Хосров и Ширин, глава 111
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
چو خسرو تخته حکمت در آموختبه آزادی جهان را تخته بر دوخت
ز مریم بود یک فرزند خامَشچو شیران، ابخر و شیرویه نامش
شنیدم من که آن فرزند قتالدر آن طفلی که بودش قرب نه سال
چو شیرین را عروسی بود میگفتکه شیرین کاشگی بودی مرا جفت
ز مهرش باز گویم یا ز کینشز دانش یا ز دولت یا ز دینش
سرای شاه ازو پر دود میبودبدو پیوسته ناخشنود میبود
بزرگامید را گفت ای خردمنددلم بگرفت از این وارونه فرزند
از این نافرخاختر میهراسمفساد طالعش را میشناسم
ز بد فعلی که دارد در سر خویشچو گرگ ایمن نشد بر مادر خویش
ازین ناخوش نیاید خصلتی خوشکه خاکستر بود فرزند آتش
نگوید آنچه کس را دلکش آیدهمه آن گوید او کاو را خوش آید
نه با فرّش همیبینم نه با سنگز فر و سنگ بگریزد به فرسنگ
چو دود از آتشِ من گشت خیزانز من زاده ولی از من گریزان
سرم تاج از سرافرازان ربودهستخلف بس ناخلف دارم چه سود است؟
نه بر شیرین نه بر من مهربان استنه با همشیرگان شیرینزبان است
به چشمی بیند این دیو آن پری راکه خر در بیشهها پالانگری را
ز من بگذر که من خود گَرزه مارمبلی مارم که چون او مهره دارم
نه هر زن زن بوَد هر زاده فرزندنه هر گل میوه آرد هر نیی قند
بسا زاده که کشت آن را کزو زادبس آهن کاو کند بر سنگ بیداد
بسا بیگانه کز صاحبوفاییز خویشان بیش دارد آشنایی
بزرگامید گفت ای پیشبین شاهدل پاکت ز هر نیک و بد آگاه
گرفتم کاین پسر درد سر تستنه آخر پارهای از گوهر تست؟
نشاید خصمیِ فرزند کردندل از پیوند، بیپیوند کردن
کسی بر ناربن نارد لگد راکه تاج سر کند فرزند خود را
درخت تود از آن آمد لگدخوارکه دارد بچهٔ خود را نگونسار
تو نیکی، بد نباشد نیز فرزندبود تره به تخم خویش مانند
قبای زر چو در پیرایش افتدازو هم زر بوَد کهآرایش افتد
اگر توسن شد این فرزند جماشزمانه خود کند رامَش، تو خوش باش
جوانی داردَش زینسان پر از جوشبه پیری، توسنی گردد فراموش
چنان افتاد از آن پس رای خسروکه آتشخانه باشد جای خسرو
نسازد با همالان هم نشستیکند چون موبدان آتشپرستی
چو خسرو را به آتشخانه شد رختچو شیر مست شد شیرویه بر تخت
به نوشانوش می در کاس میداشتز دورا دور شه را پاس میداشت
بدان نگذاشت، آخر بند کردشبه کنجی از جهان خرسند کردش
در آن تلخی چنان برداشت با اوکه جز شیرین کسی نگذاشت با او
دل خسرو به شیرین آن چنان شادکه با صد بند گفتا هستم آزاد
نشاندی ماه را گفتی میندیشکه روزی هست هر کس را چنین پیش
ز بادی کاو کلاه از سر کند دورگیاه آسوده باشد، سرو رنجور
هر آنچ او فحلتر باشد ز نخجیرشکارافکن بدو خوشتر زند تیر
چو کوه از زلزله گردد به دونیمز افتادن بلندان را بود بیم
هر آن بَخته که دندانش بزرگ استبه دنبالش بسی دندان گرگ است
بههرجا کهآتشی گردد زراندودبسوی نیکوان خوشتر رود دود
تو در دستی، اگر دولت شد از دستچو تو هستی، همه دولت مرا هست
شکر لب نیز از او فارغ نبودیدلش دادی و خدمت مینمودی
که در دولت چنین بسیار باشدگهی شادی گهی تیمار باشد
شکنج کار چون در هم نشیندبمیرد هر که در ماتم نشیند
گشادهروی باید بود یک چندکه پای و سر نباید هر دو دربند
نشاید کرد بر آزار خود زورکه بس بیمار وا گشت از لب گور
نه هرکهش صحت او را تب نگیردنه هر کس را که تب گیرد بمیرد
بسا قفلا که بندش ناپدید استچو وابینی نه قفل است آن کلید است
به دانایی ز دل پرداز غم راکه غم غم را کشد چون ریگ نم را
اگر جای تو را بگرفت بدخواهمقنّع نیز داند ساختن ماه
ولی چون چاه نخشب آب گیردجهان از آهنی کی تاب گیرد؟
در این کشور که هست از تیرهراییشبه کافور و اعمی روشنایی
بباید ساخت با هر ناپسندیکه ارزد ریش گاوی ریشخندی
ستیز روزگار از شرم دور استازو دوری طلب، کهآزرم دور است
دو کس را روزگار آزرم دادهستیکی کاو مُرد و دیگر کاو نزادهست
نمانَد کس درین دیر سپنجیتو نیز ار هم نمانی تا نرنجی
اگر بودی جهان را پایداریبه هر کس چون رسیدی شهریاری؟
فلک گر مملکت پاینده دادیز کیخسرو به خسرو کی فتادی؟
کسی کاو دل بر این گلزار بنددچو گل زان بیشتر گرید که خندد
اگر دنیا نمانَد با تو، مخروشچنان پندار کافتد بارت از دوش
ز تو یا مال مانَد یا تو مانیپس آن به کاو نمانَد تا تو مانی
چو بربط هر که او شادیپذیر استز درد گوشمالش ناگزیر است
بزن چون آفتاب آتش درین دیرکه بیعیسی نیابی در خران خیر
چه مارست اینکه چون ضحاک خونخوارهم از پشت تو انگیزد ترا مار
به شهوت ریزهای کز پشت راندیعقوبت بین که چون بیپشت ماندی
درین پشته منه بر پشت باریشکمواری طلب نه پشتواری
به عِنین و سِتَروَن بین که رَستندکه بر پشت و شکم چیزی نبستند
گرت عقلی است بیپیوند میباشبدانچت هست از او خرسند میباش
نه ایمنتر ز خرسندی جهانیستنه به زآسودگی نُزهتستانیست
چو نانی هست و آبی، پای درکشکه هست آزادطبعی کشوری خوَش
به خرسندی برآور سر که رستیبلایی محکم آمد سرپرستی
همان زاهد که شد در دامن غاربه خرسندی مسلّم گشت از اغیار
همان کهبد که ناپیداست در کوهبه پرواز قناعت رست از انبوه
جهان چون مار افعی پیچپیچ استترا آن به کزو در دست هیچ است
چو از دست تو ناید هیچ کاریبه دست دیگران میگیر ماری
چو دربندی، بدان میباش خرسندکه تو گنجی، بوَد گنجینه دربند
وگر در چاه یابی پایهٔ خویشسعادتنامهٔ یوسف بنه پیش
چو زیر از قدر تو جای تو باشدعلَم دان هر که بالای تو باشد
تو پنداری که تو کم قدر داری؟تویی تو کز دو عالم صدر داری
دل عالم تویی، در خود مبین خُردبدین همّت توان گوی از جهان برد
چنان دان کهایزد از خلقت گزیدهستجهان خاص از پی تو آفریدهست
بدین اندیشه چون دلشاد گردیز بند تاج و تخت آزاد گردی
و گر باشی به تخت و تاج محتاجزمین را تخت کن، خورشید را تاج
بدین تسکین ز خسرو سوز میبردبدین افسانه خوشخوش روز میبرد
شب آمد همچنان آن سرو آزادسخن میگفت و شه را دل همیداد
Xosrov öyrənərkən dərsi, hikməti
Tərk etdi dünyanı, eyşi, işrəti.
Məryəmdən olmuşdu bir kal övladı,
Şir kimi qoxulu, Şiruyə adı,
Beyni xərçəng dolu, zorba bir eşşək,
Ürək bulanırdı üzünü görcək.
Ala və göy gözlü, bir üzügülməz,
Ondan iyrənirdi rast gəlsə hər kəs,
Deyirlər bu oğul onca yaşında
Min fikir bəslərmiş kinli başında.
Gəlin gələn zaman Şirin, baxaraq,
"Kaş mənim olaydı", - deyirmiş alçaq.
Sevdiyindən deyim, yoxsa kinindən,
Elmindən, bəxtindən, yoxsa dinindən?
Qaranlıq çökmüşdü ondan saraya,
İnciklik salırdı daim araya.
Şah Büzürgümidə dedi: "Əvvəldən
Bu dönük oğuldan narazıyam mən.
Uğursuz insanlar çox yaman olar,
Taleyində onun min bir fəsad var.
Çox pis niyyətlərlə gəzir aləmi,
Anasına uymur canavar kimi.
Çıxmaz bu çirkindən bir yaxşı rəftar,
Məsəldir, deyərlər, oddan kül olar.
Fikri özündədir, çox xudpəsənddir,
Başqasını saymaz, özünə bənddir.
Onun nə huşu var, nə də vüqarı,
Uzaqdır onlardan, yoxdur heç arı.
Tüstü kimi çıxdı mənim odumdan,
Ancaq məni görcək yan qaçır hər an.
Mən şahlar başından tac aldım, ancaq
Oğlum naxələfdir, bir bəxtimə bax!
Nə mənə uyuşur, nə də Şirinə,
Bacılarıyla da düz gəlmir yenə.
Palanduza necə baxarsa eşşək,
Bu div o pəriyə baxır onuntək.
Məni gürzə bilir o gürzərəftar,
Yəqin ilanam ki, böylə xalım var.
Hər anadan olan övladdır məgər?
Hər çiçək bal verməz, hər qamış şəkər.
Qohumdan mehriban yadlar az deyil,
Həm vəfalı, sadiq, həm də şirindil.
Çox övlad öldürdü doğma ananı,
Dəmirdən incidi çox daşın canı".
Büzürgümid dedi: "Müdrik hökmdar,
Pak qəlbin hər işdən olmuş xəbərdar.
Dərdi-sər olsa da bu oğul sənə,
Öz gövhərindəndir bu parça yenə.
Yararmı olasan övladla düşman?
Ürək ayrılarmı saldığı bağdan?
Nar öz meyvəsini başında saxlar,
Odur təpik vurmaz ona hər murdar.
Tut öz meyvəsini yerlərə tökər,
Odur ki, təpikdən əziyyət çəkər.
Sən yaxşısan, o da pis olmayacaq,
Öz tumuna bənzər bar verən budaq.
Paltarçün biçilsə əgər zər parça,
Qızıldır biçimdə düşən hər parça.
Oğlun harındırsa, bundan zərər yox,
Zəmanə yumşaldar, qəm eyləmə çox.
Belə qaynar, coşğun cavanlığı var,
Qocalsa hər şeyi tamam unudar. "
Şah qərara gəldi taxtı tərk etsin,
Dünyadan çəkilsin, məbədə getsin.
Şah məbədə getdi, orda yerləşdi,
Şiruyə də şirtək taxta əyləşdi.
Əlindən düşmürdü qədəhi bir an,
Qaraul çəkirdi şaha uzaqdan.
Elə də qalmadı, şahı həbs etdi,
Könlünü, qəlbini yaman incitdi.
Şiruyə edərkən Xosrovu dustaq
Şirini qoyurdu yanına ancaq.
Xosrov Şiriniylə olurdu çox şad,
Bilirdi özünü zindanda azad.
Şirinə deyirdi: "Qəm yemə, ey yar,
Hər kəsin önünə belə iş çıxar.
Başdan papaqları aparsa külək,
Zilləti ot deyil, ağac çəkəcək.
Hansı ov gedərsə ovda qabaqda,
Onu asan vurar ovçu ovlaqda.
Zəlzələ zamanı yarılar dağlar,
Ucalar qorxsun ki, onlar tez uçar.
Anadan ayrılsa bir quzu əgər,
Onun arxasınca canavar düşər.
Qızıltək qaralsa odların üstü,
Gedər yaxşıların gözünə tüstü.
Dövlət əldən getdi, sən getməmisən,
Dövlətim də sənsən, malım da sənsən."
Şahdan ayrılmırdı bir an da Şirin,
Ona ürək verib, edirdi təskin:
"Dünyada çox olur bu sayaq rəftar,
Gah əziyyət olar, gah şadlıq olar.
İş çətinə düşsə, bil ki, o zaman
Hamıdan tez ölər matəm saxlayan.
Gülərək, qəlbini şadlandır bir az,
Ayaqla baş birgə bənd olub qalmaz.
Çox da fəryad etmə, çırağım sönüb,
Qəbrin kandarından çox xəstə dönüb.
Demə xəstələnməz bədəni sağlam,
Elə bilmə ölər hər xəstə adam.
Açarsız bildiyin bir çox qıfıllar
Bağlı qapılara olarlar açar.
Arif ol, qəm çəkmə, qəmdən et həzər,
Qum nəm çəkən kimi, qəmi qəm çəkər.
Qəm yemə, yerini tutmuşsa bədxah,
Aysan, buludlarda qalmazsan, ey şah!
Nəxşəb quyusunu su basan zaman
Necə işıq alar dəmirdən cahan?
Bu bir ölkədir ki, çox dönük sözlü,
Ağa qara deyir, kora da gözlü.
Konaz adamla da yola gedərlər,
Bəzən axmağa da hörmət edərlər.
Bil ki, zəmanənin həyası yoxdur,
Ondan uzaq duran səlamət olur.
Ancaq iki şəxsə acıyıb dövran,
Birisi öləndir, biri olmayan.
Günəş kimi od vur bu dünyaya sən,
Isasız nə çıxar bu eşşəklərdən?
Beş günlük dünyada bir kimsə qalmaz,
Sən də inciməzsən, səbr etsən bir az.
Əbədi olsaydı bu dünya əgər,
Padşah olardımı hər yetən məgər?
Əbədi versəydi şahlığı zaman,
Xosrova keçməzdi o Keyxosrovdan.
Hər kim bu gülzara könlünü bağlar,
Gül kimi gülməkdən daha çox ağlar.
Nalə etmə dünya gedərsə bir gün,
Elə bil düşmüşdür dalından yükün.
- Adın qalsın, malın? - desələr sənə,
Ad qalmaq maldan çox xoş gəlir mənə.
Kimin başında var bərbət sevdası
Mütləq görəcəkdir qulaqburması.
Dünya Zöhhak təki qan içəndir qan!
Sənə öz arxandan yaratdı ilan.
O, belindən gələn bir damla şəhvət
Sənin öz belini əydi nəhayət.
Bu dağda yükləmə arxanı bunca,
Kifayətdir sənə qarnın tutunca.
Ərə getməyən qız, evlənməyən ər,
Qarına, arxaya şey yükləməzlər.
Ağlın var, hər şeydən çalış azad ol,
Nəyin var qane ol, onunla şad ol!
Şadlıqdan asudə məclis olarmı?
Rahatlıqdan gözəl bir aləm varmı?
Çörəyin, suyun var, qane ol, otur,
Ən azad bir ölkə, inan ki, odur.
Şadlıqla gün keçir, fikirdən qurtar,
Çox qayğı çəkməyin min bəlası var.
Zahid sığıncağı oldu mağara,
Şadlıqdan qələbə çaldı əğyara.
O dağda gizlənmiş möbidə bax sən,
Qənaət edərək qurtardı qəmdən.
Əfi ilan kimi qıvrılar cahan,
Yaxınlaşmasan, heç çəkməzsən ziyan.
Gördün ki, əlindən gəlməyir bir iş,
Ilanı yad əllə tutmağa giriş!
Zindana düşmüsən, qəm çəkmə, ey yar!
Xəznəsən, xəznələr gizlində olar.
Quyuya düşsən də, olma pərişan.
Yusifi xatırla, təmkinlə dayan!
Bu dərya üzündə vardır çox zəhər,
Dibinə cumanlar dürr əldə edər.
Yüksəlmək istəsən, enəsən gərək
Ki, şirin ağzından quyruğu göyçək.
Yerin yaraşmırsa əgər şəninə,
Özündən yüksəyi bayraq bil yenə.
Elə zənn etmə ki, qədrin azalıb,
Hər iki dünyaya adın səs salıb.
Aləmin qəlbisən, gəl, çəkmə xiffət,
Fələkdən top alar səndəki himmət.
Yüksək yaratmışdır xaliq insanı,
Vermiş xidmətinə bütün dünyanı.
Belə düşünməklə dilşad olarsan,
Tacü təxt qeydindən azad olarsan.
Əgər taxta, taca sən olsan möhtac
Yeri taxt hesab et, günəşi də tac."
Şahı məşğul edir əfsanələrlə,
Ovudurdu onu hər zaman belə.
Gecə sübhə kimi o gözəl pəri
Söyləyirdi şaha belə sözləri.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-xosrov-ve-sirin-111
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
کبکی به دهن گرفت موریمیکرد بر آن ضعیف زوری
Лейли и Меджнун, глава 19Семи небес многоочитый свод,Семи планет хрустальный хоровод,
Лейли и Меджнун, глава 20Сад радости, где счастью должно быть,Вдруг сочинитель вздумал заклеймить, —
Лейли и Меджнун, глава 21Не ведала Лейли, что делать ей,Любовь скрывать чем дольше, тем трудней.