Хосров и Ширин, глава 40
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
فرنگیس اولین مرکب روان کردکه دولت در زمین گنجی نهان کرد
از آن دولت فریدونی خبر داشتزمین را باز کرد، آن گنج برداشت
سهیل سیمتن گفتا تذرویبه بازی بود در پایینِ سروی
فرود آمد یکی شاهین به شبگیرتذرو نازنین را کرد نخجیر
عجبنوشِ شکرپاسخ چنین گفتکه عنبربو گلی در باغ بشکفت
بهشتیمرغی آمد سوی گلزارربود آن عنبرینگل را به منقار
از آن بِه داستانی زد فلکنازکه ما را بود یک چشم از جهان باز
به ما چشمی دگر کرد آشناییدو بِه بیند ز چشمی روشنایی
همیلا گفت آبی بود روشنروان گشته میانِ سبز گلشن
جوانشیری بر آمد تشنه از راهبدان چشمه دهان تر کرد ناگاه
همایون گفت لعلی بود کانیز غارتگاهِ بَیّاعان نهانی
درآمد دولت شاهی به تاراجنهاد آن لعل را بر گوشهٔ تاج
سمنترک سمنبر گفت یک روزجدا گشت از صدف دُری شبافروز
فلک در عِقدِ شاهی بند کردشبه یاقوتی دگر پیوند کردش
پریزادِ پریرخ گفت ماهیبه بازی بود در نخجیرگاهی
بر آمد آفتابی ز آسمان بیشکشید آن ماه را در چنبر خویش
خُتنخاتون چنین گفت از سرِ هوشکه تنها بود شمشادی قصبپوش
بدو پیوست ناگه سروی آزادکه خوش باشد به یک جا سرو و شمشاد
زبان بگشاد گوهرمُلکِ دلبندکه زُهره نیز تنها بود یک چند
سعادت برگشاد اقبال را دستقَرانِ مشتری در زهره پیوست
چو آمد در سخن نوبت به شاپورسخن را تازه کرد از عشقْ منشور
که شیرین انگبینی بود در جامشهنشه روغن او شد سرانجام
به رنگآمیزی صنعت من آنمکه در حلوای ایشان زعفرانم
پس آن گه کردشان در پَهلَوی یادکه احسنت ای جهانپهلو دو همزاد
جهان را هر دو چون روشنْ درخشیدز یکدیگر مبُرید و ملخشید
سخن چون بر لب شیرین گذر کردهوا پر مشک و صحرا پر شکر کرد
ز شرم اندر زمین میدید و میگفتکه دل بیعشق بود و یار بیجفت
چو شاپور آمد اندر چارهٔ کاردلم را پاره کرد آن پارهٔ کار
قضای عشق اگر چه سرنبشته استمرا این سرنبشت او درنبشت است
چو سر رشته سوی این نقش زیباستز سرخی نقشِ رویم نقشِ دیباست
مرا کز دست خسرو نقل و جام استنه کیخسرو پناخسرو غلام است
سرم از سایهٔ او تاجور بادندیمش بخت و دولت راهبر باد
چو دور آمد به خسرو گفت باریسیهشیری بُد اندر مَرغزاری
گوزنی بر رهِ شیر آشیان کردرسن در گردنِ شیر ژیان کرد
من آن شیرم که شیرینم به نخجیربه گردن بر نهاد از زلف زنجیر
اگر شیرین نباشد دستگیرمچو شمع از سوزشِ بادی بمیرم
و گر شیر ژیان آید به حربمچو شیرین سوی من باشد بچربم
حریفان جنس و یاران اهل بودندبه هر حرفی که میشد دست سودند
دلِ مَحرم بوَد چون تختهٔ خاکبر او دستی زنی حالی شود پاک
دگر ره طبعِ شیرین گرمتر گشتدلش در کار خسرو نرمتر گشت
قدح پر باده کرد و لعل پرنوشبه خسرو داد کاین را نوش کن نوش
بخور کاین جام شیرین نوش بادتبه جز شیرین همه فرموش بادت
ملک چون گل شدی هر دم شکفتهاز آن لعلِ نسفته لعلسفته
گَهی گفت ای قدح شب رخت بنددتو بگری تلخ تا شیرین بخندد
گَهی گفت ای سحر منمای دندانمخند، آفاق را بر من مخندان
به دستِ آن بتانِ مجلسافروزسپهر انگشتری میباخت تا روز
ببرد انگشتری چون صبح برخاستکه بر بانگ خروس انگشتری خواست
بتان چون یافتند از خرمی بهرشدند از ساحت صحرا سوی شهر
جهان خوردند و یک جو غم نخوردندز شادی کاهِ برگی کم نکردند
چو آمد شیشهٔ خورشید بر سنگجهان بر خلق شد چون شیشهٔ تنگ
دگر ره شیشهٔ مِی برگرفتندچو شیشه بادهها بر سر گرفتند
بر آن شیشهدلان از ترکتازیفلک را پیشه گشته شیشهبازی
به می خوردن طرب را تازه کردندبه عشرت جان شب را تازه کردند
همان افسانهٔ دوشینه گفتندهمان لعل پرندوشینه سفتند
دل خسرو ز عشقِ یارِ پرجوشبه یاد نوشِ لب میکرد می نوش
می رنگین زهی طاووس بیمارلب شیرین زهی خرمای بیخار
نهاده بر یکی کف ساغر ملگرفته بر دگر کف دستهٔ گل
از آن می خورد و زان گل بوی برداشتپی دلجُستنِ دلجوی برداشت
شراب تلخ در جانش اثر کردبه شیرینی سوی شیرین نظر کرد
به غمزه گفت با او نکتهای چندکه بود از بوسه لبها را زبان بند
هم از راه اشارتهای فرخحدیث خویشتن را یافت پاسخ
سخنها در کرشمه مینهفتندبه نوک غمزه گفتند آن چه گفتند
همه شب پاسبانی پیشه کردندبسی شب را درین اندیشه کردند
ز گرمی رویِ خسرو خوَی گرفتهصبوح خرمی را پی گرفته
که شیرین را چگونه مست یابد؟بر آن تنگ شکر چون دست یابد؟
نمیافتاد فرصت در میانهکه تیر خسرو افتد بر نشانه
دل شادش به دیدار دلافروزطرب میکرد و خوش میبود تا روز
چو بر شبدیزِ شب گلگونِ خورشیدستام افکند چون گلبرگ بر بید
مه و خورشید دل در صید بستندبه شبدیز و به گلگون برنشستند
شدند از مرز موقان سوی شهرودبنا کردند شهری از می و رود
گَهی بر گرد شط بستند زنجیرز مرغ و ماهی افکندند نخجیر
گَهی بر فرضه نوشآب شهرودجهان پرنوش کردند از می و رود
گَهی راندند سوی دشت مندورتهی کردند دشت از آهو و گور
بدینسان روزها تدبیر کردندگَهی عشرت، گَهی نخجیر کردند
عروس شب چو نقش افکند بر دستبه شهرآرایی، انجم کِلّه بربست
عروس شاه نیز از حجله برخاستبه روی خویشتن مجلس بیاراست
عروسانِ دگر با او شده یارهمه مجلس عروس و شاه بیکار
شکر بسیار و بادام اندکی بودکبوتر بیحد و شاهین یکی بود
همه بر یاد خسرو مِی گرفتندپیاپی خوشدلی را پی گرفتند
شبی بیرود و رامشگر نبودندزمانی بیمی و ساغر نبودند
می و معشوق و گلزار و جوانیازین خوشتر نباشد زندگانی
تماشای گل و گلزار کردنمی لعل از کف دلدار خوردن
حمایل دستها در گردن یاردرخت نارون پیچیده بر نار
به دستی دامن جانان گرفتنبه دیگر دست نبض جان گرفتن
گَهی جُستن به غمزه چارهسازیگَهی کردن به بوسه نردبازی
گَه آوردن بهارِ تَر در آغوشگَهی بستن بنفشه بر بناگوش
گَهی در گوش دلبر راز گفتنگَهی غمهای دلپرداز گفتن
جهان این است و این خود در جهان نیستو گر هست ای عجب جز یک زمان نیست
Birinci Firəngiz dedi: "Bir zamanBir xəzinə vardı torpaqda pünhan.
Firidun tutanda bu işdən xəbər.Qızıl xəzinəni apardı yeksər."
Simintən Süheyla dedi: "Bir zamanBir sərvin altında gəzib oynayan
Qırqovulu görüb şahin cumaraqÇaldı onu yerdən bir anda qoçaq."
Şəkər Əcəbnuş da belə dil açdı:Bir gün bağda ənbər iyli gül açdı.
Behişt quşu bir gün güllüyə vardı,Dimdiyilə gülü aldı, apardı."
Fələknaz dedi bir gözəl əfsanə:"Bir gözlə baxırdıq biz bu cahana.
Bir göz də bizimlə bağladı ülfət,İki göz bir gözdən yaxşıdır əlbət."
Humeyla dedi: "Bir parlaq su vardı.Yaşıl çəmənlikdə sakit axardı.
Yoldan bir susamış cavan şir gəldi,Sudan içdi, sonra orda dincəldi."
Hümayun səsləndi: "Bir mədəndə ləlGizlənirdi, ona gəlməsin xələl.
Şaha bəxt yar oldu, edərək qarətTacına eylədi o ləli zinət."
Səməntürk dedi ki: "Gecə nur səpənMirvari ayrıldı bir gün sədəfdən.
Başqa bir yaqutla tez birləşdirib,Fələk etdi onu bir şaha nəsib."
Belə söhbət açdı gözəl Pərizad:Bir ovlaqda bir ay nur saçırdı şad.
Göydən günəş endi keçmədən bir an.Kəməndinə saldı ayı ovlaqdan."
Xütənxatun dedi: "Bilin, həzərat,Yalqızdı bir zərbəf geyinmiş şümşad.
Azad bir sərv ilə qovuşdu birdən,Şümşadla sərv olar bir yerdə çox şən."
Gövhərmülk söylədi: "Bir neçə zamanZöhrə də uzaqdı dostdan, aşnadan.
Xoşbəxtlik iqbalın əlini açdı,Müştəri Zöhrəyə gəlib yanaşdı."
Elə ki, Şapura yetişdi növbət,Məhəbbətdən açdı bir yeni söhbət.
Dedi: "Camda baldı bu şirin sona,Şahənşah yağ oldu, qarışdı ona.
Rəngi ustalıqla mən qatdığımdan,Halvalarına da oldum zəfəran."
Nəcabətlərindən söz açdı sonra,Çox "Əhsən!", "Afərin!" dedi onlara:
"Bu aləmçin, parlaq bir şəfəqsiniz,Biri-birinizdən ayrılmayın siz!"
Şirinin ağzından çıxanda sözlərHavaya doldu müşk, çöllərə şəkər.
Utanaraq dedi: "Siz bilirsiniz,Ürək eşqsizdi, sevgili əşsiz.
Şapur gəldi, buna eylədi çarə,Etdi ürəyimi o parə-parə.
Bir qəza işidir aşiqlik ancaq,O yazmışdır mənə bu qəzanı, bax,
Fikrim bu naxışdan olmuş pərişan.Qızarmışdır üzüm utandığımdan.
Xosrovun əlindən mən alsam da cam,Ona böyük şahlar olmuşdur qulam."
Xosrov söz başlayıb dedi: "Bir kərəQara şir çıxmışdı çəmənliklərə.
Şir keçdiyi yolda maral duraraq,Kəmənd atıb etdi o şiri dustaq.
O maral Şirindir, mən də həmən şir,Salmışdır saçından boynuma zəncir.
Əlimdən tutmasa bu Şirin şəkər,Söndürər şam kimi məni küləklər.
Yırtıcı şirlərlə vuruşsam, yəqin,Yıxaram, yanımda olarsa Şirin."
Orda dostluq vardı baxsan hər gözə,Əl vururdu hamı deyilən sözə.
Dost qəlbi torpaqdır, ona əl vursan,Əlin paka çıxar o saat, inan.
Şirinin ürəyi cuşa gələrək,Coşdu, artdı şaha könlündə istək.
Qədəhə mey tökdü, dodaq ləltək al,Şaha təqdim edib dedi: "Buyur, al!"
Bu deşilməmiş ləl ləl açırdı,Xosrovun üzündə güllər açırdı.
Gah deyirdi: "Ey cam, tələs ki, bircəGözəl boxçasını bağlayır gecə."
Gah deyirdi: "Ağla, piyalə, sən də,Şirinin ləbindən getməsin xəndə."
Gah deyirdi: "Dayan, açılma, səhər!Gəl, gülmə, üstümə, gülər üfüqlər."
Məclisin bəzəyi qızlarla fələkÜzük oynayırdı ta səhərədək,
Üzüyü istədi xoruz banında.Sübh açıldı, üzük qalmışdı onda,
Öz şadlıq payını alınca hərə,Durub üz tutdular çöldən şəhərə.
Dünyanı yedilər, qəm yemədilər,Azalmadı nəşə bir saman qədər.
Günəş şüşəsini qırınca daşlar,Məxluqə şüşətək dünya gəldi dar.
Qədəhlərdən tez-tez mey yox olurdu,Şüşələr boşalır, başlar dolurdu.
Bu şüşə ürəkli qızları görcək,Şüşəbazlıq işi öyrətdi fələk.
Mey içib nəşəni təzələdilər,Gecə də bu keyfdən oldu təzətər.
Dünənki yaqutdan deşib bir qədər.Dünənki dastandan yenə dedilər.
Xosrovun könlündən yarı keçirdi,Şirinin eşqilə şərab içirdi.
Şərab bir tovuzdur, həm də ilansız,Şirinin dodağı xurma - tikansız.
Xosrov bir əlində şərab dəstisi,O biri əlində bir gül dəstəsi.
Gah gülü iyləyir, gah mey içirdi,Yar könlü almağa yollar seçirdi.
Etdikcə acı mey canına təsir,Yenidən olurdu Şirinə əsir.
Dodaqlar öpüşlə bağlandığındanSözü işarəylə edirdi bəyan.
Nazla, işvələrlə alırdı cavab,Cavabsız qalmırdı etdiyi xitab.
Söz danışmadılar, gözləri ancaqİşarə edirdi hey qırpılaraq.
Gecə yatmadılar sabaha qədər...Belə keçdi, getdi gözəl gecələr.
İstidən Xosrovun üzü tərlədi,Sübhədək içməkdi onun məqsədi,
Bəlkə içə-içə Şirin məst ola,O şəkər bu sayaq gələ bir yola.
Düşmürdü əlinə arada fürsət,Rast gələ hədəfə oxu nəhayət.
Yanında ki vardı o nazlı dilbər,Sevinirdi qəlbi sabaha qədər.
Gecə şəbdizini o gülgün günəş,Cilovladı, oldu söyüd gülə əş.
Ay və günəş ova hazırlaşdılar,Şəbdizə, Gülgünə oldular süvar.
Muğandan Şahruda sürdülər atı.Dünyanı doldurdu şənlik büsatı.
Bəzən ovlaqları oldu Kürbasar,Çox quş ovladılar, balıq tutdular.
Gah Məntur çölünə at sürürdülər,Ceyrandan, maraldan öldürürdülər.
Günlər bölünmüşdü çöl-səyahətdə,Keçirdi vaxtları ovda, işrətdə,
Ələ nəqş açarkən gecə gəlini,Bəzərkən ulduzla incə telini,
Şahın da gəlini vəcdə gələrək,Hüsnüylə məclisə vurdu min bəzək.
Başqa gəlinlər də bir-bir qalxdılar,Məclis dolu gəlin, şah qalmış bekar.
Badam azdı, lakin saysızdı şəkər,Göyərçin hədsizdi, şahin bir nəfər.
Şahın sağlığına şərab içərək,Deyib-gülürdülər sevinsin ürək.
Keçmədi mütrübsüz, neysiz bir gecə,Olmadı badəsiz, meysiz bir gecə.
İçki, yar, çiçəklik, cavanlıq dəmi!Belə gözəl həyat dağıdar qəmi.
Gülləri qoxlayıb güllükdən keçmək,Yarın öz əlindən mey alıb içmək,
Qollarını yarın boynuna salmaq,Narvən kimi para sarmaşıb qalmaq,
Bir əllə tutaraq yar ətəyindən,Bir əllə can nəbzi yoxlamaq hərdən.
Bəzən qəmzələrdə şəfa axtarmaq,Öpüşlə nərd atıb, vəfa axtarmaq,
Bəzən qucaqlamaq təzə baharı,Bənövşədən taxmaq gül sırğaları.
Bəzən qəm əlindən yanırkən ürək.Dilbər qulağına sirri söyləmək -
Dünya budur, bu da dünyada yoxdur,Olsa da, bir anda tarmar olur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-xosrov-ve-sirin-40
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Haqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Əfsus ki, yarım gecə gəldi, gecə getdiƏfsus ki, yarım gecə gəldi, gecə getdi,Heç bilmirəm ömrüm necə gəldi, necə getdi.
ÇayŞiveyi-əhli-zamanə bəzmi-qəndü çaydırKimsədə əndazə yox, hər kimsənə xudraydır