چو عالم برزد آن زرین‌علم راکز او تاراج باشد خیل غم را

مَلک را رغبت نخجیر برخاستز طالع تهمت تقصیر برخاست

به فالی چون رخ شیرین همایونشهنشه سوی صحرا رفت بیرون

خروش کوس و بانگ نای برخاستزمین چون آسمان از جای برخاست

عَلم‌داران عَلم بالا کشیدنددلیران رخت در صحرا کشیدند

برون آمد مهینِ شهسوارانپیاده در رکابش تاجداران

ز یک‌سو دست در زین بسته فغفورز دیگر سو سپه‌سالار قیصور

کمر دربسته و ابرو گشادهکلاه کیقبادی کژ نهاده

نهاده غاشیه‌اش خورشید بر دوشرکابش کرده مه را حلقه در گوش

درفش کاویانی بر سر شاهچو لَختی ابر کاُفتد بر سر ماه

کمر شمشیر‌های زرنگار‌شبه گرد اندر شده زرین حصارش

نبود از تیغ‌ها پیرامُن شاهبه یک میدان کسی را پیش و پس راه

در آن بیشه که بود از تیر و شمشیرزبانِ گاو برده زَهرهٔ شیر

دهانِ دورباش از خنده می‌سفتفلک را دورباش از دُور می‌گفت

سواد چتر زرین باز بر سرچو بر مشکین‌حصاری برجی از زر

گر افتادی سر یک سوزن از میغنبودی جای سوزن جز سر تیغ

نفیر چاوشان از دور شو دورز گیتی چشم بد را کرده مهجور

طراق مقرعه بر خاک و بر سنگادب کرده زمین را چند فرسنگ

زمین از بار آهن خم گرفتههوا را از رُوارو دم گرفته

جنیبت‌کش وشاقان سراییروانه صدصد از هر سو جدایی

غریو کوس‌ها بر کوههٔ پیلگرفته کوه و صحرا میل در میل

ز حلقوم دَرا‌های دِرَفشانمشبک‌های زرین عنبرافشان

صد و پنجاه سقا در سپاهشبه آب گُل همی‌شستند راهش

صد و پنجاه مجمر‌دار دل‌کشفکنده بوی‌های خوش در آتش

هزاران طُرف زرین طوق‌بستههمه میخ درستک‌ها شکسته

بدان تا هر کجا کو اسب راندبه هر گامی، درستی بازماند

غریبی گر گذر کردی بر آن راهبدانستی که کرد آنجا گذر شاه

بدین آیین چو بیرون آمد از شهربه استقبالش آمد گردش دهر

شده بر عارض لشکر جهان تنگکه شاهنشه کجا می‌دارد آهنگ

چنین فرمود خورشید جهان‌گیرکه خواهم کرد روزی چند نخجیر

چو در نالیدن آمد طبلک بازدرآمد مرغ صیدافکن به پرواز

روان شد در هوا بازِ سبک‌پرجهان خالی شد از کبک و کبوتر

یکی هفته در آن کوه و بیاباننرستند از عقابینش عقابان

پیاپی هر زمان نخجیر می‌کردبه نخجیری دگر تدبیر می‌کرد

بُنه در یک شکارستان نمی‌ماندشکارافکن شکارافکن همی راند

وز آن جا هم‌چنان بر دست زیرینرکاب افشاند سوی قصر شیرین

به یک فرسنگی قصر دل‌آرامفرود آمد چو باده در دل جام

شب از عنبر جهان را کِلّه می‌بستزمستان بود و باد سرد می‌جست

زمین کز سردی آتش داشت در زیرپَرند آب را می‌کرد شمشیر

اگر چه جای باشد گرم‌سیرینشاید کرد با سرما دلیری

مَلک فرمود کآتش برفروزندبه من عنبر، به خرمن عود سوزند

بخورانگیز شد عود قماریهوا می‌کرد خود کافورباری

به آسایش توانا شد تن شاهغنود از اول شب تا سحرگاه

چو لعل آفتاب از کان بر آمدز عشق روز، شب را جان بر آمد

فلک سرمست بود از پویه چون پیلخناق شب کبودش کرد چون نیل

طبیبان شفق مدخل گشادندفلک را سرخی از اکحل گشادند

ملک ز آرام‌گه برخاست شاداننشاط آغاز کرد از بامدادان

نبیذی چند خورد از دست ساقینماند از شادمانی هیچ باقی

چو آشوب نبیذش در سر افتادتقاضای مرادش در بر افتاد

برون شد مست و بر شبدیز بنشستسوی قصر نگارین راند سرمست

دل از مستی شده رقاص با اوغلامی چند خاص الخاص با او

خبر کردند شیرین را رقیبانکه اینَک خسرو آمد بی‌نقیبان

دل پاکش ز ننگ و نام ترسیدوزان پرواز بی‌هنگام ترسید

حصار خویش را در داد بستنرقیبی چند را بر در نشستن

به دست هر یک از بهر نثارشیکی خوان زر که بی‌حد بُد شمارش

ز مقراضی و چینی بر گذرگاهیکی میدان بساط افکند بر راه

همه ره را طراز گنج بردوختگلاب افشاند و خود چون عود می‌سوخت

به بام قصر برشد چون یکی ماهنهاده گوش بر در، دیده بر راه

ز هر نوک مژه کرده سنانیبر او از خون نشانده دیده‌بانی

برآمد گردی از ره توتیارنگکه روشن چشم از او شد چشمه در سنگ

برون آمد ز گرد آن صبح روشنپدید آمد از آن گل‌خانه گلشن

در آن مشعل که برد از شمع‌ها نورچراغ انگشت بر لب مانده از دور

خدنگی رُسته از زین خدنگشکه شمشاد آب گشت از آب و رنگش

مرصع‌پیکری در نیمهٔ دوشکلاه خسروی بر گوشهٔ گوش

رخی چون سرخ‌گل نوبر دمیدهخطی چون غالیه گِردش کشیده

گرفته دستهٔ نرگس به دستشبه خوش‌خوابی چو نرگس‌های مستش

گلش زیر عرق غواص گشتهتذروش زیر گل رقاص گشته

کمربندان به گِردش دسته بستهبه دست هر یک از گل دسته دسته

چو شیرین دید خسرو را چنان مستز پای افتاد و شد یک‌باره از دست

ز بی‌هوشی زمانی بی‌خبر ماندبه هوش آمد به کار خویش درماند

که گر نگذارم اکنون در وثاقشندارم طاقت زخم فراقش

و گر لَختی ز تندی رام گردمچو ویسِه در جهان بدنام گردم

بکوشم تا خطا پوشیده باشمچو نتوانم نه من کوشیده باشم؟

چو شاه آمد نگهبانان دویدندزر افشاندند و دیباها کشیدند

بسا ناگشته را کز دَر درآرندسپهر و دور بین تا در چه کارند

مَلک بر فرش دیباهای گل‌رنگجنیبت راند و سوی قصر شد تنگ

دَری دید آهنین در سنگ بستهز حیرت ماند بر دَر دل‌شکسته

نه روی آن که از در بازگرددنه رای آن که قفل‌انداز گردد

رقیبی را به نزد خویشتن خواندکه ما را نازنین بر در چرا ماند

چه تلخی دید شیرین در من آخر‌؟چرا در بست از این‌سان بر من آخر‌؟

درون شو گو نه شاهنشه غلامیفرستاده است نزدیکت پیامی

که مهمانی به خدمت می‌گرایدچه فرمایی درآید یا نیاید‌؟

تو کاَندر لب نمک پیوسته داریبه مهمان بر چرا در بسته داری‌؟

درم بگشای کآخر پادشاهمبه پای خویشتن عذر تو خواهم

تو خود دانی که من از هیچ راییندارم با تو در خاطر خطا‌یی

بباید با مَنت دم‌ساز گشتنتو را نادیده نتوان بازگشتن

و گر خواهی که این جا کم نشینمرها کن کز سر پایت ببینم

بدین زاری پیامی شاه می‌گفتشکر‌لب می‌شنید و آه می‌گفت

کنیزی کاردان را گفت آن ماهبه خدمت خیز و بیرون رو سوی شاه

فلان شش‌طاق دیبا را برون بربزن با طاق این ایوان برابر

ز خار و خاره خالی کن میانشمعطر کن به مشک و زعفرانش

بساط گوهرین در وی بگستربیار آن کرسی شش‌پایه زر

بِنه در پیش‌گاه و شقه دربندپس آن گَه شاه را گو کاِی خداوند

نه تُرک این سرا هندوی این بامشهنشه را چنین داده است پیغام

پرستار تو شیرین هوس‌جفتبه لفظ من شهنشه را چنین گفت

که گر مهمان مایی ناز منمایبه هر جا که‌ت فرود آرم فرود آی

صواب آن شد ز روی پیش‌بینیکه امروزی در این منظر نشینی

من آیم خود به خدمت بر سر کاخزمین بوسم به نیروی تو گستاخ

بگوییم آن چه ما را گفت بایدچو گفتیم آن کنیم آن گَه که شاید

کنیز کاردان بیرون شد از دربرون برد آن چه فرمود آن سمن‌بر

همه ترتیب کرد آیین زَربَفتفرود آورد خسرو را و خود رفت

رخ شیرین ز خجلت گشته پُر‌خویکه نُزل شاه چون سازد پیاپی

چو از نزل زرافشانی بپرداختز جُلاب و شکر نزلی دگر ساخت

به دست چاشنی‌گیری چو مهتابفرستادش ز شربت‌های جُلاب

پس آن گه ماه را پیرایه بربستنقاب آفتاب از سایه بربست

فرو پوشید گل‌ناری پرندیبر او هر شاخ گیسو چون کمندی

کمندی حلقه‌وار افکنده بر دوشز هر حلقه جهانی حلقه در گوش

حمایل‌پیکری از زرِ کانیکشیده بر پرندی ارغوانی

سرآغوشی برآموده به گوهربه رسم چینیان افکنده بر سر

سیه‌شعری چو زلف عنبرافشانفرود آویخت بر ماه درفشان

بدین طاوس‌کرداری هماییروان شد چون تذروی در هوایی

نشاط دل‌بری در سر گرفتهنیازی دیده نازی درگرفته

سوی دیوار قصر آمد خرامانزمین بوسید شه را چون غلامان

گشاد از گوش گوهرکش بسی لعلسم شبدیز را کرد آتشین‌نعل

همان صد دانه مروارید خوش‌آببه فرق‌افشان خسرو کرد پرتاب

Qızıl bayrağını açanda aləm,Dağılmış qoşuntək qaçıb getdi qəm.

Ov eşqinə düşdü Xosrov bu zaman,Şikayəti yoxdu artıq baxtından.

Yenə də gül açdı baxtın fidanı,Acıdan qurtardı Şirinin canı.

Şirinin üzütək uğurlu gündəÇölə çıxdı Xosrov Şəbdiz belində.

Səsləndi nağara, şeypur dərindən,Sanki yer oynadı göytək yerindən.

Bayraqçılar tutdu uca bayrağı,İgidlər atlandı beldə yarağı.

Dəstənin başında Xosrov şahsuvar,Ətrafda piyada, şahlar, əyanlar.

Çin şahı bir yanda piyada gedir,Qeysər sərkərdəsi yüz xidmət edir.

Qaşları açıqdı, beldə kəməri,Keyqubad tacını qoymuşdu əyri.

Yəhərinə günəş örtük çəkirdi,Ay üzəngisinə sanki əsirdi.

Gaviyan bayrağı çox ucalmışdı,Şahın ay üzünə kölgə salmışdı.

Qızılla bəzənmiş əyri qılınclarÇəkmiş dövrəsinə qızıldan hasar.

Meşətək sıx durmuş oxlar, qılınclarYırtıcı şirlərin bağrını yarar.

Haçadiş nizələr gülüb gedirdi,Fələyi uzaqdan təhdid edirdi.

Üstündə qızılquş qara bir çətir,Qara hasar da zər bürcə bənzəyir.

Çavuşların "Qaç! Qaç! Yol ver!" səsləriQovmuşdu hər yandan çox bədnəzəri.

Qılınc o qədərdi, qıyıb canınaKimsə dolanmazdı şahın yanına.

Yerə, daşa dəyən at dırnaqlarıDöyüb düzəltmişdi o torpaqları.

Yer əymişdi dəmir yükdən belini,Hava çəkə bilmir insan selini.

Yedək çəkən saysız saray uşağıBürümüş hər yanı, yaxın-uzağı.

Təbil fil üstündə çəkirdi nərə,Dolmuşdu səslərlə bütün dağ-dərə.

Boğazın əsdirib dürr saçan zənglərZər buxurdanlardan saçırdı ənbər.

Güc vurub yüz həştad səqqa qoluna,Gülablar səpirdi şahın yoluna.

Bir yanda yüz əlli manqal daşıyanXoş ətir yayırdı oddan, alovdan.

Min qızıl kəmərli qul vardı orda,Bəzək verirdilər bütün yollarda.

Şahın at sürdüyü çöllərdə gərəkHər yanda, hər yerdə qızıl pul görək.

O yollardan keçib gedən hər qəribBilsin ki, bu yolla şah at səyirdib.

Belə bir cəlalla şah çıxan zaman,Onun pişvazına gəlmişdi zaman.

Qoşun nizamlayan düşmüşdü dara,Bilmirdi gedəcək şahənşah hara.

Üz tutub əmr etdi birdən cahangir:Bir neçə gün ova çıxmaq gərəkdir."

Laçın təbilçiyi çalınan zamanQalxdı öz yerindən ov quşu haman.

Yüngülqanad laçın göyə qalxdı dik,Nə bir turac qaldı, nə bircə kəklik.

Bir həftə olmadı rahat qara quş,Döndü bir ovlağa hər eniş, yoxuş.

Ovlayırdı hər gün durmadan Xosrov,Düşünürdü hər an başqa cür bir ov.

Başqa bir ovlağa keçib hər səhərOvlayıb, quşlayıb yol gedirdilər.

Ov zamanı Xosrov kimsə duymadanQəsri-Şirin tərəf olmuşdu rəvan.

Qəsrə bir az qalmış atı buraxdı,Sanki bir mey idi, badəyə axdı.

Bu gecə dünyaya saçırdı ənbər,Qışın soyuğuydu, əsirdi yellər.

Şaxtanın gücündən donmuşdu hər yan.Qılınc yaradırdı ipək sulardan.

Mötədil olsa da bu iqlim bir az,Soyuq qabağında igidlik olmaz.

Şah əmr elədi ki, yandırılsın od,Batmanlarla ənbər, xırmanlarla ud.

Qəmari ud yanır, ağac qovrulur,Elə bil yağırdı havadan kafur.

Şah yorğundu, ona yer düzəltdilər,Bərk yatdı axşamdan sabaha qədər.

Günəş qaranlıqdan çıxıb gəlincəGündüzün eşqindən can verdi gecə.

Fələk onu yorğun fil kimi etdi,Gecənin sızağı onu göyərtdi.

Şəfəq təbibləri girdi meydana,Çərtib boyadılar onu al qana.

Xosrov yatağından qalxdı üzü şən,İşrətə başladı lap səhər tezdən.

Saqinin əlindən mey aldı, içdi,Meydən xumarlanıb, kədərdən keçdi.

Təsir eylədikcə ona al şərab,Şirin həsrətiylə çəkdi iztirab.

Şəbdizə atlandı məst ola-ola,Qəsri-Şirin tərəf düzəldi yola.

Sərxoşluqdan qəlbi sevinclə dolu,Dalınca gəlirdi neçə xas qulu.

Şirinə yetirdi xəbər kənizlər:Xosrov təkcə gəlib, bil, ey bixəbər!"

Qorxdu bədnamlıqdan ismətli Şirin,Bu vaxtsız gəlişdən oldu çox qəmgin.

Əmr etdi, bir anda bağlandı hasar,Qapıda qoyuldu qarovulçular.

Kənizə, qulama əmr etdi bir-bir,Şahı qəbul üçün görsünlər tədbir.

Buyurdu qızıldan şabaş səpsinlər,Şahın yollarına daş-qaş səpsinlər.

Şah gələn yolları, göndərib adam,Xalçayla, palazla bəzətdi tamam.

Qiymətli şeylərlə bəzəndi hər yan,Yolda gülab səpdi, ud tək yanırkən.

Qalxdı bir ay kimi o qəsrin üstə,Gözləri yoldaydı, qulağı səsdə.

Hər ox kirpiyini etdi bir nizə,Qandan gözətçilər düzdürdü gözə.

Qalxarkən yollardan tutiya tozu,Parladı daşdakı çeşmənin gözü.

Toz içindən çıxdı o parlaq səhər,Palçıq ev gülşənə döndü sərasər.

O məşəlin nuru hər yanı aldı,Çırağın barmağı dodaqda qaldı.

Ox kimi oturmuş o nazikbədən,Şümşad əriyərdi xəcalətindən.

Daş-qaşla bəzənmiş həmayil, qurşaq,Gözünün üstündə şahanə papaq,

Təzə bir gül kimi al rəngli sifət,Dövrəsi müşkdən çəkilmə bir xətt.

Əlində nərgizdən bir dəstə vardı,Öz gözləri kimi xeyli xumardı.

Atı kəklik kimi səkdiyi hindəÜzürdü gül üzü tərlər içində.

Almış dövrəsini qullar həlqətək,Hərənin əlində bir dəstə çiçək.

Şirin gördü belə sərxoş gəlir şah,Taqəti kəsildi, çəkdi dərin ah.

Bihuş olub qaldı öylə bir zaman,Ayılanda yenə qalmışdı heyran.

Dedi: "Otağıma qoymasam əgər,Ayrılıq yarası məni məhv edər.

Tünlükdən əl çəkib, bir az yumşalsam,Dünyada Viysətək olaram bədnam.

Çalışaram xəta olmasın aşkar,Əgər bacarmasam, nə əlacım var?"

Şah gələndə bütün gözətçi, qulamYollara zər, ipək sərdilər tamam.

Çox kəndli zəhmətlə yığar yüz xirmən,Bircə arpa olmaz bu yüz xirməndən.

Əkmədən çox məhsul alanlar da var,Gör nələr törədir qoca ruzigar?!

Gül rəngli o ipək xalılar üstəXosrov at sürərək yetişdi qəsrə.

Qəsrin qapısını bağlı görəndəHeyran qalıb, düşdü ürəyi bəndə.

Nə geri dönməyə bir üzü vardı,Nə qapı qırmağa bir sözü vardı.

Bir quldan soruşdu: "O gümüş bədənBizi qapısında saxladı, nədən?

Nə acılıq gördü məndən ki, ŞirinQapısını belə bağladı qəsrin?

Get söylə: "Şahənşah deyil, qul gəlib,Sənə peyğamı var, uzaq yol gəlib.

Yanına gəlmişdir qərib bir qonaq,Gəlsin, ya gəlməsin, qoy desin ancaq.

Qonaq sevən idin əvvəllər ki, sən,Qapını bağladın üzümə nədən?

Aç qapını, şaham, hökmümdə aləm,Üzr istəmək üçün özüm gəlmişəm.

Sənə qarşı, özün yaxşı bilirsən,Heç bir pis fikirdə olmamışam mən.

Gəl belə başlama, ol mənə dəmsaz,Üzünü görməmiş qayıtmaq olmaz.

İstəmirsən burda çox qalım əgərSəni ayaqüstü görsəm də yetər."

Belə zarıyaraq danışırdı şah,Şirin qulaq asır, çəkirdi min ah.

İş bilən bir kəniz çağırdı sonra,Dedi: "Xidmət üçün tez ol get ora,

İpək çadır götür, görürsən, odur,Bu qəsr eyvanının qabağında qur.

Yerini təmizlə daşdan, tikandan,İçinə səp çoxlu müşk, zəfəran.

Qaş-daşlı xalı sər o torpaqlara,Bir qızıl kürsü də apar qoy ora.

Çadır ətəyini qaldır bir qədər,Sonra şahənşaha belə ver xəbər:

"Qəsrin gözəli yox, bu evin qulu,Qəlbi cavan şaha həvəslə dolu

Deyir: qonağımsa, eyləməsin naz,Mən dediyim yerdə otursun bir az.

Məsləhət belədir, səbr etsin bu gün,Onunçün qurulan çadıra düşsün.

Eyvana çıxaram söhbət etməyə,Bu torpağı öpüb, hörmət etməyə.

Nə sözümüz varsa deyərik tamam,İşlərə verərik sonra bir əncam."

O iş bilən kəniz çıxdı qapıdan,Fikrində Şirinin verdiyi fərman.

Zərbafla hər yeri bəzədi, sonraDüşürüb gətirdi şahı çadıra.

Şirini basmışdı bir həya təriKi, şaha hörmətdən qalmasın geri.

Qızıllar səpməyə xitam verərək,Şərbətlə, şəkərlə düzəltdi yemək.

Gülablı, ətirli gözəl şərbətdənVerib kənizlərə göndərdi həmən.

Sonra ay sifəti min bəzək aldı,Günəşin üzünə kölgələr saldı.

Nargülü rəngində ipək geyindi,Saçlarını gördü, qəşəng geyindi.

Çiynində burulmuş saçından kəmənd,Hər telə etmişdi bir dünyanı bənd.

Al ipək üstündə qızıl həmayilVermişdi Şirinə başqa şəmayil.

Başına qoymuşdu çinli sayağıNadir gövhərlərdən çutqu qabağı.

Ətirli saç kimi rübəndi aldı,Ay kimi parlayan üzünə saldı.

Hərəkəti tovuz, görkəmi humay,Kəklik kimi süzdü o işıqlı ay.

Könül ovlamaqçün edirdi pərvaz,Niyaza gələndə eyləyirdi naz.

Sallana-sallana gəldi eyvana,Şahı görcək təzim eylədi ona.

Qulaqlarındakı daş-qaşı açdı,Şəbdizin nalına hədiyyə saçdı.

Yüz dənə xoş sulu incini birbaşXosrovun başına eylədi şabaş.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов