رخشنده شبی چو روز روشنرو تازه فلک چو سبز گلشن

از مرسله‌های زر حمایلزرین شده چرخ را شمایل

سیاره به دست بند خوبیبر نطع افق به پایکوبی

بر دیو شهاب حربه راندهلاحول ولا ز دور خوانده

از نافهٔ شب هوا معنبروز گوهر مه زمین منور

زان گوهر و نافه چرخ شش‌طاقپر زیور و عطر کرده آفاق

انجم صفت‌ِ دگر گرفتهزیبندگی‌یی ز سر گرفته

صد گونه ستارهٔ شب آهنگبنموده سپهر در یک اورنگ

کرده فلک از فلک سواریرویین دز قطب را حصاری

فرقد به یزک جنیبه راندهکشتی به جناح شط رسانده

پروین ز حریر زرد و ازرقبر سنجق زر کشیده بیرق

مه گرد پرند زر کشیدهپیرایه‌ای از قصب تنیده

گفتی ز کمان گروههٔ شاهیک مهره فتاد بر سر ماه

یا شکل عطارد از کمانشتیری است که زد بر آسمانش

زهره که ستام زین او بودخوش‌خو چو خوی جبین او بود

خورشید چو تیغ او جهانسوزپوشیده به شب برهنه در روز

مریخ به کینه گرم تعجیلتا چشم عدو‌ش را کشد میل

برجیس به مهر او نگین داشتکه‌اقبال جهان در آستین داشت

کیوان مسنی علاقه آویزتا آهن تیغ او کند تیز

شاهی که چنین بود جلالشآفاق مباد بی‌جمالش

در خدمت این خدیو نامیما اعظم شانک، ای نظامی!

از شکل بروج و از منازلافتاده سپهر در زلازل

عکس حمل از هلال خندهبر جیب فلک زهی فکنده

گاو فلکی چو گاو دریاگوهر به گلو دُر از ثریا

جوزا کمر دو رویه بستهبر تخت دو پیکری نشسته

هقعه چو کواعب قصب پوشبا هنعه نشسته گوش در گوش

خرچنگ به چنگل ذراعیانداخته ناخن سباعی

نثره به نثار گوهر افشانطرفه طرفی دگر زرافشان

جبهه ز فروغ جبهت خویشافروخته صد چراغ در پیش

قلب‌الاسد از اسد فروزانچون آتش عود عود سوزان

عذرا رخ سنبله در آن طرفبی‌صرفه نکرد دانه‌ای صرف

انگیخته غفر چون کریمانسه قرصه به کاسهٔ یتیمان

میزان چو زبان مرد دانابگشاده زبانه با زبانا

عوا ز سماک هیچ شمشیرتازی سگ خویش رانده بر شیر

اکلیل به قلب تاج دادهعقرب به کمان خراج داده

با صادر و وارد نعایمبلده دو سه دست کرده قایم

جدی سر خود چو بز بریدهکه‌افسانهٔ سربزی شنیده

ذابح ز خطر دهان گرفتهسعد اخبیه را عنان گرفته

بلع ارنه دعای بلعمی بوددر صبح چرا دو دست بنمود‌؟

دلو از کله‌های آفتابیخاموش لب از دهن پر آبی

بنوشته دو بیت زیرش از زرکاین هست مقدم آن مؤخر

خاتون رشا ز ناقه‌داریبا بطن‌الحوت در عماری

بر شه‌ره‌ِ منزل کواکباجرام بروج گشته راکب

بسته به سه پایهٔ هواییبطن‌الحمل از چهار پایی

عیوق به دست زورمندیبرده ز هم افسران بلندی

وان کوکب دیگ‌پایه کرداردر دیگ فلک فشانده افزار

نسرین پرنده پر گشادهطایر شده واقع ایستاده

شعری به سیاقت یمانیبی‌شعر به آستین فشانی

مبسوطه به یک چراغ زندهمقبوضه دو چشم زاغ کنده

سیاف مجره رنگ شمشیرانداخته بر قلادهٔ شیر

چون فرد روان ستارهٔ فردبر فرق جنوب جلوه می‌کرد

بنشسته سریر بر توابعثالث چه عجب به زیر رابع

توقیع سماک‌ها مسلسلگه رامح بوده گاه اعزل

می‌کرد سها ز هم‌نشیناننقادی چشم تیزبینان

تابان دم گرگ در سحرگاهچون یوسف چاهی از بن چاه

پیرامن آن فلک‌نورد‌انپرگار بنات نعش گردان

قاری بر‌ِ نعش در سواریکی دور بوَد ز نعشْ قاری‌؟

مجنون ز سر نظاره سازیمی‌کرد به چرخ حقه‌بازی

بر زهره نظر گماشت اولگفت ای به تو بخت را معوّل

ای زهرهٔ روشن شب‌افروزای طالع دولت از تو پیروز

ای مشعلهٔ نشاط جویانصاحب‌رصد‌ِ سرود‌گو‌یان

ای در کف تو کلید هر کامدر جرعهٔ تو رحیق هر جام

ای مهر نگین تاجدار‌یخاتون‌ِ سرای کامگاری

ای طیبتی لطیف رایانخُلق تو عبیر عطر سایان

لطفی کن از آن لطف که داریبگشای در امیدواری

زان یار که او دوای جان استبویی برسان که وقت آن است

چون مشتری از افق برآمدبا او ز در دگر درآمد

که‌ای مشتری‌، ای ستارهٔ سعدای در همه وعده صادق‌الوعد

ای در نظر تو جانفزا‌ییدر سکهٔ تو جهان گشایی

ای منشی نامهٔ عنایتبر فتح و ظفر ترا ولایت

ای راست به تو قرار عالمقایم به صلاح کار عالم

ای بخت مرا بلندی از تودل را همه زورمندی از تو

در من به وفا نظاره‌ای کنور چاره‌ات هست چاره‌ای کن

چون دید که آن بخار خیزانهستند ز اوج خود گریزان

دانست کزان خیال بازیکارش نرسد به چاره سازی

نالید در آن که چاره ساز استاز جمله وجود بی‌نیاز است

گفت ای در تو پناهگاهمدر جز تو کسی چرا پناهم

ای زهره و مشتری غلامتسر نامهٔ نام جمله نامت

ای علم تو بیش از آنکه دانندو احسان تو بیش از آنکه خوانند

ای بند‌گشا‌ی جمله مقصوددارای وجود و داور جود

ای کار برآور بلنداننیکو کن‌ِ کار مستمندان

ای ما همه بندگان در بندکس را نه به جز تو کس خداوند

ای هفت فلک فکندهٔ توای هر که به جز تو بندهٔ تو

ای شش جهت از بلند و پستیمملوک ترا به زیر‌دستی

ای گر بصری به تو رسیدهبی دیده شده چو در تو دیده

ای هر که سگ تو‌، گوهر‌ش پاکوای هر که نه با تو‌، بر سرش خاک

ای خاک من از تو آب گشتهبنگر به من خراب گشته

مگذار که عاجز‌ی غریبماز رحمت خویش بی‌نصیبم

آن کن ز عنایت خداییکاید شب من به روشنایی

روزم به وفا خجسته گرددبختم ز بهانه رسته گردد

چون یک به یک این سخن فرو گفتدر گفتن این سخن فرو خفت

در خواب چنان نمود بختشکز خاک بر اوج شد درختش

مرغی بپریدی از سر شاخرفتی برِ او به طبعِ گستاخ

گوهر ز دهن فرو فشاندیبر تارک تاج او نشاندی

بیننده ز خواب چون درآمدصبح از افق فلک برآمد

چون صبح ز روی تازه‌روییمی‌کرد نشاط مهرجویی

زان خواب مزاج بر گرفتهزان مرغ چو مرغ پر گرفته

در عشق که وصل تنگ یاب استشادی به خیال‌، یا به خواب است

Gecə parlayırdı bir gündüz kimi,Göylər tər-təzəydi yaşıl düz kimi.

Qızıl həmailin şəddələrindənQızıl geyinmişdi göy üzü, bilsən.

Səyyarə ədəblə əl bağlayaraq,Üfüqün fərşinə döyürdü ayaq.

Uzaqdan lahövlə vəla deyərək,Divə qılıncını çəkmişdi şimşək.

Gecənin nafəsi fələkdə yandı,Ayın gövhərindən yer işıqlandı.

Göydə parladıqca nafəylə gövhər,Ətirlə, bəzəklə doldu üfüqlər.

Fələk çərx üstündə tutmuşdu qərar.Qütbün qələsinə çəkmişdi hasar.

Fərqəd öz atını çapırdı yenə,Gəmisi çatmışdı Şətt sahilinə.

Fələk hər addımda büsat açırdıGecəyə yüz cürə ulduz saçırdı.

Pərvin al və sarı ipək tutaraq,Qızıl sancağına çəkirdi bayraq.

Ay sarı ipəkdən tutmuşdu halə,Rübəndi bənzərdi onun xəyalə.

Ulduzlar girmişdi başqa sifətə,Min bir yaraşığa, min bir zinətə.

Elə bil ki, şahın öz kamanındanMöhrə atılmışdı aya bu zaman.

Ütarid süzərək göydə gəzərdi,Fəzaya sancılmış oxa bənzərdi.

Yəhərinin qaşı Zöhrəydi, gerçək.Gözəl görünürdü onun alnı tək.

Onun qılıncı tək günəş də parlaq,Gecə örtülüydü, gündüzsə çılpaq.

Mərrix də gözündən qəzəb tökərdi,Düşmənin gözünə millər çəkərdi.

Onun üzüyünü Bürcis saxlardı,Onda dünyaların talei vardı.

Onun qılıncını itilər Keyvan,Belindən bir bilöv asmışdı əlan.

Şahın bu cəlalı heç də solmasın.Dünya camalından məhrum olmasın.

Bu şah qapısında tapdın məqami,Şənin nə yüksəkdir sənin, Nizami!

Bürclər, mənzillər dairəsindənFələk zəlzələyə düşmüşdü, bilsən.

Həməl bürcü ayın dodaqlarındanHaşiyə tikmişdi göyə bu zaman.

Dərya öküzü tək, o öküz bürcüGövhər boğazlıydı, dişləri inci.

Kəmər bağlamışdı Cevza iki qat,Qoşa payalıydı əyləşdiyi taxt.

Həqə gəlin kimi girib duvağa,Durmuşdu Hənəylə qulaq-qulağa.

Qayçı dırnağını uzadıb Xərçəng,Vəhşi dırnağını tuturdu, gerçək,

Nəsrə bir tərəfdə səpirdi gövhər,Tərfə də bir yanda dağıdırdı zər.

Cəbhə budaqları yanırdı düm ağ,Şölə saçmadaydı ondan yüz çırağ.

Qəlbüləsəd belə Əsəd bürcündənUd alovu kimi yanırdı, bilsən.

Əzra kənar durmaz gözəl Sərfədən,Sünbülə atmırdı sərfəsiz bir dən.

Əvva güvənərək beş qılıncına,İtini qovurdu şirlə yan-yana.

"Yetim süfrəsinə" xeyirxahlar tək,Qüfr, tullamışdı altı pay çörək.

Mizan öz dilindən alov saçmışdı,Çox bilmişlər kimi o, dil açmışdı.

Əklil bağışlamış Qəlbəyə bir tac,Əqrəb də kamana vermişdi xərac.

Nəayim xərcini öyrənsin deyə,Bəldə çalışırdı iki-üç əllə.

Cədi baş kəsməyin sirrin bilərək,Başını kəsmişdi keçi başı tək.

Ağzını yumuşdu Zabeh qorxaraq,Səd cilovlamışdı Əxbiyəni, bax.

Yemək iştahında olmasaydı Bəl,Duaya açmazdı səhər vaxtı əl.

Dəlv də günəşin gileylərindənAğzına su alıb susmuşdu birdən,

Altına qızıldan iki xət salmışKi, bu qabaqdadır, o dalda qalmış.

Bir qatar dəvəylə o Rəşa, XatunKəcavə etmişdi bətnini Hutun.

Bürcləri dolduran göy cisimləriUlduzlar yoluyla gedir iləri.

Bax Bətnülhəməlin dörd ayağına,Bağlanmış havanın üç bucağına.

Əyyuqun zoruna, gücünə bax bir,Tay-tuşdan tac qapıb, bir baş yüksəlir.

Sacayaq adlanan ulduz da bu anGöyün qazanına pay verir haman.

Şeri yəmənli tək nədənsə, bilməm,Şersiz rəqs edir yerində bu dəm.

Məbsutə çıraq tək yaxmış özünü,Məqbuzə çıxarmış qarğa gözünü.

Səyyaf duman rəngli qılıncla durmuş,Qılıncı Aslanın boynunu vurmuş.

Yalqız adam kimi Fərd adlı ildızCənubun üstündə parlayır yalqız.

Sərir üç ulduzla bir məclis qurmuş,Dördüncü fələyin altında durmuş.

Simak ulduzları cərgəylə köçür,Ramehdən Əzələ karvanla keçir.

Qoşa qanad açmış uçucu Nəsrin,Uçurdu üstündə göy adlı qəsrin.

Atını Nəş ilə çapırdı Qarı,Qarının Nəşsiz gəlməz qərarı.

Suha ulduzu da görərdi uzaq,Bütün qonşuları geri qoyaraq.

Səhər çağının da Qurd nəfəsi var,Yusif tək quyunun dibində parlar,

Fələkdə rəqs edən o səyyarələrNəş qızlarına salmışdı nəzər...

Məcnunun qəlbində gizli bir maraq,Oyunbaz fələyi seyrə dalaraq,

Zöhrə ulduzuna dil açdı qəlbən:"Ey sənə taleim etimad edən,

Gecənin alnında işıq yandıran,Səadət bəxtini işıqlandıran,

Xoşbəxtlik yolunun sənsən məşəli,Sənsən aşiqlərin sövda əməli.

Hər əməl açarı səndədir, yəqin,Şərbəti səndədir hər piyalənin.

Şahlıq üzüyünün bir qaşısan sən.Murad sarayının gözəli sənsən.

Səndən yaranmışdır incə hisslər,Gözəl təbiətin yaranmış ənbər.

Var olan lütfündən ehsan ver bizə,Bir umud qapısı aç üzümüzə.

Canıma dərmandır sevdiyim dilbər,Sən yetir canandan mənə bir xəbər".

Üfüqdən göründü yenə Müştəri,Bu oldu Məcnunun ona sözləri:

"Sən ey səadətin ulduzu sənəm,Vədəsi, iqrarı daima möhkəm,

Sən ey baxışları bizə ruh verən,Dünyanı adınla fəth elədin sən.

Ey umud məktubu yazan Müştəri,Səndəndir ölkənin fəthi, zəfəri.

Bu aləm sayəndə tutmuşdur qərar,Dünyanı yaşadan bir qüdrətin var.

Sən, ey taleimin şəni-şöhrəti,Səndədir qəlbimin bütün qüvvəti.

Gəl vəfa gözüylə üzümə bir bax,Mənim bu dərdimə çarə taparaq,

Gəl mərdlik əlini mənə də yetir,Bu qara talei üstümdən götür.

Ah! Bir xəbər yetir mənə dostumdan,Bir gül itirmişdir, fərz et, gülüstan".

Gördü ki, buxardan olan ulduzlar,Qaçışıb tutmayır fələkdə qərar.

Bildi ki, xəyalın səfası çoxdur.Amma ki, dərdinə dəvası yoxdur.

Üz tutub yalvardı aşiq bir daha,Hər dərdin çarəsi böyük allaha.

Dedi: "Ey qapısı son sığınacaq,Sənsən umud yerim dünyada ancaq.

Zöhrə, Müştəri tək sənin qulun var,Adınla başlanır aləmdə adlar.

Hamıdan ucadır elmin, hikmətin,Axar çeşməsisən sən səxavətin.

Sən, ey hər müşkülün açarı olan.Səxavət ağası, dərdlərə dərman,

Səninlə yüksəlir hər böyük dilək,Acizə, məzluma bir sənsən kömək.

Qarşında qul kimi bəndələrik biz,Yoxdur səndən özgə ağamız, şəksiz.

Sən ey yeddi göyü yaradan qüdrət,Hamımız bir sənin bəndənik, əlbət.

Kainat adlanır qurduğun əsər,Sənin əlaltındır altı cəhətlər.

Sən o varlıqsan ki, kəc baxsa insan,Bir dəmdə kor olar gözləri, inan.

Qulundur gövhəri pak olan bəşər,Sənsiz olan başa torpaq səpilər.

Sən, ey torpağıma su verən allah,Mənim bu halıma nəzər yetir, ah!

Mərhəmət sayəni kəsmə üstümdən,Bil ki, bir acizəm, bir qəribəm mən.

Tanrılıq lütfündən mənə də göndər.Qaranlıq gecəmi gündüzə döndər.

Günümü vəfayla mübarək elə,Bəxtim kor olmasın bu gündən belə".

Məcnun mətləbini dedikcə göyə,Yatdı bu sözləri o deyə-deyə.

Onun gözlərinə bir yuxu gəldi,Bəxtinin ağacı göyə yüksəldi.

O yaşıl budaqdan bir quş uçaraq,Məcnunun yanına gəldi qaçaraq,

Tacının üstündə düşərək haman,Gövhər səpələdi o quş ağzından.

Elə ki, röyadan Məcnun oyandı,Gün çıxdı, üfüqlər ala boyandı.

Aşiqin üzünə güldükcə səhər,Oxşadı ruhunu gülgün şəfəqlər.

Məcnun o quş kimi qanad açmışdı,Röya xəyalına şəfəq saçmışdı.

Aşiqin üzünə gülməsə visal,Ona təsəllidir yuxuyla xəyal...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов