نشسته شاه روزی نیم‌هشیاربه امّیدی که گردد بخت بیدار

در آمد قاصدی از ره به تعجیلز هندُسْتان حکایت کرد با پیل

مژه چون کاس چینی نم گرفتهمیان چون موی زنگی خم گرفته

به خط چین و زنگ آورد منشورکه شاه چین و زنگ از تخت شد دور

گشاد این ترک‌خو چرخ کیانیز هندوی دو چشمش پاسبانی

دو مرواریدش از مینا بریدندبه جای رشته در سوزن کشیدند

دو لعبت باز را بی‌پرده کردندره سرمه به میل آزرده کردند

چو یوسف گم شد از دیوان دادشزمانه داغ یعقوبی نهادش

جهان چشم جهان بینش ترا دادبه جای نیزه در دستش عصا داد

چو سالار جهان چشم از جهان بستبه سالاری تو را باید میان بست

ز نزدیکان تخت خسروانینبشته هر یکی حرفی نهانی

که زنهار آمدن را کار فرمایجهان از دست شد تعجیل بنمای

گرت سر در گل است آن جا مشویشو گر لب بر سخن با کس مگویش

چو خسرو دید که ایام آن عمل کردکمند افزود و شادروان بدل کرد

درستش شد که این دوران بدعهدبَقّم با نیل دارد سرکه با شهد

هوای خانه خاکی چنین استگَهی زنبور و گاهی انگبین است

عمل با عزل دارد مهر با کینترش تلخی است با هر چرب و شیرین

ز ریگش نیست ایمن هیچ جوییمسلم نیست از سنگش سبویی

چو دربند وجودی راهِ غم گیرفراغت بایدت راهِ عدم گیر

بنه چون جان به باد پاک بربنددر زندان سرای خاک بربند

جهان هندو است تا رختت نگیردمگیرش سست تا سختت نگیرد

در این دکان نیابی رشته تاییکه نبود سوزنیش اندر قفایی

که آشامد کدویی آب ازو سردکز استسقا نگردد چون کدو زرد

درخت آن گه برون آرد بهاریکه بشکافد سر هر شاخ‌ساری

فلک تا نشکند پشت دوتاییبه کس ندهد یکی جو مومیایی

چو بی‌مردن کفن در کس نپوشندبه ار مردم چو کرم اطلس نپوشند

چو باید شد بدان گل‌گونه محتاجکه گردد بر در گرمابه تاراج

لباسی پوش چون خورشید و چون ماهکه باشد تا تو باشی با تو همراه

برافشان دامن از هر خوان که داریقناعت کن بدین یک نان که داری

جهانا چند ازین بی‌داد کردنمرا غم‌گین و خود را شاد کردن

غمین داری مرا شادت نخواهمخرابم خواهی آبادت نخواهم

تو آن گندم‌نمای جوفروشیکه در گندم جو پوسیده پوشی

چو گندم گوژ و چون جو زردم از توجوی ناخورده گندم خوردم از تو

تو را بس باد ازین گندم‌نماییمرا زین دعوی سنگ آسیایی

همان بهتر که شب تا شب درین چاهبه قرصی جو گشایم روزه چون ماه

نظامی چون مسیحا شو طرفدارجهان بگذار بر مشتی علف‌خوار

علف‌خواری کنی و خرسواریپس آن گه نزل عیسی چشم داری

چو خر تا زنده باشی بار می‌کشکه باشد گوشت خر در زندگی خوش

Oturmuşdu bir gün şah yarı xumar,Gözləyirdi, bəxti haçan ayılar?

Bir qasid tələsik gəlib yanaşdı,Filə Hindistandan hekayət açdı.

Çin kasası kimi kirpiyi nəmdi,Zənci tükü kimi qaməti xəmdi.

Çin-zənci xətli bir məktub gətirdi:Çin - Zəngibar təxti şahı itirdi.

Bu türk xasiyyətli dövran dönürkən,Hürmüzü eylədi ikicə gözdən.

Cüt incini kəsib minadan yenəİynəyə taxdılar bir sap yerinə.

Pərdəsiz qoydular cüt oyunçunu,Sürmə deyil, millər incitdi onu.

Ədalət Yusiftək qaçdı divandan,Ona çəkdi Yəqub dağını zaman.

Sənə verdi onun gözünü dünya,Aldı nizəsini, verdi bir əsa.

Dünyaya göz yumdu dünya saları,Dolandırmalısan sən o diyarı."

Taxta yaxın olan kəslər hər biriYazıb anlatmışdı gizlicə sirri:

"Amandır, tez gəl ki, götür bir tədbir,Dünya əldən getdi, özünü yetir.

Başın gilablısa, orda yuma, gəl,Sözü ağzında kəs, dilə uyma, gəl!.."

Xosrov zəmanədən ağır dərd aldı,Kəməndi uzatdı, pərdəni saldı.

Gördü ki, zamanın vəfası yoxdur,Bal ilə sirkəsi bir yerdə olur.

Bu fani torpağın yoxdur ilqarı,Bəzən bal rast gəlir, bəzən də arı.

İşdə dönüklük var, sevgidə hicran,Şirin ayrı olmaz əsla acıdan.

Bir bulaq qumundan asudə olmaz,Bir kuzə daşından salamat qalmaz

Öz qeydinə qalsan, tut qəm yolunu,Rahat olmaq üçün - ədəm yolunu.

Əsasını cantək pak elə, bağla -Bu torpaq zindanın ağzını bağla.

Gözlə soyar səni bu oğru dünya,Bel bağlama, salar səni qovğaya.

Yoxdur bu dükandan bircə sap alan,Ardınca gəlməsin iynə, ya tikan.

Bir kudu su içsə hər gün, bu ruzgarAxır kudu kimi onu saraldar.

Əgər çırtlamasa ağac budağı,Heç bir bahar görməz dünyanın bağı.

Bir beli ikiqat qırmasa fələk,Mumiya zərrəcə eyləməz kömək.

Öldürməmiş səni geydirməz kəfən,İpəkqurdu olma, əl çək ipəkdən.

Nəyinə lazımdır gül rəngli paltar?Bil, mürdəşir bir gün onu aparar.

Günəş və ay kimi bir paltar geyin,Olsun həşrə kimi yoldaşın sənin.

Qoy dünyada qalsın bu naz, bu nemət,Bir parça çörəyə elə qənaət.

Ey dünya! Nə qədər zülm edəcəksən?Məni qəmləndirib güləcəksən sən?

Mən qəmliyəm, görüm sən şad olma heç!Xərabəyəm, sən də abad olma heç!

Buğda göstərərək arpa satırsan,Bir çürük, dəyərsiz arpadır buğdan.

Əlindən buğdatək mən qozbel oldum.Dəymiş arpa kimi saraldım, soldum.

Bir arpa yeməmiş sənin əlindənBuğdatək əzilib üyülmüşəm mən.

Buğda göründüyün artıq əbəsdir.Dəyirman olduğum mənim də bəsdir.

Gecədən-gecəyə çox yaxşı olarArpa çörəyilə mən açam iftar.

Nizami, İsatək çəkil bir yerə,Dünyanı tərk eylə ot yeyənlərə!

Bu eşşək minməklə, bu ot yeməklə,Zənn etmə, çatarsan İsaya belə.

Diriykən eşşəktək sən çək zəhməti,Sağkən qiymətlidir eşşəyin əti.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов