Hərdən bir mənim xəyalıma bir belə şey gəlir:

Mən universitet, yə’ni darülfünundan tazə qurtarıb vətənimizə gələn günü şəhərimizin qazısı axund molla Səbzəli gəldi bizim evə, mənim görüşümə. Evimizdə heç kəs yox idi anamdan savayı. Bu övrət də çıxdı o biri otağa və qazı ilə biz başladıq söhbəti. Deməyinən yazıq anam da qapının dalında durub qulaq asır.

Qazı içəri girən kimi mən qabağa yeridim və dedim: salam malik. Cənab qazı mənə cavab verdi:

– Ay əssəlam əleyküm, ay xudahafiz, əhvali-şərif, ənasiri-lətif, maşallah-maşallah, əxəvizadə necə müddətdi müntəziri-vücud zicüdiniz və müştaqi-didarınız idim, inşaallah zati-alinizin məzaci-mübarəkləri salimdir.

Mən bir şey başa düşməyib dedim:

– Da.

Cənab qazı bir qədər baxdı mənim üzümə və yenə başladı:

– Əxəvizadə, təhsili-fününinizi əncamə yetiribsiniz, ya dübarə təkmili-nöqsan üçün darülmüəllimə övdət etməlisiniz?

Mən yenə bir şey başa düşməyib dedim ki:

– Cənab axund, yaxşı panimat eləmirəm ki, nə ərz edirsiniz.

Axund soruşdu:

– Neçə?

Mən dedim:

– Çto?

Söhbətimiz elə bu cür qurtardı və axund başmaqlarını geyib çıxdı getdi. Anam girdi içəri və mənə dedi:

– Balam, mollaynan nə dil danışırdınız ki, mən heç başa düşmədim?

Dedim:

– Ana, mollaynan biz ana dili danışırdıq.

Anam başını saldı aşağa və bir qədər fikrə gedib dedi:

– Yazıq ana dili!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира