Mümkünmüdür məni qurban edəsən?Dərdlərimi görüb dərman edəsən?

Göz yaşımla islanmadan bədənim,Al qanıma məni qəltan edəsən?

Ürək demə, artıq əldən vermişəm,Ona çarə özün, canan, edəsən!

Zəif ovam, saxla məni, öldürmə,Heç dəyərmi məni qurban edəsən?

Göz dikmişəm dodağının şəhdinə,Ümid var ki, bir gün mehman edəsən.

Макта — последний бейт с тахаллусом поэта. Bəlkə vurub ləblərinə möhrünü,Nizamini bir Süleyman edəsən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов