QeysərDüşübsən nagahın cəngi-dəstimə,Az vaxta çəkərəm dara mən səni.Od vurram, yanarsan başdan-ayağa,Atdırram alova, nara mən səni.

İmanSidqinən dilərəm Şahi-Mərdanı,Gətirərəm ahü zara mən səni.Yetişsə quluna şahın fəramanı,Salaram bir özgə kara mən səni.

QeysərMənəm bir əjdaha, kamım açılsa,Aləm yanar atəşimdən saçılsa.Qeyzə gəlib, gül irənkin qaçılsa,Eyləyərəm günüqara mən səni.

İmanBeçeyi-şahbazam, şikarım ovlar,İstəsəm ağamdan, qılıncım sovlar.Ataram, canına düşər alovlar,Yandırram ataşa, nara mən səni.

QeysərQafilsən işimdən, Rumi-Qeysərəm,Qara yellər kimi əsən sərsərəm.Bənd eyləyib, axır, başın kəsərəm,Göndərərəm dar məzara mən səni.

İmanEşidəsən, quli-Şahi-Mərdanam,Qeybdən dərs alan Novrəs İmanam,Belə cəng içində mərdi-meydanam,Tərlanam, döndərrəm sara mən səni.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов