Страница 2 из 2 · 50%

Hamı gülür.

Dilbər — Mexaniklərdən Katelnikov yoldaş.

Nəsir — Belə ha, ləyaqətli yoldaşdır. İndi də yazın ora Nəsir kəblə Heybətqulu oğlu.

Güllü — Sən qoyacaqsan xalq işini görsün?

Nəsir — (acıqlı) Sən də qoyacaqsan mən özümü irəli çəkim?

Dilbər — Straşnov yoldaş.

Nəsir — Əvəzsiz bir yoldaşdır. İndi də yazın ora Nəsir kəblə Heybətqulu oğlu.

Dilbər — Staxanovçu qadınlardan Səlmə xanım!

Nəsir — (məclisə) Elmi-şəmə mə’lum şod. Bu ki, lap ağ oldu. Başı papaqlılar burada dura-dura çarqadlıları irəli çəkirlər. Yox, bu işdən yaxşı qoxu gəlmir.

Dilbər — Güllü nənə!

Nəsir — (direktora) Mühəndislər qadın olduğu üçün qadınları irəli çəkirlər, niyə bizim qeydimizə qalmırsınız? Evin kişisi burda dura-dura evin arvadını irəli çəkmək düzgün deyil axı!

Dilbər — Nəsir dayı, niyə əsəbiləşirsən? Hələ bir çoxlarının adı oxunmamışdır. Sənin də adın vardır.

Qəhrəman — Sən normanı 140 faiz doldurursan. Səni unutmaq olarmı?

Nəsir — Ay camaat, bunlar nə üçün məni anlamır? Axı bu zalımın qızı ilə bir damın altında yaşayacağam. Siz ki, onun adını məndən irəli salırsınız, həmişə dili uzun olacaq.

Bəhlul — (Dilbərə) Dilbər, Nəsir dayı doğru deyir. Burada bir qədər qərəz işlənibdir.

Gülürlər.

Nəsir — Belə ha, kişi oğlusan. (Papağını göstərir) Papağın qeyrətini çəkən oğlansan.

Direktor — Nəsir dayının könlü necə istəyirsə elə də edin!

Katib — Mirzə Teymur və Mirzə Əhmədi də qeyd etmək lazımdır.

Dilbər — Hər ikisi qeyd olunmuşdur.

Mirzə Teymur — (irəli keçir) Rica edirəm məni utandırmayın, mən mükafata layiq adam deyiləm. Ancaq bir xahişim var. Qoy gənc mühəndislər məni öz sıralarından uzaqlaşdırmasınlar. Onlar bundan sonra burada tamamilə başqa bir Mirzə Teymur görəcəklər.

Bəhlul — Mirzə, inanın, gənc mütəxəssislər sizə hörmət bəsləyib yenə də bəsləyəcəkdir.

Mirzə Əhməd — Bizim günahımız silinməz bir günahdır, çünki biz sovet gəncliyinə çox ucadan baxdıq. Bizi cəzadan qurtaracaq bir cəhət varsa o da sovet adamlarının alicənablığıdır. Bizi öz çərkələrinizdə saxlayın, hələ işləməyə qüvvətimiz var.

Hamı əl çalır.

Baş mühəndis — (Durna, Bəhlul, Qəhrəman və Dilbəri aralığa çəkir). Yoldaş katib, mən birinci gündən bunların bacarığına inandım, bu günkü qələbə göstərdi ki, mən öz zənnimdə yanılmamışam.

Direktor — Bu yoldaşları da başqa mühəndislərlə bərabər ali mükafata təqdim edəcəyəm.

Əl çalırlar, musiqi tərənnüm edir.

Dilbər — (gəlib Qəhrəmanın əlini sıxır). Səni ürəkdən təbrik edirəm. Adın da Qəhrəmandır, işdə də qəhrəmanlıq göstərdin!

Qəhrəman — Çox razıyam Dilbər! Ümid edirəm ki, sən də bu əli məndən almayacaqsan.

Dilbər gözlərini ayaqlarına dikib utanır.

Durna — (yavaşdan) Dilbər, daha nəyi düşünürsən? Cavab versənə!

Mirzə Əhməd — (gəlib Qəhrəmanı və sonra Dilbəri öpür) Qızım, mən Qəhrəmanla barışdım, sən özün bilərsən.

Dilbər — (gözlərini qaldırıb Qəhrəmana baxır) Qəlbimi də bu əlin üstünə qoyub sənə tapşırıram.

Əl çalırlar.

Durna — (Bəhlulun əlini sıxır) Sənə də böyük müvəffəqiyyətlər diləyirəm.

Bəhlul — O sənin bir sözündən asılıdır.

Durna — Söz verirəm.

Mirzə Teymur — (gəlib Durnanın əlini sıxır) Xoşbəxt olun! Mən səhvlərimi boynuma alıram. Mən axmaqcasına, öz xoşbəxtliyimi gənc bir qızın bədbəxtliyi üzərində qurmaq istəyirdim.

Nəsir — (məclisə) Burada hamı xoşbəxtdir, hamı öz işini düzəltdi, bədbəxt olan mən oldum, bu gün-sabah xeyir işim baş tutacaq idi. Göyərçinimi götürüb kursa göndərirlər. Heç dəxli var?

Direktor — İndi çalıb, oynayın! Gələcək mübarizə marten sobalarının montajı üzərində gedəcəkdir.

Hamı — Söz veririk yoldaş direktor.

Musiqi çalınır, Güllü Dilbərlə Durnanı aralığa çəkir.

Güllü — Dayanmaq nə lazımdır? Vətən rəqsi, Azərbaycan rəqsi!

Dilbər və Durna oynayır.

Qəhrəman — (İsmixana) Ay İsmixan, mən ölüm bir çoban bayatısı!

İsmixan — Sən niyə ölürsən, qoy sənin düşmənin ölsün. (Oxuyur)

Ceyran gəzər daş üstə
Telin düzər qaş üstə,
Ay qız məndən incimə
Hər nə desən baş üstə.

Qarabağda bağ olmaz,
Sarı çiçək ağ olmaz,
Qonşuda qız sevənin
Ürəyində yağ olmaz!

Səslər — Sağ ol İsmixan!

Bəhlul — Güllü nənə, portfel rəqsi!

Hamı — Portfel rəqsi, portfel rəqsi!

Dilbər — Nəsir dayı, niyə dayanmısan?

Nəsir — Nəsirdə Nəsirlik qoydunuz ki?

Güllü — (Onun qolundan tutub aralığa çəkir) Gəl görək, necə ili dözən, bir neçə ay da dözər. (Nəsir portfeli götürüb rəqs etməyə başlayır, nəhayət Güllü onun əlindən portfeli alıb deyir). Necə illərdir portfel dalında başını gizlədin bəsdir. İndi işləmək lazımdır.

Mürid kişi — (Kolxozçularla bərabər gəlir) Sumqayıt! Sumqayıt! Bu mö’cüzələri kim yaratdı? Kimin ağlına gələrdi? Qumlu bir səhrada təzə bir dünya yaranacağına kim inanardı?

Qəhrəman — (Bəhlul ilə bərabər onu qarşılayırlar) Mürid baba, gördüyünüz bu təzə dünyanı yaradan gənclərdir. Sizin vətəninizdə mö’cüzələr yaradan Kommunist partiyasıdır.

Mürid kişi — (onları öpür) Yaradın balalarım! Sizi yaradan təbiətə, sizi tərbiyə edən partiyaya və hökumətə eşq olsun! Yeni dünyanın quruçularına eşq olsun!

Katib — (kolxozçulara) Xoş gəlmisiniz əziz kolxozçular. Bu qələbə münasibətilə sizi də təbrik edirəm. Sizin həqir daxmalarınızın yerində möhtəşəm bir şəhər yaradılmaqdadır.

Güllü — Yaxşı gəlmisiniz ay Xırda xanım, ay qız Göyçə, niyə bu tərəflərdə görünmürsünüz? Nazlı xanım, gəl bir səni öpüm, Cavahir, həmişə yadımdasan. (Hamısı ilə öpüşüb görüşür).

Nəsir — (Əliqulunu qucaqlayıb öpür) Kolxozda nə var, nə yox? Mənim işim çox yaxşıdır. Medalım da var. Özümü də indicə mükafata yazıblar. Güllü də staxanovçudur.

Qəhrəman — (kolxozçulara) Bu qələbə bütün Azərbaycan xalqının qələbəsidir. Bayquş səslərinin yerində zavodların fitlərini eşidirsiniz, dəzgahların səsi sizi salamlayır, minlərcə elektrik lampaları sizin yurdunuzu işıqlandırır. Təzə və mədəni həyat sizi öz qucağına alır. Bu axşam sizinlə bir süfrədə bu bayramın təntənəsini keçirəcəyik. (Hamısı ilə görüşür.)

Güllü — (Dilbər və Durnanı kolxozçu gəlinlərə göstərir) Bunlar da mühəndislərdir. Canlara dəyən qızlardır.

Kolxozçu qadın və qızlar onları qucaqlayıb öpürlər.

Katib — (kolxozçulara) Əziz yoldaşlar, indi də gedək təzə tikintilərə tamaşa edin.

Pərdə musiqi tərənələrilə enir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Matəmli günlər

Mən cəbhəni buraxıb evə qayıdanda, şəhər daxilində olan bütün silahlı qüvvəyə öz mövqelərini buraxmaq əmri verilmişdi. Dan ulduzu çıxan zaman şəhər tamamilə sakit idi, yalnız Hacı Qulamrza karvansarasına qapanmış rus soldatlarının atışma səsi eşidilirdi. Barıt dumanlarını şəhər üzərindən sürüb aparmaq üçün gələn səhər yeli işə başlamadan, yara bağlamaq üçün səfərbərliyə alınmış şəfqət bacıları da – Nina, Sənubər, Töhfə, bir də Həsənağanın arvadı Nazenin işlərini bitirib evə qayıtmışdı. Bu dörd qadın İran inqilabında iştirak edən ilk şəfqət bacıları idi. Onlar cəbhədən birbaş Ninanın evinə qayıtmışdılar.Mən içəri girərkən, bütün libasları qana və palçığa bulanmış dörd nəfər gənc gördüm.

22 мин
Qorxulu gecə

Hara getdiyimi hiss etmirdim. İclasın istəmədiyim kimi bitməsi, bu qədər qorxu və böhranlı saatlarda Təbrizdəki inqilab rəhbərləri ilə sazişə girə bilməməyim, onların bilərəkdən özlərini təhlükələrin qoynuna atmaq istəməsi mənim əsəblərimi tamamilə sarsıtmış və məni təbii halımdan çıxarmışdı. Mən gedirdim, nə üçün və hara getdiyimdən xəbərim yox idi. Mən yüz dəfələrlə keçdiyim bu küçələri indi tamamilə başqa quruluş və başqa şəkildə görürdüm.Söyüd ağaclarının hər birisi bir dar ağacı, nəvdanların ucunda donub sallanan buzların hər parçası bir cəllad qılıncını xatırlatdığı kimi, küçələrə baxan bacaların görünüşü də mənə yaxın səhərin qorxulu dastanını oxuyurdu. Məni bir dəhşət titrədirdi. Bu dəhşət öhdəmə düşən tarixi bir məsuliyyətin nə dərəcədə ağır olması fikrindən doğurdu.

19 мин
«Rəhm olunmasın!»

Vorontsov-Daşkov Təbrizə gələn hərbi səhra məhkəməsi sədrinə belə bir teleqram göndərmişdi:«Üsyançı təbrizlilərə rəhm olunmasın!»

14 мин
Çar konsulxanasında

Tezdən qapı vuruldu. Nina içəri girdi. Çar konsulxanasından gətirdiyi 20 vəsiqəni verərək:– Lazım olursa, yenə də gətirə bilərəm. Bunları şəhərdə azad gəzmək üçün yoldaşlara paylayın, – dedi və sonra sərdar Rəşidin göndərdiyi məktubu mənə verdi.

14 мин

Стихи других поэтов