شبگیر که چرخ لاجوردیآراست کبودیی به زردی

خندیدن قرص آن گل زردآفاق به رنگ سرخ گل کرد

مجنون چو گل خزان رسیدهمی‌گشت میان آب دیده

زان آب که بر وی آتش افشاندکشتی چو صبا به خشک می‌راند

از گرمی آفتاب سوزانتفسید به وقت نیم روزان

چون سایه نداشت هیچ رختیبنشست به سایهٔ درختی

در سایهٔ آن درخت عالیگرد آمده آبی از حوالی

حوضی شده چون فلک مدورپاکیزه و خوش چو حوض کوثر

پیرامن آب سبزه رستههم سبزه هم آب روی شسته

آن تشنه ز گرمی جگر تابزان آب چو سبزه گشت سیراب

آسود زمانی از دویدنوز گفتن و هیچ ناشنیدن

زان مفرش همچو سبز دیبامی‌دید در آن درخت زیبا

بر شاخ نشسته دید زاغیچشمی و چه چشم چون چراغی

چون زلف بتان سیاه و دلبندبا دل چو جگر گرفته پیوند

صالح مرغی چو ناقه خاموشچون صالحیان شده سیه‌پوش

بر شاخ نشسته چست و بیناهمچون شبه در میان مینا

مجنون چو مسافری چنان دیدبا او دل خویش هم‌عنان دید

گفت «ای سیه سپید نامه!از دست که‌ای سیاه جامه؟

شبرنگ چرایی؟ ای شب افروزروزت ز چه شد سیه بدین روز؟

بر آتش غم منم تو جوشی؟من سوگ‌زده سیه تو پوشی؟

گر سوخته‌دل نه خام‌راییچون سوختگان سیه چرایی؟

ور سوخته‌وار گرم‌خیزیاز سوختگان چرا گریزی؟

شاید که خطیب خطبه‌خوانیپوشیده سیه لباس از آنی

زنگی بچهٔ کدام سازی؟هندوی کدام ترک‌تازی‌؟

من شاه مگر تو چتر شاهی؟گر چتر نه‌ای چرا سیاهی؟

روزی که رسی به نزد یارمگو بی‌تو ز دست رفت کارم

دریاب که گر تو در نیابیناچیز شوم در این خرابی

گفتی که  «مترس دستگیرم»ترسم که در این هوس بمیرم

روزی آیی که مرده باشممهر تو به خاک برده باشم

بینایی دیده چون بریزداز دادن توتیا چه خیزد؟

چون گرگ بره ز میش بربودفریاد شبان کجا کند سود؟

چون سیل خراب کرد بنیاددیوار چه کاهگل چه پولاد

چون کِشتهٔ خشک ماند بی‌برخواه ابر ببار و خواه بگذر»

این تیرِ زبان گشاده گستاخوان زاغ پریده شاخ بر شاخ

او پرّ سخن دراز کردهپرنده رحیل ساز کرده

چون گفت بسی فسانه با زاغشد زاغ و نهاد بر دلش داغ

شب چون پر زاغ بر سر آوردشبپره ز خواب سر برآورد

گفتی که ستارگان چراغندیا در پر زاغ چشم زاغند

مجنون چو شب چراغ مردهافتاده و دیده زاغ برده

می‌ریخت سرشک دیده تا روزمانندهٔ شمع خویشتن سوز

Açdı gözlərini yuxudan səhər,Sarı köynək geydi o mavi göylər.

Güldü o sarı gül, o göylər qızı,Dünya başdan-başa geydi qırmızı.

Məcnun xəzan görmüş gül kimiydi, ah!Gözündə ağlardı gülüzlü sabah.

Bu sonsuz sulara od düşən zamanO da gəmisini çəkirdi sudan.

Günəşdə yandıqca əli, ayağı,Nəfəsdən düşmüşdü günorta çağı.

Çılpaq qaldığından o, kölgələr təkOturdu bir ağac kölgəsində tək.

O hündür ağacın kölgəsində, bax,Sular axışırdı şırıldayaraq.

Göy kimi, girdə bir hovuz ki, vardı,Suyu kövsər kimi parıldayardı.

Onun dövrəsini almışdı otlar,Yaşıl geyinmişdi o yerdə bahar.

Ciyəri istidən kababa dönənO sudan doyunca içərək həmən,

Kar kimi, lal kimi dinib danışmaz,Ayaq saxlayaraq dincəldi bir az.

O yaşıl çəmənə heyran qalmışdı,O gözəl ağacı seyrə dalmışdı.

Budaqda qaraca bir qarğa vardı,Gözü çıraq kimi işıq salardı;

Gözəllər saçı tək qaraydı rəngi,Baxdıqca oxşardı qəlbi, ürəyi.

Saleh bir quş idi o yazıq qarğa,Salehilər kimi geymişdi qara

Sakitcə durmuşdu budaqda o quş,Sanki mina üstə şəvə oturmuş.

Məcnun fikrə getdi görəndə onu,Duydu qəlblərinin bir olduğunu.

"Sən, ey yas libaslı, aç, söylə barı,Nədir əynindəki bu yas paltarı?

Nədəndir, gecənin rəngi var səndə?Qara günlərəmi düşmüsən sən də?

Qəmə mən yanıram, alışansa sən,Mənim əvəzimdə qara geymisən.

Ürəyin yanıqlı deyilsə bu dəmNədən qaralmısan, ey dərdli həmdəm?

Sinən yanmamışsa, zavallı qarğa,Sinəsi dağlıdan qaçma uzağa.

Zənci rəngi yağır sənin rəngindən,Bəlkə də, soyğunçu hindu kimisən.

Bəlkə də, mən şaham, sən mənə çətir,De, nədən qarasan? Açıq söylə bir.

Canana rast gəlsən, ərz elə ki, mənOnun həsrətiylə düşmüşəm əldən.

Mənim dadıma çat, yetiş amandır,Dadıma yetməsən halım yamandır.

Demişdin, əlindən tutaram bir dəm,Qorxuram bu həsrət gözümdə öləm.

Bir göz kor olarsa, ey nazlı nigar,Tutiya verməyin nə mənası var.

Canavar quzunu aparsa əgər,Çobanın hay-küyü nə fayda verər.

Sel ki, bir binanı dibdən uçurar,Poladdan olsa da neyləsin divar.

Bir əkin yerini vursa quraqlıq,Yağışın mənası qalarmı artıq?

Məcnun dil oxunu atır uzağa,Budaqdan-budağa uçurdu qarğa.

Məcnun danışdıqca coşub daşırdı,Qarğa da uçmağa hazırlaşırdı.

O söhbət açdısa əfsanələrdən,Qarğa dərdlə uçdu durduğu yerdən.

Gecə qarğa kimi geyindi qara,Yarasa göz açdı qaranlıqlara.

Göydə çıraq kimi yandı ulduzlar,Qarğa gözü kimi parladı par-par.

Məcnun çıraq kimi söndü, qaraldı,Sanki gözlərini qarğa apardı.

Yanan bir şam-kimi o sinə dəftərGöz yaşı tökürdü səhərə qədər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов