدا کنم به خروار
گر کردن این عمل صواب استشیرینتر از این سخن جواب است
ور زانکه شکر نمیفروشیددر دادن سرکه هم مکوشید
چون راست نمیکنید کاریشمشیر زدن چراست باری؟
چون کرد میانجی این سرآغازگشت آن دو سپه ز یکدگر باز
چون خواهش یکدگر شنیدنداز کینهکشی عنان کشیدند
صلح آمد دور باش در چنگتا از دو گروه دور شد جنگ
Nofəl bu xoş olan umu-küsüdənOdlarda mum kimi yumşaldı, bilsən.
Qalxıb hazırlaşdı yol səfərinə,Havada parladı qılıncı yenə.
Atlandı quş kimi o böyük hünər,Toplandı başına sadiq igidlər.
Atının nalından odlar qoparaq,Meydana şir kimi girdi çaparaq.
Elə ki, yetişdi o qəbiləyə,Bir elçi çağırdı, sözüm var, deyə,
Nofəl ismarladı: "Öz ordumla mənOd kimi keçərəm üzərinizdən.
Bu saat Leylini gətirin mana,Qılınc girəcəkdir yoxsa meydana.
Göstərin Leylini, hardadır o qız?O öz aşiqinə yetişsin yalnız.
Qoy, susuz can verən bir suya çatsın,Ona su verən də savaba batsın".
Çatdı qəbiləyə Nofəlin səsi,Sındı ortalıqda eşqin şüşəsi.
Cavab verdilər ki: "Bu mümkün olmaz,Leyli ayparadır, düşünün bir az.
Ona əl yetişməz, aydır o dilbər,Heç kəsin əlindən gəlməz bu hünər.
Qılınca qılıncla qisas alarıq,Qarurə atsan da daşa çalarıq".
Qasid baş götürüb qayıtdı geri,Nofələ söylədi haman sözləri.
Nofəl acıqlanıb, dedi qasidə:"Bu saat piyada qayıdıb yenə,
De: - Dadmamışsınız qılıncımı siz,Bu köhlən atımdan xəbərsizsiniz,
Dəniz dalğasıyam, qaçın qarşımdan,Yoxsa tufan qopar hər bir daşımdan.
Qasid yenə gedib cavab gətirdi,Nofələ nalayiq sözlər yetirdi,
Nofəl acıqlandı qəzəblənərək,Köksündə od tutub alışdı ürək.
Sonra qılıncını çəkdi dörd yana,Qoşunla şir kimi girdi meydana.
Onlar da qabağa ordu tökdülər,Dağ kimi tərpənib nərə çəkdilər.
Nofəlgil tərəfə at oynatdılar,Şirin qarşısına qılınc atdılar.
Coşdu dəniz kimi, qızışdı meydan,Havadan od yağdı, gölə döndü qan.
Qılıncın əlində qan piyaləsi,Torpağı məst etdi bu qan laləsi.
Aslanlar gəldikcə pəncə-pəncəyə,Toqquşdu nizələr, intiqam, deyə.
O tökülən qanlar çatdıqca dizə,Oxlar quzğun kimi töküldü düzə.
Qılınclar beyinlə şirələndikcə,Bədəndən ayrılan başlar əndikcə,
Qızmış ərəblərin o nərəsindənGöylərin qulağı kar oldu bilsən.
Əcəl ildırımı şığıyan zamanAlov püskürürdü daşın ağzından.
Deyləmi tükünün ucları kimiQəhr edən zubinin ucu itiydi.
Günəş on cıqqalı bayrağa bənzər,Sanki qızarmışdı yenə ilk səhər.
Daşlar deşik-deşik Sürəyya kimi,Yer qana dönmüşdü bir dərya kimi.
Hər şirin baxışı alov saçmışdı,Qara ilan kimi ağız açmışdı.
Yırtıb dağıtdıqca o qara şirlər,Ağ atlar div kimi əlləşirdilər.
Hər kəs bu döyüşə atlanan zamanMəcnun can verirdi ruhu pərişan.
Hamı at çapdıqca müharibəyə,O dua edirdi barışıq deyə.
Hər kəs çıxardıqca düşmən gözünü,O həlak edirdi dərddən özünü.
Açıb öz qəlbində dua yelkəni,Sülhə çağırırdı müharibəni.
O utanmasaydı, qalxıb durardı,Bulud tək özünə qılınc vurardı.
El qınamasaydı bu dəmdə onu,Qırıb qurtarardı öz qoşununu.
Olmasa düşmənin tənəsi əngəl,Dostların başını kəsərdi əvvəl.
Təqdir kamanına çatsaydı əli,Ox atıb dostları qırardı, bəli.
Onun dediyini desəydi ürək,Öz yoldaşlarını qırardı, gerçək.
Bu qoşun içində coşurdu Məcnun,İstərdi ki, bassın o biri qoşun.
Burda axtarışa at səyirdərdi,Ordakı qoşuna dua edərdi.
Öz tərəflərindən ölsə bir nəfər,Onu öldürənin əlindən öpər.
Leyligil tərəfdən məhv olanlaraGöz yaşı tökərdi bu bəxti qara.
Bu yandan o yana nizə tutardı,Düşmən nizəsinə duası vardı.
Bəzən öz qoşunu gələndə üstünAtardı kamanı, oxu büsbütün.
Elə ki, yar tərəf qalib gələrdiŞir kimi nərəsi dağlar dələrdi.
Bir nəfər soruşdu: "Niyə, ey cavan,Döyüşdən çarx kimi kənar qaçırsan.
Biz sənin uğrunda can qoyuruq bil,Düşmənlə dostluğun heç insaf deyil".
Dedi: "Sevgilimdir dediyin əğyar,Mənim qılınclarla nə işim aşar.
Düşməni qanına qərq etmək olar,Dostla vuruşmağın mənasımı var?
Döyüşdən su kimi qanlar çağlayır.Canansa o tayda yara bağlayır.
Məşuqə verdikcə aşiqə nəfəs,Aşiq də verməli ona bir əvəz.
Yar sürmə göndərir ayaq tozundan,Mən ona daş atsam, qıyarmı vicdan?
Mənə bal vədəsi vermişdir o yar,Mən sirkə göndərsəm layiqmi olar?
Yarın əli varsa o yanda əgər,Kim canan tərəfi zəlil istəyər?
Ordadır istəyim, qəlbim, həvəsim,Qəlbim hardadırsa orda nəfəsim.
Canana can vermək xoşdur əzəldən,Canmı əsirgəyim mən o gözəldən?
Mən ki, öz canımdan keçmişəm belə,Yazığım gələrmi sizlərə, söylə!
" Soruşan bir ona, bir yerə baxdı,Göz yaşı torpağa sel kimi axdı.
Məcnunsa döyüşdən uzaq düşərək,Tozların içində oynayırdı tək.
Nofəl qılıncını çəkib dörd yana,Bir sərxoş fil kimi girib meydana,
Hər oxda bir nəfəs, bir can alardı,Hər bir həmləsində cahan alardı.
Qan arxı çəkirdi gəzdiyi yerdə,Qan yeyib-içməkdən doymuşdu yer də.
Qılınc oynadırdı şöhrət gəzənlər,Axşam qaranlığı çökənə qədər.
Canan zülfü kimi qaraldı göylər,Gündüzün üzünə töküldü ənbər.
Siyah tellərini düzdükcə gürcü,Qaraldı get-gedə göylərin bürcü.
Bu zaman ayrıldı düşmən qoşunlar,Döyüş meydanında yatışdı onlar.
Elə ki, o qara ilan büküldü,Ağ nəfəsli Zöhhak-günəş də güldü.
Qalxdı hər pəhlivan, hər igid əsgər,Zöhhak ilanına döndü nizələr,
Qoşunla dolmuşdu Leylinin yurdu,O yerdə dağ kimi ordu dururdu.
Düşməni qarşıdan, arxadan səf-səfOxlara tutmuşdu Leyligil tərəf.
Nofəli qorxutdu o daşğın ordu,O artıq, sülh üçün dayanıb durdu.
Öz adamlarından tapıb bir nəfər,Tapşırdı: "Sülh üçün bir tədbir göstər.
De ki, qan tökməyə gəlməmişik biz,Yalnız bir könüldür istədiyimiz.
Divanə bir gəncə söz vermişəm mən,Yalnız bir gözəldir istəyim sizdən.
Öz dövlətimdən də keçirəm bu dəm,Sizə xalvar-xalvar qızıl verirəm.
Məsləhət görsəniz bu sövdanı siz,Qəlb açan bir cavab verməlisiniz.
Şəkər satmasanız bu yerdə bizə,Sirkə də tökməyin istəyimizə.
Yaxşılıq gəlməsə əllərinizdən,İntiqam almayın qılıncla bizdən..."
Elçi bu sözləri verincə xəbər,Qızmış orduları geri çəkdilər.
Hamıya xoş gəldi bu gözəl dilək,Ordular döyüşdən geri dönərək,
Barışıq nəğməsi çaldıqca, çənglər,O qanlı döyüşdən qalmadı əsər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-leyli-ve-mecnun-22
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Все небо закрывала, словно пламя,Его любовь могучими крылами.
Лейли и Меджнун, глава 17И, сострадая сыну своему,Сорвал отец с седой главы чалму,
Лейли и Меджнун, глава 18کبکی به دهن گرفت موریمیکرد بر آن ضعیف زوری
Лейли и Меджнун, глава 19Семи небес многоочитый свод,Семи планет хрустальный хоровод,
Стихи других поэтов
Badi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
Salma gözdən bu zaman, ey şəhi-əbrar məniSalma gözdən bu zaman, ey şəhi-əbrar məni,Qılma ənduhü qəmü dərdə giriftar məni,
GəlmədiGecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi,