Yerin, Göyün, ərşin, kürsün nizamı,Əvvəl, bu cahana bağışla məni!Alimlər dilində, mömin əlindəOxunan Qurana bağışla məni!

Mən aşığam cahanı,Gəzdim qəmli cahanı.Mədəd eylə, şəfa qıl,Xəlq eyləyən cahanı!

Xatəm əl-nəbinin taci-sərinə,Şəmsi-vəzzühaya, il qəmərinə,Müqərrəb mələyin zərrin pərinə,Gəzəydi hər yana bağışla məni!

Aşıq deyər, hər aya,Nəbi oxur hər aya.Canım xəstə, çağırramMərd ağasın haraya.

Sirri-xəfiyyəyə olan sirdaşa,Yaranmışa şölə verən ataşa,Dəryana, çeşmənə, dağınan daşa,Cümlə olan cana bağışla məni!

Mən aşığam dəryaya,Qəvvas oldum dəryaya,Rəhmə gəl, bir ilahim,Məni atma dəryaya!

Beyt əl-müqəddəsə, mədhi-mövlaya,Məscidül harama olan binaya,Künbədül Xizraya, məscid ƏqsayaYığılan mehmana bağışla məni!

Mən aşığam əlaya,Vəsfin dildə əlaya.Bağışla beyti-Allaha,Həmi ərşi-əlaya!

Mədəd eylə, ey kərimi-zülcəlal!Sənin şənindədi əsli-layəzal.Xəlq olan heyvana - qoyununan mal,Cinn ilə insana bağışla məni!

Mən aşığam, sübhanı,Haqq billəm Quranı.Müşgül işi düzəldənSənsən, kərəmin kam.

Meraci-nübüvvət, taci-zülkərəm,Kövkəbü əxtəran, nəcmi-möhtərəm,Dərgahi-vilayət, şahi-vəlhərəm,Ol Şahi-Mərdana bağışla məni!

Mən aşığam mərdana,Doğru gərək mərdana.Əfv qıl Mustafaya,Əli- Ş ahi-Şərdana!

"Kün" dedin, yarandı külli-kainat,Hökmündə dolanır ərzü samavat.Qiyamət günündə oxunan ayat,Qurulan divana bağışla məni!

Aşıq deyər, ilahi,Gün həsrəti, il ahı.Hökmün salıb əyana,Qərar tutan ilahi.

Dəşti-Kərbəlaya, Nəcəf şahına,On səkkiz min aləm mehrü mahına,İbrahimxəlilin qibləgahına,Verdiyi qurbana bağışla məni!

Aşıq deyər, minaya,Zikr elədim min aya.Bağışla, kərəm kanı,Həm Məkkə, həm Minaya!

Yüz iyirmi dörd min cəm ənbiyaya,Vəliyyi-Xudaya, həm övsiyaya,Xəməssəl nücəba - Ali-Əbaya,Şərh olan bəyana bağışla məni!

Aşıq oda qalandı,Qəlbi aləm dolandı.O günlərə bağışla,Cümlə əziz olandı!

Cəlali-şənində eyni-vəlikram,Qədimi səndədi ümdətül ehkam."Kün" dedin, yarandı, həyyi-layənam,Ərşlə asimana bağışla məni!

Aşıq deyər, ayalar,İl gərdişdə ay alar.Sənindi külli aləm,Hər hökmlər, ayalar.

Biçarə İmanam, ey kərəm kanı,Bilirəm, axırda dünyadı fani.Rəhm eylə, bəndənin çoxudu üsyanı,Cənnəti-Rizvana bağışla məni!

Aşıq deyər, azadam,Sübüt eylər az adam.Günahkar, nə günahsız,Nə xəstə, nə azadam.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви