Diplomatların və İranın notası
Страница 2 из 2 · 50%
Fransızcadan tərcümə:
Dünən əlahəzət İngiltərə kralının ad günü münasibətilə verilən nahar ziyafətində xariciyyə naziri Qrey ilə yan-yana oturmuşdum. Mən ona rus fumalistlərinin «Novoye vremyaə qəzetəsində, cAnqloperşen Oy! Nefbə kompaniyası imtiyazına aid buraxılmış məqalənin rus ictimaiyyəti əfkarına mənfi təsir bağışladığını mənə xəbər verdiyini söylədim.
Qrey mənə söylədi ki, Rusiya ilə 1907-ci il müqaviləsi bağlamadan əvvəl əldə edilən imtiyaz işlərində heç bir dəyişiklik olmadığını bilmək lazımdır. Bu barədə İran hökumətilə də heç bir yeni imtiyaz müqaviləsi bağlanmamışdır.
Mən Qreyə dedim ki, həqiqətdə mən belə də anlayıram. Lakin onun göstərdiyi bəhanə ümumi əfkarı qane edəcək qüvvətə malik deyildir. O mənə cavab verdi ki, bu barədə olan fikrini təxirsiz söyləmək imkanı yoxdur. O, əmindir ki, bu məsələ həll edilə bilər, cünki İngiltərə hökuməti Rusiya nüfuz məntəqəsi olan Şimali İrana oxunmaq istəmir. Əksinə olaraq hökumət çalışır ki, flota lazım yacaq nefti sahilə yaxın yerlərdə əldə etsin, çünki neft cənubda, nəsələn, onun fikrinə görə Kişmədə təmizlənməlidir.
Yenə o mənə dedi ki, bu məsələdə əksəriyyətlə bütün partiyaların qorxduğu bir məsələ varsa, o da bitərəf məntəqəyə girmək məcburiyyətinin meydana gələ bilməsidir.
Bizim bu söhbətimiz tamamilə xüsusi və dostanə bir söhbət idi. Bu söhbətlərim Qreyə yaxşı təsir bağışladı. Sizə bunu məlumat üçün bildirirəm. Qrey bu söhbəti təzələdikdə, yenə də mən sizə vəzifəmin tələbi üzrə xəbər verəcəyəm.
Bekendorf).
Bu teleqram oxunduqdan sonra miss Hama İran xariciyyə nazirinin Rusiyanın Tehran səfirinə verdiyi müxtirə məktubunu də göstərərək dedi:
– İran hökuməti Rusiya və İngiltərə hökumətləri arasında mövcud olan ixtilaflardan istifadə ilə ümumi məsələlər, xüsusən Azərbaycana aid məsələlər haqqında Rusiya hökumətinə bir müxtirə məktubu vermişdir. Sən bununla da maraqlanırsanmı?
– Maraqlanıram, – dedim. – Biz Təbrizdə qapanıb qalmışıq, heç bir şeydən xəbərimiz yoxdur, çünki bizim Tehran ilə əlaqəmiz kəsilmişdir.
– Haman bu müxtirə məktubunda da, Tehran hökuməti mövcud olan əlaqəsizliyin nədən ibarət olduğunu izah etmişdir, – deyə məktubu oxudu.
dİran xariciyyə naziri tərəfindən Rusiyanın Tehran səfiri Korostovtsevə
12 iyun 1914-eü il
Fransızcadan tərcümə.
Əlahəzrət İran şahının tacgüzarlıq ərəfəsində İran hökuməti bu təntənənin asudə və rahat bir şəraitdə keçirilməsinə böyük məna verməkdədir.
Hal-hazırda İran və Rusiya hökumətləri arasında mövcud olan yaxşı qonşuluq əlaqəsi və yuxarıda göstərilən məsələlərdəki vahid nöqteyi-nəzər İran hökumətinə imperator hökumətindən öz məqsədinin həyata keçirilməsi üçün kömək gözləməyə icazə verir. Buna görə də İran xarici işlər naziri Rusiya xariciyyə nazirinin yaxşı xidmətlərinə istinadən İran hökumətinin məruz qaldığı çətinliklərdən açıq danışmağı və öz hökumətinin nəzərini hazırkı vəziyyətə cəlb etməsini söyləməyi özünə borc bilir.
Cənab Korostovtsev rus konsul agentlərinin Azərbaycanda və sair ölkələrdə maliyyə işlərinə müdaxilə etdiyini bilməmiş deyildir.
Bir çox dəfə məktubda və şifahi olaraq cənab səfirin nəzəri bu qanunsuz hərəkətə cəlb edilmişdir ki, bunlar İranın qanuni və müqəddəs hüququnun xələldar edilməsi deməkdir.
Həşəmətli cənaba müraciət edərək İran istiqlaliyyətinə zidd olan qanunsuz hərəkətlərə tezliklə nəhayət verilməsi üçün qəti ricalarda bulunmuşdur. Halbuki haman hərəkətlər Rusiya hökumətinin İran istiqlaliyyətinə dair verdiyi təminata ziddir.
İran hökumətinin bu müraciətlərinə baxmayaraq, vəziyyət yaxşılaşmadı, əksinə olaraq daha da gərginləşdi.
Qanunsuz hərəkətlərin təkrar olunması əfkarı-ümumiyyənin daha da həyəcanına səbəb oldu. Halbuki hər iki ölkənin arasında mövcud olan yaxşı qonşuluq mənafeyi əfkari-ümumiyyənin sakit olmasını tələb edir. İran hökuməti ümid edir ki, Rusiya hökumətinin dostanə təminatı nəticəsində onun yardımına ümid bağlamaq mumkündür. Bu yardımlarla İran hökuməti öz maliyyə işlərini intizama salır. Hazırda maliyyə işləri doğru yoluna düşməkdə və İran maliyyə çətinliyindən çıxmaqdadır. Lakin təəssüf ediləcək bir haldır ki, Azərbaycanda rus konsullarının müdaxiləsi buna imkan vermədi. Vüsuqüddövlə Rusiya səfirindən qəti surətdə rica edir ki, torpaq işlərindəki uyğunsuz hərəkətlərə nəhayət verilməsi və Azərbaycandakı rus konsullarının maliyyə işlərinə müdaxilə etməməsi və İran maliyyə müvəkkillərinin vəzifəsini aparmasına əngəl törədilməməsi üçün sərəncamda bulunsun. İran xariciyyə naziri, Rusiya səfirinin nəzəri-diqqətini Hacı Səməd xan Şücaüddövlənin son vaxtlar Azəroaycandakı hərəkətlərinə cəlb etmək istəyir. Onun bütün hərəkəti, cətinlik yaratmaq üçün birinci vasitədir.
Şücaüddövlə açıqdan-açığa Təbrizdə rus general-konsuluna arxalaaraq, hətta bu istinaddan sui-istifadə edərək əlahəzət İran şahının tə- .avüzkarlıq işinə də etinasız baxır və seçki işlərinə də imkan vermə— məyə çalışır. O, özbaşına hərəkətlərində daha irəli gedərək, qanunsuz rergilər toplayır və bu işdə də Təbriz konsuluna arxalanır.
İran hökuməti Rusiya hökumətinin həqiqətseviciliyinə inandığı içün ümid edir ki, rus konsullarına rəsmi təlimat göndəriləcək və vücaüddövlə kimi adamlar konsulun müdafiəsinə arxalanaraq, iki iökümət arasındakı dostluq münasibətini xələldar edə bilməyəcəkdir. Xariciyyə naziri, şahın tacgüzarlıq təntənəsi münasibətilə Rusiyanın İrandan öz qoşununu çıxarmaq üçün verdiyi vədənin də yerinə yetirilmək vaxtı çatdığını cənab səfirə demək istəyir...
Miss Hama hər iki vəsiqəni oxuyub bir-birinin üstünə qoyandan sonra mənim üzümə baxırdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-diplomatlarin-ve-iranin-notasi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əvvəl kəbin kəsərdi bir kəllə qəndə molla,Gündə nikah oxurdu dörd-beş həpəndə molla.
«Molla Nəsrəddin» təyyarəsiİki ildir ki, vəfat etmiş ərim Kəblə Cəfər,İşləyib öz başımı saxlamışam bircə təhər,
Mollanın fırıldaqlarıRamazan gəlib, qış ötdü, yenə çıxdı yaza molla,Keçən ilki macəranı edər indi taza molla.
«Molla Nəsrəddin» yazıçılarından «Çiri Məsmə»yə cavabBakıda tazə çıxıb bir Ətağa, Məsmə bacı!Təri, çirki, nəfəsi dərdə dəva, Məsmə bacı!
Стихи других поэтов
Aşiq olan o türreyi-zülfi-müənbər,Divanələr kimi düşər axırdə çöllərə.
Nə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydıNə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydı,Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı.
İlqarNigara*Mən bayquş olub
Ey gözüm nuri, qarari-düi-ürfan, getməEy gözüm nuri, qarari-düi-ürfan, getmə,"Məhfili-üns" sənin canına qurban, getmə.