Страница 2 из 2 · 50%

RƏDD OLSUN MÜHARİBƏI:

Təbriz inqilabçılarının ümumi iclasını çağırıb 11 Nikolayın taxtdan düşürülməsi xəbərini elan etdim. Lakin onlardan bir qismi buna inanmaq istəmədi, hər kəs bir-birinin üzünə təəccüblə baxıb deyirdi:

– Ağa buna inanmaq mümkündürmü? Nikolayı hansı bir qüvvətlə yıxmaq olar?

Onlar çar Rusiyasının vəziyyətindən xəbərdar deyildilər. Onlar xalqın aclığını, çılpaqlığını bilmir, fabrik-zavodların qapandığını, əhalinin cəbhə həyatından yorulduğunu, o tərəf-bu tərəfdə üsyanlar qalxdığını, Petroqradda və sair böyük şəhərlərdəki işçi çıxışlarını eşitməmişdilər.

Mən onlara Rusiyanın vəziyyətini lazımınca təsvir etdim. Soldatların müharibə etmək istəmədiyini xəbər verdim: nəhayət, onlar inanan kimi oldular. Onlar yenə də şəhərə və qoşun arasına intibahnamələr dağıdılmasını məsləhət bilmirdilər, qorxurdular.

Mən:

– Bütün məsuliyyəti öhdəmə götürürəm, II Nikolay yoxdur, bu xəbəri çar qoşunları arasında yaymaq lazımdır, – dedikdə etiraz etdilər və bir səslə:

– Biz hələlik təzə hökumətin siyasətindən xəbərdar deyilik, onların xarici siyasətini bilmirik. Ola bilər ki, buraxdığımız intibahnamələr öz zərərimizə səbəb olsun, – dedikdə yenə də mən:

– Hökumət bolşeviklərin əlində deyil. Madam ki, təzə hökumət ingilis və fransız hökumətləri ilə olan ittifaqını və müharibəni davam etdirir, bolşeviklər heç bir zaman belə hökumətə tərəfdar olmazlar. Bolşeviklər müharibənin dayandırılması tərəfdarıdır. Çar konsulu Petroqraddan göstəriş almışdır. O, əvvəldə olduğu kimi öz siyasətini davam etdirməkdədir. Siz mənə icazə verin, bəlkə də. biz intibahnamələri hazırlayana qədər bolşevik qəzetini ələ keçirə bildik, – dedikdə razılaşdılar, intibahnamələrin düzəldilməsini mənə tapşırdılar.

Biz hələ intibahnaməni düzəldib bitirmədən və soldatlar arasında dağıdılacaq vərəqləri çap edib qurtarmadan Amerika konsulxanası vasitəsilə Rusiya hadisələrinə dair təzə xəbərlər aldıq.

Bu xəbərlərdə «Petroqrad fəhlə nümayəndələri sovetinin əxbarı? adlı qəzetin birinci nömrəsinin çıxdığı və Petroqrad fəhlə nümayəndələri sovetinin martın 1-də soldatlara müraciət etdiyi bildirilirdi.

Hazırladığımız intibahnamələr bütün konsulxanaların və əslən iranlı olub pul və sərvət qazanmaq üçün çar təbəəsi olanların qapılarına yapışdırılmışdı. Çarın taxtdan düşürülməsi xəbəri bütün Təbrizi ayağa qaldırmışdı. Çar təbəələrinin və çar himayəsində olanların qapısında vurulan çar bayraqları bir anda yox oldu.

Konsulxana bağlanmışdı. Artıq çar konsulxanasının çar kazakları deyil, İran polisləri mühafizə edirdi. Çar təbəələri və çar himayəsində olanlar qorxudan dışarı çıxa bilmirdilər.

İnqilab komitəsi hər bir ehtimala qarşı hazırlıq görmüşdü. Rusiya təbəəliyinə keçmiş iranlılardan olmazın işgəncələr və haqsızlıq görənlərin çıxışlarına imkan verməmək üçün inqilab komitəsi öz buraxdığı müraciətnaməsində əhalini sakitliyə dəvət edirdi. Təbrizlilər tərəfindən Rusiya təbəələrinə hücum edildiyi zaman rus soldatlarının məsələyə müdaxilə edəcəyi qorxusu var idi. Bunun üçün də inqilab komitəsi olduqca ehtiyatlı hərəkət edirdi.

Çar konsulu ancaq mart ayının 9-da 11 Nikolayın taxtdan düşürüldüyünü, müvəqqəti hökumət təşkil olunduğunu və Rusiyanın İran siyasətinə heç bir dəyişiklik olmayacağını öz müraciətnaməsində xəbər verdi.

Bu müraciətnamədən sonra Təbriz xalqında böyük bir ruh düşkünlüyü yarandı. Hər kəs bir-biri ilə görüşdüyü zaman:

– Ağa bu olmadı kıl. İndi ki, Nikolayın siyasəti davam edəcəkdi, daha onu taxtından salmaq nəyə lazım idi? – deyə öz narazılığını bildirirdi. Buna görə də Rusiya bolşeviklərinin verdiyi manifesti tərcümə etdirib Təbriz divarlarına yapışdırdıq.

Eyni zamanda Rusiya bolşeviklərinin məqsədləri və bu inqilaba nə kimi nəzərlə baxdıqları barədə də ciddi izahat kampaniyasına başladıq. Təbrizdəki soldatların fikrini öyrəndik. Onlar inqilaba hüsn-rəğbət bəsləyir və bolşevik ədəbiyyatı ilə həddindən artıq maraqlanırdılar. Buna görə də əlimizə gələn ədəbiyyatı bir çox nüsxələrlə çap etdirib soldatlar arasında dağıdırdıq. Xoydan, Dilmandan və Makudan Təbrizə gələn soldatlar vasitəsi ilə cəbhələrə də intibahnamələr göndərirdik.

Soldatlar arasında Rusiyaya qayıtmaq barəsində çıxışların sayı gündən-günə artırdı. Bizim intibahnamə buraxdığımızdan bir neçə gün sonra rəsmi olaraq cəbhə komandalarına və İran Azərbaycanında yerləşən ayrı-ayrı hissələrə Petroqrad fəhlə nümayəndələri Sovetinin müraciətnaməsi gəlmişdi. Soldatlar arasında «xala xatırın qalmasın?p – deyə sovet düzəlirdi, lakin soldatların həyatı və zabitlərin onlara qarşı zalımcasına münasibəti heç də dəyişməmişdi. Biz bununla da mübarizə aparır və bolşevik ədəbiyyatını əldə edən kimi soldatlar arasına dağıdırdıq.

Bu gün Nina birinci kərədir ki, konsulxanaya getmişdi. Axşam onunla görüşdük, o, çox kədərli görünürdü. Bundan şübhələndim, öz-özümə: 4Bəlkə də, konsul bizim bu hərəkatda istirak etdiyimiz barəsində Ninaya bir söz demişdirə, – deyə zənn etdim, çünki Nikolay taxtından yıxıldıqdan sonra Rusiya qoşun dairələrinin yerli xalqa qarşı münasibəti daha da fənalaşmışdı, onlar xırda bir şübhə üzərində onlarca iranlını həbs etdirirdilər.

Bu cür fikirlər üzərində çox düşünmədim, əlimi Ninanın saçlarında gəzdirərək:

– Əziz dostum, - dedim, - sən heç vaxt özünü əsəbiləşdirəcək məsələlər üzərində düşünmə. Sənə istirahət lazımdır. Xəstəlikdən təzə durmusan, bu gün yenə də səni kədərli görürəm. Yaxşı olardı ki, sən konsulxanadakı işini buraxaydın, indi artıq o vəzifənin əhəmiyyəti qalmayıb. Daha çar hökuməti yoxdur. Kiçik xəbərləri başqaları vasitəsilə də ala bilərik.

Nina başını qaldırıb üzümə baxdı və:

– Doğrudur, Nikolay yoxdur, – dedi, – lakin onun müstəmləkə siyasəti davam edir. Konsulxanada heç bir dəyişiklik yoxdur. Bu gün Rusiyanın öz müvəffəqiyyətinə sadiq qaldığı və müharibəni davam etdirəcəyi haqqında Petroqraddan rəsmi məlumat gəlmişdir. Dövlət duması üzvlərindən düzələn «Müvəqqəti hökumətəin başında oturan radzionkolar Rusiya proletariatına nə kimi bir səadət verə bilər? Onlar inqilabın işçi-kəndli və soldatlar tərəfindən yaradıldığını nəzərə almır, soldatların inqilaba nə üçün qoşulduqlarını fikirlərinə gətirməyərək, yenə də müharibəni davam etdirmək istəyirlər.

Ninanın nədən ötrü kədərləndiyi məlum oldu. O, yenə də bolşevikləri tanımamışdı, bolşeviklərin bu inqilabdan qənaətlənməyərək proletar inqilabına hazırlandığını bilmirdi, buna görə də ona bir neçə məsələ barəsində izahat vermək lazım gəlirdi.

– Konsulxanada olan xəbərlər köhnəlmişdir, – dedim. - Müvəqqəti hökumət düzəlmişdir. Hökumət başında Milyukov və Kuçkov kimilər durmaqdadır. Onlar Müvəqqəti hökuməti cBuryuaziyanın vahid hökmranlığı? şüarı altında düzəltmişdir. Milyukov müvəqqəti hökumətin tərkibini Tavric sarayının salonunda elan etdiyi zaman, knyaz Lvovun da adını çəkmiş və bununla da Müvəqqəti hökumətin simasını bildirmişdir. Milyukov hələ Nikolay öz istefasını vermədən Tavric sarayında böyük knyaz Mixail Aleksandroviçin naib təyin edilməsi, II Nikolayın oğlu Alekseyin vəliəhd olacağını elan etmişdir. Milyukov hökumət tərkibini elan etdiyi zaman: Biz hazırda hökuməti parlamentli, konstitusiyalı, bir monarxiya hökuməti təsəvvür edirdik, – demişdir, – bəlkə də, başqaları başqa cür təsəvvür edir. Hərgah biz indi bu məsələnin üzərində çəkişməyə imkan vermiş olsaq, Rusiyada vətəndaş müharibəsi də baş verə bilər. Hərgah işlər düzəlsə və məmləkətdə qayda-qanun bərpa olsa, o zaman məclisi-müəssisan çağırılması məsələsini qoyarıq). Lakin buryuaziyanın bu fırıldağı baş tutmamışdır. Zavodlardan, alaylardan gələn nümayəndələr Milyukovu öz sözünü geri götürməyə məcbur etmişdir. Rusiyada düzəldiləcək hökumətin layihəsini ancaq Rusiya bolşevikləri düzəldəcəkdir. Onu Lenin düzəltmişdir. Müvəqqəti hökumət isə doğrudan da, müvəqqətidir.

Nina sakit olmayaraq:

– Lenin Rusiyaya gələ bilməyəcəkdir. Müvəqqəti hökumətin xariciyyə naziri əcnəbi ölkələrdə olan bütün konsulxanalara bu barədə xəbər vermişdir, – dedikdə mən:

– Milyukov əmr verə bilər, – dedim, – lakin Lenin də Rusiyaya gəlməyi bacarar!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Jenya səyahət istəyir

Jenya ilə gənc oğlanın söhbət və hərəkətində yeni bir dövr başlamışdı.Jenya qarşısındakı yeməklərə və sair şeylərə olduqca etinasız baxırdı, özünü son dərəcə qəmli və yorğun göstərirdi. O, başını əlləri arasına alıb oturmuşdu.

4 мин
Jenya Batumiyə gedir

Gənc xəfiyyə həddindən artıq sevinirdi. Nə üçün də sevinməsin? Bu səfərində o iki quşu bir güllə ilə vuracaqdı: həm gizli ədəbiyyat aparan Jenyanı Batumidə ədəbiyyatla bərabər tutduracaq, həm də Batumidə fəhlə hərəkatı rəhbərlərini öyrənib jandarm idarəsinə xəbər verəcək idi.Biletlər yumşaq vagona alınmışdı. Hambal, Jenya ilə gənc casusun çemodanlarını kupeyə qoydu. Orada iki nəfər başqa adam da oturmuşdu. Onlardan birisi Moskva taçirlərindən idi. O, çay əkini işləri ilə tanış olmaq üçün Çakvaya gedirdi. İkincisi də bir erməni keşişi idi. Onun oğlu Odessa şəhərində evləndiyi üçün atasını toya çağırmışdı.

12 мин
May nümayişi

1902-ci ilin yazı Bakı jandarmeriyasının ən qudurğan, ən quduz vaxtına təsadüf edirdi — bu vaxtlar Bakı «nadinc» fəhlələr ilə dolu idi.Cənubi Rusiyadan sürgün edilənlər, jandarm və polisin təzyiqindən qaçanlar və sürgündən gələnlərin hamısı Bakıda idi. Bunun üçün də çar jandarmeriyası əvvəlkilərə nisbətən Bakıya daha artıq diqqət verir, ciddi qüvvələrini Bakıya toplayırdı. Rusiyada şöhrət qazanmış Lavrov, ondan geridə qalmayan Ronic, şeytanlıqda ad qazanmış Tisissa və başqaları çarın əmrinə görə Bakı jandarmeriyası üçün səfərbərliyə alınmışdı. Bakı mədən dairələrində jandarm və polis nəfərlərinin qədəri birə on artırılmışdı.

17 мин
Jenya yolunu «azmışdır»

Jenya 1902-ci ilin may nümayişindən sonra qudurğan Bakı polisinin diqqətini daha artıq cəlb etmişdi. O, daha ata-anası yaşayan evdə də yaşaya bilmirdi, çünki polis və jandarmlar evi tez-tez axtarırdılar. O, paltarını dəyişərək Bakı polisinin nəzərindən çox uzaqda gəzirdi. O, Ladonun mühüm bir fikrini həyata keçirmək üçün çoxdan bəri hazırlaşırdı.Onu ancaq ev qulluqçuları sırasında görmək olurdu. Ev qulluqçuları ilə bərabər gedər və başqa yerlərdə əylənərdi. Onu bu kimi yerlərdə bir kərə Əsgər, bir kərə də Pavluşa özü görmüşdü.

10 мин

Стихи других поэтов