Boş qayıtdılar
İşçilər mərsiyəxanların quyruqlarına vedrə bağlayıb onları öz aralarından dəf etdilər.
Yüklədilər arxama karxanəmi,
Kəndimə qaytardılar əfsanəmi,
Kafir olub yıxdılar kaşanəmi,
Hər kəsə qurmaq tələ baş tutmadı,
Düşdü başım əngələ, baş tutmadı.
İşçi baxantək donuma, şalıma,
Tolladı bir lombaça saqqalıma,
Zir-zibili yüklədilər dalıma,
Xalq ayılıb, məsələ baş tutmadı,
Düşdü başım əngələ, baş tutmadı.
Tapmış idim sadə, gözəl nevhəkər,
Mütribə bənzər qaratel bir pəsər,
Məşq verərdim ona axşam, səhər,
Heyf xəfi məşğələ baş tutmadı,
Düşdü başım əngələ, baş tutmadı.
İndi mənim son səfərim, əlvida!
Düşdü daha molla Kərim, əlvida!
Həm boşanır nevhəkərim, əlvida!
Getdi bu canlı şələ, baş tutmadı,
Saldı məni əngələ, baş tutmadı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-bos-qayitdilar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bolşeviklərin həbsə alınması və onların əmlakının və hərbi ləvazimatın müsadirə edilməsinə dair çıxarılan qərar Esterə olduqca ağır təsir bağışladı. Esterin zənnincə bütün bolşevik işçilər həbsə alınacaq və edam ediləcəkdi. O, bolşeviklərə məhəbbət bəsləyir və onların hökumət başından çəkilməsinə çox kədərlənirdi. Esterin bolşeviklərə bəslədiyi hüsn-rəğbətdə, Vahanla olan səmimi əlaqəsi də mühüm rol oynamaqda idi.O, daima qəlbində «Bolşeviklər yaxşı və xalqın qeydinə qalıcı adamlar olmasaydı, Vahan onlara qoşulmazdı» deyə düşünürdü.
XXV. Bolşeviklər Həştərxana gedir«Mən ingilis imperializmi ilə birləşib Almaniya imperializminə qarşı müharibə etmərəm. Mən vətənimə hücum edən bütün imperialistlərə qarşı amansız mübarizə aparacağam.Petrov
XXVI. «Üçüncü Bahadır şah»Şahzadə Bahadır xanın şərəfinə verilən ziyafətdə Bakı ziyalısından başlayaraq, Bakı milyonçusuna qədər hamı iştirak etdi. Türklərin şəhərə yaxınlaşmasını görüb Bakı kəndlərinə, xüsusən Mərdəkana yığılmış «müsavat» partiyası rəhbərləri də bu ziyafətdə iştirak edirdilər.Ziyafətdən üç mühüm məqsəd vardı. Onlardan biri ziyafəti təşkil edən Hacı Zeynalabdin Tağıyevin daşıdığı məqsəd idi.
XXVII. «General Denster-Vil gəlir»İngilislərin Bakıdakı müvəffəqiyyətsizliyi onları Bakıya dəvət edən Mərkəzi Kaspi Diktaturasının fəaliyyətsizliyi, türklərin Bakını işğal etmək fikrindən vaz keçmələri, Londonda olduqca pis təsir bağışladı.Ənzəlidə oturub Bakının vəziyyəti ilə məşğul olan və Bakıdakı ingilislərə rəhbərlik edən Denster-Vil, Bakı məsələsinin bir neçə günə həll olunacağını bilməmiş deyildi. Çünki ingilislər Bakıya gəldikləri gündən bəri vəziyyəti dəyişə bilməmişdilər. Onlar hələ yerli qoşunu təşkil etməmiş, türklərin Bakıya hücum üçün başladıqları hazırlıq bitmişdi.
Стихи других поэтов · Сатира
Bizləri məfluk edən hər adəti-millətimiziƏcnəbilər daima teyibü təiin eyləyir.
Zaman ol zaman idiXoş ol zaman ki, rus mənə həmzəban idi,İngilis elçisi ilə, Mirzə xan ilə
BöhtanzadəGecəyarıdan keçib, aləm yatıb, bir nəfərQəlbində sonsuz kədər,
Vilayətin məğşuşluğu haqqındaMirzə Fətəliyə*Xəbər alsan bu vilanın əhvalın, –