Mən - fikirlər ustadıyam, fəzilətim - bir ümmandır.
Что такое касыда?
Касыда: торжественное длинное стихотворение — восхваление или наставление.
Mən - fikirlər ustadıyam, fəzilətim - bir ümmandır.Zamanlara, məkanlara hökm etməyim səmadandır.
Nəfəsimin ildırımı uca səsli zəngə bənzər,Bayraqlaşan qələmimin sancıldığı yer - cahandır.
Keyqubadın şah tacından çox ucadır qayəm mənim,Cah-cəlalım, şan-şöhrətim Gurxan geyən qabadandır.
Mən - kainat məşəliyəm, mən dördüncü qatda - Günəş,Mən - ikinci İsayam ki, xoş nəfəsim bir loğmandır.
Söz mülkündə hakim mənəm. Kim, söyləyin mənim təkinSahib - qiran qüdrətilə zəfər qapısı açandır?!
Kəşfiyyatçı əql ordumu göndərirəm ön cəbhəyə,Ədəb fəzlim ayıq-sayıq... silahlanmış pasibandır.
Qüdrət, cürət səxavətdən, söz də məndən yaranmışdır,Tər-təravət cavanlıqdan, hunər məndən bir nişandır.
Bir ərğənun sədasıdır qəzəllərim qulaqlarda,Lalə rəngli mey sayağı sözlərim zövq oxşayandır.
Yemlədiyim ulduzlara mənəm verən ilk təkanı,Pak dirilik suyu mənəm, onlar kasa, ya fincandır.
Əbəs yerə dəf çalmaram, nə vaxt çalsam, toy başlanar.Xütbə üçün nəğmə desəm, sanarlar ki, qəzəlxandır.
Təbiətin, təfəkkürün təməlidir saçmalarım,Piyaləmin xıltı - mədən, bitkilərə nəfəs candır.
Tazə bəhrə kimi gülən mənim cəsur üslubumunYanında hər bir yenilik xəzəl kimi saralandır.
Hər bədihəm, hər müəmmam yüz-yuz qəlbi fəth eləyir,Min-min canı satın alan eyhamlarım bir dastandır.
Görsə incə, pak xəttimi şərəf tapar İbn Müqlə,Şerimdəki cadulara İbn Hani də heyrandır.
Mən - şeriyyət səmasında ləkəsiz bir Ay bədriyəm,Mirvaridə illət olur... məndən uzaq illət andır.
Umsan Misir bələsanı, məni dinlə, baldı nitqim,Xurma kimi dadlı, şirin, qaymaq tutan bir lisandır.
Göy sirrini nurlandıran mənim məşəl ürəyimdəƏbədi bir kitabım var, kamillikdə o, Qurandır.
Zənd oxuyan möbidlərin nəfəsini kəsər nəğməm,O nəğmə ki, zəbur təki dəhşət saçan bir tufandır...
Hər sözümün qüdrətilə min-min ürək çiçəklənir,Dodaqlarım güz fəslində yaz nəfəsli tər reyhandır.
Bu şənliklər diyarında səslənməsə nəğmələrim,Kim bilər ki, müğənnilər muğ meyi tək qəlb açandır?!
Fəxr edirəm sənətimlə. Deyin, necə fəxr etməyim,Mətləblərim bunca incə, şerim bu qədər rəvandır!
Hey çəkilən, hey qabaran bir ümmanın nəfəsiyəm,Cəzri dürr axtaran kəndir, məddi bəlkə nərdivandır.
Çəkdiyim hər isti nəfəs dönür eşqə, nəvazişə,Bir də gördün o, təbimlə tüstülənən bir mərcandır.
Sədəf kimi halalxoram, gövhər kimi halalzadə.İki haramzadəninsə mənə uddurduğu qandır.
Atasından xəbərsizdir xəbis. Mənim ulduzumsaYüksək Yəmən ulduzu tək bicbalanı batırandır.
Nizaminin söz köhləni ildırımdır deyənlər var,Dərd dağının altında, de, görünərmi məgər cındır.
Ah, bu qədər öyünməklə həm xəciləm, həm peşiman.Öz-özünü mədh eləyən içəridən natəvandır.
Yetər, bağla xəzinəni, aç incilər sandığını.Söz incisi fazillərə ən qiymətli ərməğandır.
Kisədə bir muncuq da yox... mən neynirəm dürr saçmağı?Boşdur cibim... kimə lazım sözüm ləldir, bədəxşandır?!
Bir özünsən, bir də könlün. Mey bilib iç göz yaşını,Sübhə kimi öz qəlbinlə ver baş-başa, döz, amandır!
Halallığım ucbatından mən çəkəni, de, kim çəkib?Onun çiyni, kürəkləri, mənim qəlbim qara-qançır!
Könül, din də əldən gedib, yenə şöhrət həvəsliyəm,Baş papaqsız, ayaq yalın... ancaq ruhum pəhləvandır.
Yer dibindən göy fövqunə can atmağım bəlkə hədər,Lövbər ata bilməyənə yelkən açmaq qadağandır.
Mən nə mahir hiyləgərəm, nə də nadir bir oyunbaz,Ki, görələr göz yaşım al, rəngim-ruhum zəfərandır.
Bu nə sözdü, söyləyirəm: söz tanrısı, söz şahıyam.Boş danışıq karvandakı dəvə zəngi, ah-fəğandır.
Toxuduğum söz köynəyi bir hörümçək torudur ki...Hər şerimin bər-bəzəyi quru qəfəs, quru candır.
Yersiz, yurdsuz bir it kimi hey qovulmaq ar deyilmi?Fələk deyir: - Cəhənnəm ol, bat quyuda, çək, cəzandır.
Hümmət sikkəxanəsində öyünümmü mis quruşla?Fil önünə necə çıxsın türkmən köçü fağır-fağır?
Şeir fənni nə şeydi ki, onunla sən fəxr edəsən?Bilmirsənmi “yaxşı şeir - ən çoxu yalan olandır”.
Hansı elmin söz köynəyi çıxarılsa, yoxdu fərqi,Məğzi geyər başqa libas, ya zərxara, ya da cındır.
Fəqət şerin zər donunu çıxarsan, heç nəyi qalmaz,Nə yazılar, nə oxunar, görərsən ki, lüt-üryandır.
Amansızam, mən hər şeyi əks edirəm ayna kimi,Güvəndiyim bir qala var: üzüm bərkdir, canım candır.
Bəzən mehdən belə qorxan bir çırağın şöləsiyəm,Quruyuram ayaq üstə. Addımım ləng, özüm ağır.
Mən bu dünya çəkisində bircə dirhəm deyiləm heç,O dünyada qızıldan da ağır gələn bir bahadır.
Mənə hümmət yolu göstər, Pərvərdigar, ey tacidar!Xilas olum o yoldan ki, bizi yoldan çıxarandır.
Saç feyzini, qıl mədəd ki, şirni verim ariflərə,Görsün mənim mehmanlarım bu mizban da bir mizbandır.
Təkcə sənə sığınmışam, özgə heç bir kimsəyə yox,Ənam, nemət istədiyim elə yalnız bu ünvandır.
Vur naxışlar evində sən yenlərimə yarlığını,Əl yelləyim köhnələrə, köhnə hikmət başqatandır.
Hasarındır könlüm sənin, xəbislərdən gözlə məni:Bir yuvaya sığa bilməz mələk, şeytan... onu qandır.
Etmə tənbeh, mən kiçiyəm. Görmə eybim, hələ çiyəm.İkiüzlü, ondilliyəm, məni sağalt, məni yandır.
Keç suçumdan, taqsırımdan, qıl nəvaziş, oxşa məni.Xəcalətim zərurətdən, üzrüm bəlkə qəzadandır.
Hər varlığın üzərində həlak, ölüm damğası var,Ölməz, vacib bircə sənsən - kainatı yaradandır.
Mənə elə nişan ver ki, tapa bilim nişanəni,Yox, yanıldım, keç suçumdan, Xaliq axı binişandır.
Sənə səcdəm sayəsində çarpır, hələ sağdı qəlbim,Bu səadət ucbatından varam, varlıq cavidandır.
Mən çarmıxa çəkilmişəm öz əlimlə öz cismimdə,Xilaskarım əgər varsa, tək özünsən, tək Yəzdandır.
Ulu həzrət, mənə barı bircə kərə yetir diqqət,Dərd ümmanı ürəyim də görsün bir yol şadimandır.
Nizaminin səhvi olsa, heyrətlənmə, əfv et özün,Kimsə qaçıb qurtulamaz, tale özü hökmrandır.
İlk nəfəsin sevincini mənə özün bəxş etmisən,Son nəfəsdə üstümdə ol, ölməyimə haqq qazandır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-men-fikirler-ustadiyam-feziletim-bir-ummandir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
رخشنده شبی چو روز روشنرو تازه فلک چو سبز گلشن
Лейли и Меджнун, глава 35Когда он развязал письмо Лейли,Вот что в письме глаза его прочли:
Лейли и Меджнун, глава 36Вступление к письму, его началоБлагоговейным гимном прозвучало:
Лейли и Меджнун, глава 37صراف سخن به لفظ چون زردر رشته چنین کشید گوهر
Стихи других поэтов
Rəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
EdəydiEy ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.
Təsəlli— Abdulla:Çıxdı əlimiz ata-anadan