Ey qibleyi-canım, dəxi meyxanədən əl çək!
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Ey qibleyi-canım, dəxi meyxanədən əl çək!Ey dini sevən, gəl rəhi-biganədən əl çək!
Qəlbimdəki şəmim kimi yan, canıma nur saç,Fırlanma əbəs, adəti-pərvanədən əl çək!
Canü dilimi almısan, ey pərdənişin yar,Bipərdə danış, pərdeyi-kaşanədən əl çək!
Meyxaneyi-eşqində ki, məstanə yıxıldım,Sərməstləri qovma bu meyxanədən, əl çək!
Ya gül kimi al rəngimi, ya ətrimi qaytar,Ya quş kimi sal damına, ya danədən əl çək!
Şahin kimi məskən sənə şahlar əli olmuş,Qovma iki-üç qarğanı viranədən, əl çək!
Məstəm sənin eşqində, vüsalınla ayılt gəl,Qarə qulunam, şiveyi-türkanədən əl çək!
Əfsanə deməzlər, gözəlim, sübh açılanda,Sübhün açılıb, sən dəxi əfsanədən əl çək!
Макта — последний бейт с тахаллусом поэта. Çox söyləmişəm, söyləyirəm bir də, Nizami,Can qoy rəhi-eşqində, bu peymanədən əl çək!
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-ey-qibleyi-canim-dexi-meyxaneden-el-cek
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Sevgilim əyninə yaşıl geyinmiş,Sallanışı sərvi-çəmən kimidir.
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
SevdiyimRuşən gecəsində, xoş bir saatda,Namə gəldi bu səhrayə, sevdiyim.
Hər yer səfalı, nəşəliHər yer səfalı, nəşəli, hər şey tərəbnisar...Hər dəm gülümsədikcə günəş, məst olur bahar.