Bir "kün" deyib, bu dünyanı xəlq edən,Nəzər eylə, sən bir bu zamana bax.Belə zəlalətdə qalmışam nədən,Olmuşam yad eldə mən əfsana bax.

Gedib ərş üzündə merac eyləyən,Dəryayi-rəhməti bir-bir boylayan,Haqqilən danşıb, kəlmə söyləyən,Sən də mənim təki bir cavana bax.

Dar gündə ümidim, ya Şahi-Mərdan,Yusifi Misirdə qurtaran dardan,Nitq ver, meydanda qoyma sərgərdan,Bir günahkar qulun bu İmana bax.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов