چون نور چراغ آسمان‌گرداز پردهٔ صبح سر به در کرد

در هر نظری شگفت باغیشد هر بصری چو شب‌چراغی

مجنون چو پرنده زاغ پویانپروانه صفت چراغ جویان

از راه رحیل خار برداشتهنجار دیار یار برداشت

چون بوی دمن شنید بنشستیک لحظه نهاد بر جگر دست

باز از نفسش برآمد آوازچون مرده که جان بدو رسد باز

شد پیر زنی ز دور پیدابا او شخصی به شکل شیدا

سر تا قدمش کشیده در بندوان شخص به بند گشته خرسند

زن می‌شد در شتاب کردنمی‌برد ورا رسن به گردن

مجنون چو اسیر دید در بندزن را به خدای داد سوگند

«کاین مردِ به‌بند کیست با تو؟دربند ز بهر چیست با تو؟»

زن گفت «سخن چو راست خواهیمردیست نه بندی و نه چاهی

من بیوه‌ام این رفیق درویشدر هر دو ضرورتی ز حد بیش

از درویشی بدان رسیدمکاین بند و رسن در او کشیدم

تا گردانم اسیروارشتوزیع کنم به هر دیارش

گرد آورم از چنین بهانهمشتی علف از برای خانه

بینیم کزان میان چه برخاستدو نیمه کنیم راستا راست

نیمی من و نیمی او ستاندگردی به میانه در نماند»

مجنون ز سر شکسته بالیدر پای زن اوفتاد حالی

ک«این سلسله و طناب و زنجیربر من نه از این رفیق برگیر

کاشفته و مستمند ماییماو نیست سزای بند ماییم

می‌گردانم به روسیاهیاینجا و به هر کجا که خواهی

هرچ آن بهم آید از چنین کاربی‌شرکتِ من تراست بردار»

چون دید زن اینچنین شکاریشد شاد به این چنین شماری

زان یار بداشت در زمان دستآن بند و رسن همه در این بست

بنواخت به بند کردن او رامی‌برد رسن به گردن او را

او داده رضا به زخم خوردنزنجیر به پای و غل به گردن

چون بر در خیمه‌ای رسیدیمستانه سرود برکشیدی

لیلی گفتی و سنگ خَوردیدر خوردن سنگ رقص کردی

چون چند جفاش برسرآوردگرد در لیلی‌اش برآورد

چون بادی از آن چمن بر او جستبر خاک چمن چو سبزه بنشست

بگریست بر آن چمن به زاریچون دیده‌ی ابر نوبهاری

سر می‌زد بر زمین و می‌گفت«کی من ز تو طاق و با غمت جفت

مجرم‌تر از آن شدم دراین راهکازاد شوم ز بند و از چاه

اینک سروپای هر دو در بندگشتم به عقوبت تو خرسند

گر زانکه نموده‌ام گناهیمعذور نیم به هیچ راهی

من حکم کش و تو حکم رانیتأدیب کنم چنان که دانی

منگر به مصاف تیغ و تیرمدر پیش تو بین که چون اسیرم

گر تاختنی به لطمه کردماز لطمهٔ خویش زخم خوردم

گر دی گنهی نمود پایمامروز رسن به گردن آیم

گر دست شکسته شد کمانگیراینک به شکنجه زیر زنجیر

زان جرم که پیش ازین نمودمبسیار جنایت آزمودم

مپسند مرا چنین به خواریگر می‌کشیم بکش چه داری

گر جز به تو محکم است بیخمبرکش چو صلیب چارمیخم

ای کز تو وفاست بی‌وفاییپیش تو خطاست بی‌خطایی

من با تو چو نیستم خطاکارخود را به خطا کنم گرفتار

باشد که وفایی آید از تویا تیر خطایی آید از تو

در زندگیم درود ناریدستی به سرم فرود ناری

در کشتگیم امید آن هستکاری به بهانه بر سرم دست

گر تیغ روان کنی بدین سرقربان خودم کنی بدین در

اسماعیلی ز خود بسنجماسماعیلی‌ام اگر برنجم

چون شمع دلم فروغ‌ناک استگر باز بری سرم چه باک است؟

شمع از سر دردسر کشیدنبه گردد وقت سر بریدن

در پای تو به که مرده باشمتا زنده و بی‌تو جان خراشم

چون نیست مرا بر تو راهیزین پس من و گوشه‌ای و آهی

سر داده و آه بر نیارمتا پیش تو درد سر نیارم

گویی ز تو دردسر جدا باددرد آن من است، سر تو را باد»

این گفت و ز جای جست چون تیردیوانه شد و برید زنجیر

از کوههٔ غم شکوه بگرفتچون کوهه گرفته کوه بگرفت

بر نجد شد و نفیر می‌زدبر خود ز تپانچه تیر می‌زد

خویشان چو ازو خبر شنیدندرفتند و ندیدنی بدیدند

هم مادر و هم پدر در آن کارنومید شدند ازو به یکبار

با کس چو نمی‌شد آرمیدهگفتند به ترک آن رمیده

و او را شده در خراب و آبادجز نام و نشان لیلی از یاد

هر کس که بدو جز این سخن گفتیا تن زد، یا گریخت، یا خفت

O göylər pərisi günəş yananda,Səhər pərdəsindən baş qaldıranda

Hər baxış bəzənib durdu bağ kimi,Hər göz də parladı, bir çıraq kimi.

Məcnun da qaçırdı qarğa kimi tək,Bir şam axtarırdı pərvanələr tək.

Basıb köç yolunda tikanlıqları,Qaçırdı cananın yurduna sarı...

Canan qoqusunu havadan duydu,Bir anlıq əlini köksünə qoydu.

Elə bil, canlandı ölmüş bir bədən,Dayanmış bir ürək çarpdı yenidən.

Uzaqdan bir qarı göründü bu dəm,Yanınca gəlirdi bir talei kəm.

Zəncir vurulmuşdu o divanəyə,O da şadlanırdı, xoşbəxtəm deyə...

Qarı çox sürətlə addım atırdı,Boynu zəncirlini çəkib dartırdı.

Məcnun o əsiri gördüyü zamanQarıya and verib dedi: "Bir dayan,

Kimdir yanındakı bu zəncirli kəs?Neçin zəncirlidir bu divanə şəxs?"

Qadın cavab verdi: "Düzünü desəm,Divanə deyildir, bu talei kəm,

Mən dulam, bu da bir kasıb insandır,Bunun da, mənim də günümüz qandır.

Ah, bizi salmışdır yoxsulluq əldən,Bunu zəncirlərə bağladım ki, mən

Əsir sifətində gəzdirim barı,Gəzib dolandırım bu obaları,

Gəzək şəhər-şəhər, həm ölkə-ölkə,Bir ovuc yem tapam evimə, bəlkə.

Bundan əlimizə düşənləri bizİkicə hissəyə bölək tər-təmiz.

Bir toz da qalmasın haman ruzidən,Nə tapsaq, bölüşək biz onları tən".

Məcnun, qol-qanadı sınmışlar kimi,Yıxıldı qarının ayağına ki:

"Aç onun boynundan o zənciri sən,Gəl mənim boynuma bağla əlinlən.

O divanə deyil, divanə mənəm,Çünki mən layiqəm zəncirə bu dəm.

Hayana istəsən, al apar məni,Üzü qaralıqla gəzdir ölkəni.

Bu işdən əlinə nə düşsə hər gün,Yalnız sənin olsun onlar büsbütün".

Qadın bu şikarı görüncə həmən,Nə qədər şad oldu bu təsadüfdən.

Atıb yoldaşını, çox razı qaldı,Zənciri Məcnunun boynuna saldı.

Qadın zəncirlədi yazıq Məcnunu,Boynuna ip salıb apardı onu.

Gəzdirdi aşiqi o diyar-diyar,Bir yerdə dayanıb tutmadı qərar.

El yazıq aşiqi görüncə darda,Gülənlər də oldu, ağlayanlar da.

Qafillər Məcnuna baxıb gülürdü,Aqillər gözündən yaş tökülürdü.

Ayağında buxov, boynunda zəncirMəcnun tənələrə dözürdü bir-bir.

Bir çadır yanına yetişdi birdən,Od, alov parladı nəğmələrindən.

O "Leyli" dedikcə, daşlar yeyirdi,Daş altda rəqs edib canan deyirdi.

Qadın yedəyində çəkdi Məcnunu,Leyli qapısına gətirdi onu.

Çəmənin nəsimi ona dəyəndəDayandı sərv tək yaşıl çəməndə.

Aşiq o çəməndə ağladı zar-zar,Sanki ilk baharda yağdı buludlar.

O, yerə baş döyüb deyirdi: "Canan,Özündən ayrıyam, dərdinlə həmcan.

Zəncirdən, quyudan qaçdığım üçünYanında təqsirkar olmuşam bu gün.

İndisə zəncirdə sızlayır bədən,Verdiyin cəzaya şadam ürəkdən.

Yanında çox oldu mənim günahım,Üzürsüz gəlmişəm, ey qibləgahım.

Bil ki, hakimimsən, məhkumam sənə,Öz bildiyin kimi cəza ver mənə.

Qılınc vurmağıma baxma, ey sənəm,Sənin hüzurunda yenə əsirəm.

Atımı sürdümsə siz tərəfə mən,Min yara almışam mən öz zərbəmdən.

Ayağım etdisə dünən bir günah.Bu gün baş qoymuşam ayağına, ah!

Sizə ox atdısa bu sınmış əlim,İndi zəncirlidir o da, gözəlim.

O zaman bir günah etdimsə əgər,Bəsdir bu çəkdiyim ağır cəzalər.

Qıyma ki, bu cürə zəlil olum mən,Bir dəfə canımı çıxar bədəndən.

Səndən özgəsinə meyl etsə ürək,Gəl, məni xaç kimi çarmıxlara çək.

Ey vəfasızlığı vəfadan parlaq,Xətadır yanında xətasız olmaq.

Qarşında xətasız dayanıb bu dəm,Özümü xətaya düçar edirəm.

Bəlkə vəfa görəm bu yolla səndən,Ya da atdığın ox keçə sinəmdən.

Nə qədər ki sağam salamımı sənAlıb bir başıma əl çəkməyirsən.

Razıyam, gəl öldür məni, ey mələk,Öldür ki, başıma əlin dəyəcək.

Bir qılınc endir ki, başıma, cananMən olum qapında kəsilən qurban.

Mən İsmayıl kimi saxlaram ədəb,İncisəm, qoy olum İsmayıl məzhəb.

Şam kimi alışıb yanır bədənim,Qorxmaram başımı qoparsan mənim.

Bir şamın başını qoparanda biz,O, baş ağrısından xoş olar şəksiz.

Ayağın altında can verib ölsəm,Sənsiz yaşamaqdan bu xoşdur, nə qəm.

Madam ki bağlıdır yanına yolum,İşim ah olacaq, qurbanın olum!

Başım ayrılmayır qəmdən, qüssədən,Səninsə başını ağrıtmayım mən.

İstəsən başından dərd uzaq olsun,Dərd mənəm, qoy ölüm, başın sağ olsun".

Deyərək, ox kimi qalxdı yerindən,Tutub parçaladı zənciri birdən.

Qəmlərdən şadlanan o bəxti qaraDağ vəhşisi kimi qaçdı dağlara.

Nəcdə çatan kimi inləyib durdu,Özünə ox kimi sillələr vurdu.

Ondan soraq alıb getdi qohumlarGörünməmiş bir hal gördülər onlar.

Atası, anası ağlayıb qəlbən,Artıq əl üzdülər o divanədən.

Heç kəsə yovuşmaz görüb Məcnunu,Yalnız özbaşına qoydular onu.

Gördülər yamandır onun bu halı,Leylini axtarır darğın xəyalı.

Yanında başqa bir söz danışsalar,Özünü döyərək tutmazdı qərar...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов