Шараф-наме, глава 5
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
شبی چون سحر زیور آراستهبه چندین دعای سحر خواسته
ز مهتاب روشن جهان تابناکبرون ریخته نافه از ناف خاک
تهی گشته بازار خاک از خروشز بانگ جرسها بر آسوده گوش
رقیبان شب گشته سرمست خوابفرو برده سر صبح صادق به آب
من از شغل گیتی بر افشانده دستبه زنجیر فکرت شده پایبست
گشاده دل و دیده بر دوختهبه ره داشتن خاطر افروخته
که چون بایدم مطرحی ساختنشکاری در آن مطرح انداختن
فکنده سرین را سراسیمهوارچو بالین گوران به گوران نگار
سرم بر سر زانو آورده جایزمین زیر سر آسمان زیر پای
قراری نه در رقص اعضای منسر من شده کرسی پای من
به جولان اندیشهٔ ره نوردز پهلو به پهلو شده گرد گرد
تن خویش در گوشه بگذاشتهبه صحرای جان توشه برداشته
گه از لوح ناخوانده عبرتپذیرگه از صُحْف پیشینگان درسگیر
چو شمع آتش افتاده در باغ منشده باغ من آتشین داغ من
گدازنده چون موم در آفتاببه مومی چنین بسته بر دیده خواب
مگر جادوان از من آموختندکه از موم خود خواب را دوختند
در آن رهگذرهای اندیشناکپراکنده شد بر سرم مغز پاک
درآمد به من خوابی از جوش مغزدر آن خواب دیدم یکی باغ نغز
کز آن باغ رنگین رطب چیدمیو زو دادمی هر که را دیدمی
رطب چین درآمد ز نوشینه خوابدماغی پرآتش دهانی پرآب
برآورده مؤذن به اول قنوتکه سبحان حی الذی لایموت
برآمد ز من نالهای ناگهیکز اندیشه پر گشتم از خود تهی
چو صبح سعادت برآمد پگاهشدم زنده چون باد در صبحگاه
شبافروز شمعی برافروختموز اندیشه چون شمع میسوختم
دلم با زبان در سخنپروریچو هاروت و زُهره به افسونگری
که بی شغل چندین نباید نشستدگر باره طرزی نو آرم بهدست
نوایی غریب آورم در سروددهم جان پیشینگان را درود
برآرم چراغی ز پروانهایدرختی برآرایم از دانهای
که هرک افکند میوهای زان درختنشاننده را گوید ای نیکبخت
به شرطی که مشتی فرومایگانندزدند کالای همسایگان
گرفتم سرِ تیزهوشان منمشهنشاه گوهر فروشان منم
همه خوشهچینند و من دانهکارهمه خانه پرداز و من خانهدار
برین چار سو چون نهم دستگاه؟که ایمن نباشم ز دزدان راه
که دارد دکانی در این چار سو؟که رخنه ندارد ز بسیار سو؟
چو دریا چرا ترسم از قطره دزد؟که ابرم دهد بیش ازان دستمزد
اگر برفروزی چو مه صد چراغز خورشید باشد بر او نام داغ
شنیدم که رندی جگر تافتهدرستی کهن داشت نو یافته
شنید از دبیران دینار سنجکه زر زر کشد در جهان، گنج گنج
به بازار شد تا به زر زر کشدبه یک مغربی مغربی درکشد
به دکان گوهر فروشی رسیدکه زر بیشتر زان به یک جا ندید
فرو ریخته زر یک انبان چستقراضه قراضه درستا درست
به امید آن گنج دیوار بستبرانداخت دینار خود را ز دست
چو دینارش از دست پرواز کردسوی گنج صراف سر باز کرد
فروماند مرد از زر انگیختنوز آن یک عدد در صد آمیختن
به زاری نمود از پی زر خروشبنالید در مرد جوهر فروش
که از ملک دنیا به چندین درنگدرستی زر آورده بودم به چنگ
شنیدم نه از زیرکی ز ابلهیکه زر زر کشد چون برابر نهی
به گنجینهٔ این دکان تاختمزر خود برابر برانداختم
مگر گردد آن زر بدین ریختهخود این زر بدان زر شد آمیخته
بخندید صراف آزاد مردوز آمیزش زر بدو قصه کرد
که بسیار ناید بر اندکییکی بر صد آید نه صد بر یکی
بران کس که شد دزد بنگاه منبساست این مثل شحنهٔ راه من
بسا آسیا کو غریوان بوَدچو بینند مزدور دیوان بود
ز دزدان مرا بس شد این دست مزدکه بر من نیارند زد بانگ دزد
سیاهان که تاراج ره میکنندبه دزدی جهان را سیه میکنند
به روز آتشی برنیارند گرمکه دارد همی دیده از دیده شرم
دبیران نگر تا بهروز سپیدقلم چون تراشند از مشک بید
نهان مرا آشکارا برندز گنجه است اگر تا بخارا برند
نخرند کالا که پنهان بودکه کالای دزدیده ارزان بود
ولیکن چو غیب آشکارا شوددل دوستان بی مدارا شود
اگر دزد برده ندارد نفیربود دزد خود شحنهٔ دزدگیر
به ارمن گذارم که خود روزگاربه هر نیک و بد باشد آموزگار
ترازوی گردون گردش بسیچنماند و نماند نسنجیده هیچ
Gecə, gündüz kimi bəzək vurmuşdu,
Səhər duasına erkən durmuşdu.
Yer üzü məhtabdan açmışdı çətir,
Sanki yer nafından səpirdi ətir.
Bazarlar olmuşdu səs-küydən uzaq,
Zınqırov səsindən dincəlmiş qulaq.
Keşikçi dalmışdı şirin yuxuya,
Dan yeri başını salmışdı suya.
Dünyanın işindən çəkib əl-ayaq,
Fikir zəncirində olmuşdum dustaq.
Gözlərim örtülü, könlüm ayıqdı,
Aramaq işində zehnim sayıqdı.
Deyirdim ki, qurum elə bir tələ,
Ən gözəl bir şikar keçirim ələ.
Baş qoydum dəlitək qəm boğa-boğa,
Maral sağrısından yumşaq yastığa.
Gah başım dizimin üstündə dalğın,
Yer - başım altında, göy - ayağımın.
Dayanmaz varlığım, rəqs edər bütün,
Başım kürsü olmuş ayağım üçün,
Düşüncəm yol ölçüb etsə də cövlan,
Cismim böyrü üstə tozlara qəltan.
Tənimi bir yana buraxdım artıq,
Canı can çölünə götürdüm, azıq.
Gah gizlin lövhədən ibrətlər aldım,
Gah keçmiş sühüfdən hikmətlər aldım.
Şam kimi od düşmüş mənim bağıma,
Bağım döndü mənim odlu dağıma.
Günəş qarşısında əriyəntək mum,
O mumla gözümdən çəkildi yuxum.
Cadugər məndənmi öyrənmiş, nədir,
Gözlərdən yuxunu mum ilə çəkir?
O müdhiş keçidlər başında bu an
Pak olan əqlim də uçdu başımdan.
Daldım xoş yuxuya coşarkən damaq,
Gözümdə canlandı səfalı bir bağ.
O zəngin bağçadan dərirdim xurma,
Verirdim kim çıxsa mənim qarşıma.
O xurmadərən ki durdu yuxudan,
Dimağı atəşdi, ağzı bir ümman.
Müəzzin başlarkən birinci qunut
Ki: “Subhanə həyyəlləzi layəmut”.
Məndən də ucaldı bir acı nalə,
Özümü unutdum, daldım xəyalə.
Uğurlu bir səhər doğunca fələk,
Yenidən canlandım səhər yelitək.
Gecələr nur saçan şamı yaxaraq
Fikrimdən şam kimi yanırdım ancaq.
Başladı ürək, dil: “Şeir yaz!” deyə,
Harut, Zöhrə kimi cadugərliyə.
Yetişər, bu qədər işsiz qalmayım,
Şeirə ən yeni bir üsul arayım.
Yeni nəğmələrlə başlayım kəlam,
Keçmişlər ruhuna göndərim salam.
Bir çıraq yandırım bir pərvanədən,
Bir ağac bəzəyim kiçik danədən.
Bu barlı ağacdan kim meyvə dərsə,
Söyləsin, xoşbəxtdir bu bağdan kimsə.
Ancaq bir şərtim var; bir para dəcəl,
Qonşunun malına uzatmasın əl.
Tutaq ki, huşyarlar padişahıyam,
Dürr, gövhər satanlar şahənşahıyam.
Xalq başaq yığandır, mən əkinçiyəm,
Kirəçi deyiləm, ev sahibiyəm.
Bu bazarda necə büsat açım mən,
Arxayın deyiləm yolkəsənlərdən.
Varmı bu bazarda bir dükan açan,
Varına dörd yandan dəyməsin ziyan?
Damcı oğrusundan qorxarmı dəniz?
Buludum yağdırar ondan çox, şəksiz.
Ay işığı qədər olsa yüz çıraq,
Yenə Günəş ona vuracaqdır dağ.
Eşitdim, bir yoxsul ciyər qaniylə,
Köhnə bir əşrəfi keçirdi ələ.
Ona söyləmişdi varlı kimsələr:
“Zəri-zər, xəzinə-xəzinə çəkər”.
Sürətlə üz qoydu bazar səmtinə,
Köhnə əşrəfiylə tapsın xəzinə.
Bir sərraf dükanı gördü, çox geniş,
Bir yerdə bu qədər qızıl görməmiş.
Bir yığın qızıl var Günəşdən parlaq,
Hər yan əşrəfidir bir neçə qalaq.
Xəzinə xülyası beyninə batdı,
Qızılı xəzinə üstünə atdı.
Əlindən uçunca dəyərli varı,
Yüyürdü qalanmış qızıla sarı.
Qızılı atmaqdan oldu peşiman,
Birə yüz almağa tapmadı imkan.
Qızılı atınca qəm çökdü gözə,
Nə üçün bir qızıl qarışdı yüzə?
Fəryada başladı “qızılım” deyə,
Yalvardı cavahir satan kişiyə:
- Bu ömrüm uzunu hey çalışaraq,
Əlimə bir qızıl keçirdim, ancaq.
Mənə söyləmişdi axmaq bir nəfər:
“Zəri-zər, xəzinə-xəzinə çəkər”.
Həmin bu qızıllı dükana çatdım,
Qızılı qızılın üstünə atdım.
Atdım ki, əşrəfi çəksin xəzinə,
Çox qızıl onu da çəkdi özünə.
Gülərək o sərraf, o azad insan,
Söz açdı qızılın qarışmasından:
- Çox gedə bilərmi azın üstünə?
Yüz getməz, bir gedər yüzün üstünə.
Kim ki sərvətimi çapmaq istəyir,
Yolumda bu məsəl bir keşikçidir.
Dəyirman bu qədər hay-küy qoparır,
Muzdurdur, ununu divan aparır.
Oğrudan əlmüzdüm budur, nəhayət;
“Oğrudur” deməyə etməz cəsarət.
Baxsana, yol kəsər quldur qaralar,
Dünyanı ki qara rəng ilə boyar.
Gündüzlər: “Göz gözdən utanır” deyə,
Talanı, qarəti qoyar gecəyə.
Ancaq söz qulduru şəfəq sökərkən
Qələmi yontaraq müşkin söyüddən
Fikrimi qapırlar, könlüm əmindir,
Buxaraya getsə o, Gəncənindir.
Gizlində mətaha çıxmaz müştəri,
Oğurluq bir malın olmaz dəyəri.
Ayıblar açığa çıxdığı zaman.
Əlin də, qəlbin də dərdlənir bundan.
Oğurluq maldan səs çıxmazsa, bişəkk,
O malı darğalar aparmış, demək.
Göz yumdum bu işə, çünki ruzigar,
Hər yaxşı-yamanı edər aşikar.
Dövranın çəkisi çəkər hər işi,
Çəkiyə girməmiş qalmaz bir kişi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-serefname-5
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
И везира призвал царь великого Рума,Чтоб открыть ему все, что таит его дума.
Шараф-наме, глава 17بیا ساقی از می مرا مست کنچو می در دهی نُقل بر دست کن
Шараф-наме, глава 18Дай мне, кравчий, вина, — мне с вином веселей!Исцеляют вином всех недужных мужей.
Шараф-наме, глава 19Виночерпий, приди! Дух поникнувший мойТы пурпурным вином от печали омой.
Стихи других поэтов
Naz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
GözəllikGözəllik əzəldən bütün ellərinHəvəslə qoşduğu bir şanlı qayə;
Kimdir ki, verməsin könül əbrukəmanlaraKimdir ki, verməsin könül əbrukəmanlara,Dil verməmək mahaldı bu dilsitanlara.
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,