مرا چون هاتف دل دید دم‌سازبر آورد از رواق همّت آواز

Ürəyin hatifi görüb məni şad,Hümmət eyvanından səsləndi: heyhat!..

که بشتاب ای نظامی زود، دیرستفلک بد‌عهد و عالم زود‌سیر است

Durma, ey Nizami, iş zamanıdır,Fələk etibarsız, dünya fanidir.

بهاری نو برآر از چشمهٔ نوشسخن را دست‌بافی تازه در‌پوش

Təzə bahar yetir can çeşməsindən;Yeni paltar geydir sözlərinə sən.

در این منزل به همّت ساز برداردرین پرده به‌وقتْ آواز بردار

Hümmət eylə, burda ələ al sazı,Ucalt bu pərdədə şirin avazı.

کمین سازند اگر بی‌وقت رانیسر اندازند اگر بی‌وقت خوانی

Vaxtsız yola çıxsan, pusarlar, inan.Başını kəsərlər vaxtsız banlasan.

زبان بگشای چون گل روزکی چندکز این کردند سوسن را زبان‌بند

Süsəntək hələlik dil bağlanmamışGül kimi neçə gün dil açıb danış!

سخن پولاد کن چون سکهٔ زربدین سکه‌، درم را سکه می‌بر

Polad kimi bərkit qızıl sözü sən.Salsın söz sikkəsi pulu qiymətdən.

نخست آهنگری با تیغ بنمایپس آن‌گه صیقلی را کار فرمای

Dəmirçi kimi sən bir qılınc yarat,Sonra cilalandır, gün kimi parlat.

سخن کان از سر اندیشه نایدنوشتن را و گفتن را نشاید

Boş, mənasız sözlər kimə gərəkdir?Kim belə sözləri dinləyəcəkdir?

سخن را سهل باشد نظم دادنبباید لیک بر نظم ایستادن

Sözü nəzmə çəkmək asandır, asan,Gərək söz üstündə sən can qoyasan.

سخن بسیار داری‌، اندکی کنیکی را صد مکن صد را یکی کن

Sözündə çoxluğa qoyma yer olsun,Birin yüz olmasın, yüzün bir olsun.

چو آب از اعتدال افزون نهد گامز سیرابی به غرق آرد سرانجام

Su artıb həddini aşarsa əgər,İçəni doydurmaz, mütləq qərq edər.

چو خون در تن ز عادت بیش‌گرددسزای گوش‌مال نیش گردد

Bədəndə həddindən artıq olsa qan,Neştərlə tökərlər onu damardan.

سخن کم گوی تا بر کار گیرندکه در بسیار بد بسیار گیرند

Az danış, desinlər sözündə güc var,Çox sözü dinləyən çox nöqsan tutar.

تو را بسیار گفتن گر سلیم استمگو بسیار دشنامی عظیم است

Çox söyləmək bəlkə sənə asandır,"Çox oldu" desələr böyük nöqsandır.

سخن جان است و جان‌دارو‌ی جان استمگر چون جان عزیز از بهر آن است

Söz ruhdur, can üçün ruh bir dərmandır,Cantək əzizliyi bəlkə bundandır.

تو مردم بین که چون بی‌رای و هوشندکه جانی را به نانی می‌فروشند

Gör dünyada necə fərsiz insan var,Bir quru çörəyə canı satırlar.

سخن گوهر شد و گوینده غواصبه سختی در کف آید گوهرِ خاص

Söz deyən qəvvasdır, söz isə gövhər,Bu gövhər çox çətin əmələ gələr

ز گوهر سفتن استادان هراسندکه قیمت‌مندیِ گوهر شناسند

Gövhəri deşməkdən qorxur ustalar,Çünki onun ağır bir bahası var.

نبینی؟ وقتِ سفتن مرد حکاکبه شاگردان دهد دُر خطرناک

Həkkaklar deşəndə onu qorxaraq,Deşməkçün şagirdə verərlər ancaq.

اگر هشیار اگر مخمور باشیچنان زی کز تعرض دور باشی

İstərsən sərxoş ol, istərsən huşyar,Çalış uzaq olsun səndən fitnəkar.

هزارت مشرف بی‌جامگی هستبه صد افغان کشیده سوی تو دست

Yaramaz qonşun var yanında min-min,Dillərində qarğış, gözlərində kin.

به غفلت بر میآور یک نفَس رامَدان غافل ز کار خویش کس را

Qəflətdə keçməsin bir an nəfəsin.Qəflətdədir sanma fikri bir kəsin.

نصیحت‌های هاتف چون شنیدمچو هاتف روی در خلوت کشیدم

Eşidib hatifdən bu nəsihəti.Mən də hatif kimi tutdum xəlvəti.

در آن خلوت که دل دریاست آن‌جاهمه سرچشمه‌ها آن‌جاست آن‌جا

O xəlvətdə ürək böyük dəryadır,Bütün çeşmələrin gözü ordadır.

نهادم تکیه‌گاهْ افسانه‌ای رابهشتی کردم آتش‌خانه‌ای را

Xoş bir əfsanəyə əsaslanaraq,Döndərdim behiştə atəşgahı, bax.

چو شد نقاش این بت‌خانه دستمجز آرایش بر او نقشی نبستم

Olunca nəqqaşı bu butxanənin,Bəzək vurdum ona rövnəqli, zəngin.

اگر‌چه در سخن کآب حیات استبوَد جایز هر آن‌چه‌ز ممکنات است

Söz canlı olanda abi-həyattəkHər bir mümkün şeyi cayizdir demək.

چو بتوان راستی را درج کردندروغی را چه باید خرج کردن؟

Var doğru yazmağa, madam ki, imkan,Neçin gəlsin gərək ortaya yalan?!

ز کژ‌گویی سخن را قدر کم گشتکسی کاو راست‌گو شد مُحتَشم گشت

Qiymətdən salmışdır sözü yalanlar,Doğrunu danışan möhtəşəm olar.

چو صبح صادق آمد راست‌گفتارجهان در زر گرفتش محتشم‌وار

Dedi sübhi-sadiq çünki doğrunu,Dünyalar qızıla tutdurdu onu.

چو سرو از راستی بر زد علَم راندید اندر خزان تاراج غم را

Sərv də qaldırmış düzlük bayrağı,Onunçün həmişə göydür yarpağı.

مرا چون مخزن‌الاسرار گنجیچه باید در هوس پیمود رنجی؟

Mənim xəzinəm var "Məxzənül-əsrar",Boş zəhmət çəkməyin nə mənası var?

ولیکن در جهان، امروز کس نیستکه او را در هوس‌نامه هوس نیست

Lakin bir adam yox dünyada bu günZövqdən, əyləncədən uzaq görünsün.

هوس پختم به شیرین دست‌کاریهوس‌ناکانِ غم را غم‌گساری

Bir sevda bəslədim, şirindir dadı,Dərdə düşənlərin budur imdadı.

چنان نقش هوس بستم بر او پاککه عقل از خواندنش گردد هوس‌ناک

Bir naxış salmışam ona həvəsdən,Həvəslə seyr edir onu hər görən.

نه در شاخی زدم چون دیگران دستکه بر وی جز رطب چیزی توان بست

Mən elə budağa əl vurmadım ki,Boş olsun xurmasız bir ağac təki.

حدیث خسرو و شیرین نهان نیستوزان شیرین‌تر الحق داستان نیست

Məlum hekayədir "Xosrov və Şirin",Dastan yoxdur əsla bu qədər şirin.

اگر چه داستانی دل‌پسند استعروسی در وقایه شهربند است

Ruhu oxşasa da bu gözəl dastan,Pərdədə qalmışdı bu gəlin çoxdan.

بیاضش در گزارش نیست معروفکه در بَردَع سوادش بود موقوف

Tanıyan yoxdur bu gözəl alması,Bərdədə var idi bir əlyazması.

ز تاریخ کهن‌سالان آن بوممرا این گنج‌نامه گشت معلوم

O ölkənin qədim tarixlərindənBu dastanı tamam öyrənmişəm mən.

کهن‌سالان این کشور که هستندمرا بر شقه این شغل بستند

O yerdə yaşayan qoca adamlarTəşviq etdi, işə mən verdim qərar.

نیارد در قبولش عقل سستیکه پیش عاقلان دارد درستی

Ağıl bu dastanı bəyənsin gərək,Sözləri şirindir, məzmunu gerçək.

نه پنهان بر درستیش آشکار استاثرهایی کز ایشان یادگار است

Xosrovdan, Şirindən qalan yadigarGizlində deyildir, durur aşikar:

اساس بیستون و شکل شبدیزهمیدون در مداین کاخ پرویز

Şəbdiz atın şəkli, Bisütun dağı,Pərviz sarayının eyvanı, tağı,

هوس‌کاری آن فرهاد مسکیننشانِ جوی شیر و قصر شیرین

Zavallı Fərhadın sönən arzusu,O Şahrud, o çöldə axan gözəl su,

همان شَهرود و آب خوشگوارشبنای خسرو و جای شکارش

O qəsri-Şirinə gedən süd çayı,Xosrovun ovlağı, zəngin sarayı.

حدیث باربد با ساز دهرودهمان آرام‌گاه شه به شهرود

On telli sazını çalardı Barbəd,Şahrudda aramgah - xoş istirahət.

حکیمی کاین حکایت شرح کرده‌ستحدیث عشق از ایشان طرح کرده‌ست

Söylərkən o həkim bu xoş dastanı,Çıxarıb içindən eşqi, fəğanı.

چو در شصت اوفتادش زندگانیخدنگ افتادش از شست‌ِ جوانی

Altmış yaşındaydı yazanda bunu,Saxlaya bilmirdi yayda oxunu!..

به عشقی در که شصت آمد پسندشسخن گفتن نیامد سودمندش

Altmışda sevginin, eşqin həycanıTitrədə bilməzdi yorğun qocanı.

نگفتم هر چه دانا گفت از آغازکه فرخ نیست گفتن، گفته را باز

Bilici deyəni etmədim təkrar,Məlumu deməkdən kimə fayda var?!

در آن جزوی که مانْد از عشق‌بازیسخن راندم چو تیغِ مرد غازی

Onun yazdıqları - cəngavər eşqi,Mənim yazdıqlarım - bir dilbər eşqi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов