Saqi, nə yatıbsan, dur, mey ver ki, bahar gəldi,Tale yenə iş üstə, köksündə vüqar gəldi.

Bir danə vəfa toxmu əkmişdim o gülşəndə,Gül açdı haman danə, gülüzarinə bar gəldi.

Səpdi su ciyər çeşməm, könlün bağı gülləndi,Bir böylə gözəl bağə nazilə şikar gəldi.

Solmuşdu, qarışmışdı min dərd ilə əhvalım,Dirçəldi küsən könlüm, səbr ilə qərar gəldi.

İqbal nə gözəl gəlmiş, bundan da gözəl olmaz,Qulluqda durub bəxtim, didarına yar gəldi.

Bütlər şahı hazirdir, şahlar şahı hazirdir,Gövhər belə nurani, nərgiz də xumar gəldi.

Макта — последний бейт с тахаллусом поэта. Şükr eylə, Nizami, gəl tufanlar arasındanBəxtin gəmisi çıxdı, fəthilə kənar gəldi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О вине