Saçların dağnıqmıdır, aləmmi, ya karım mənim?
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Saçların dağnıqmıdır, aləmmi, ya karım mənim?Qönçədən ağzınmı dar, ya qəlbi-qəmxarım mənim?
Gecə, ya qəlbimmidir, halımmı, ya xalın qara?Bal şirin, ya ləblərin, ya şəhdi-gövtarım mənim?
Ayla Gündür nur saçan, fikrimmi, ya hüsnün sənin?Tez dönən bəxtimmi, ya əhdin, ya rüzgarım mənim?
Əyilən vədənmidir, rəyinmidir, yoxsa belim?Sözlərin boşdur, güləkmi, yoxsa əşarım mənim?
Pərvin - ülkər yaxşımı, dürrü-sədəf, ya dişlərin,Qamətinmi, sərvmi düzdür, ya əfkarım mənim?
İsmətin, səbrimmi kəm, yoxsa gözəllərdə kərəm?De, sənin lütfünmü çox, ya dərdim, azarım mənim?
De, fələk çox qan tökür, sultan qılıncı, ya gözüm?Nazü qəmzəndir iti, xəncər, ya bazarım mənim?
Макта — последний бейт с тахаллусом поэта. Qəlb açan vəslinmidir, yoxsa mənim şerim, sözüm,Can yaxan hicrinmidir, yoxsa bu ah-zarım mənim?
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-saclarin-dagniqmidir-alemmi-ya-karim-menim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О разлуке
Мы жить не можем, смерть поправ,— как тяжко умирать!На жизнь имея столько прав, как тяжко умирать!
GetdiNecə ağlamayım, necə yanmayım,Sonam, düşdü məndən aralı getdi.
منم ز یار نگارین خود جدا ماندهبه دست هجر گرفتار و بینوا مانده
TəbrizimGüneyimdə mənim özüm,Şirin ləhcəm, şirin sözüm,