Edərəm
Seçki vaxtı bütün təyyarələr mitinglərə intibahnamə tökmək və natiqlər göndərmək üçün Lloyd Corcun ixtiyarına verilmişdi.
Qoca kərkəs kimi təyyarədə pərvaz edərəm,
Zurnamı harda miting olsa düşüb saz edərəm!
Çəkərik ortaya hər seçkidə dilxahımızı,
Yığarıq başımıza hər gecə həmrahımızı,
Min fırıldaqla gərək şad edək allahımızı,
Harda olsa ona bir mənqəbə avaz edərəm!
Cəbr, təhdid, başaldatma bizə adət olub,
Xalq başdan-başa təbliğimizdə alət olub,
Bizdə seçki və parlaman quru rəsmiyyət olub,
Bu da gər olmasa min fitnələr ibraz edərəm!
Topla işğal edilən qul, kölə, müstəmləkələr,
Əlimizdə cücətək alət olub sinfi-bəşər,
Ayaq altında qalıb işçi, bütün can çəkişər,
Mən isə ruhuna min fatihə pərdaz edərəm!
Seçilən biz, hamı yerlərdə seçənlər də bizik,
Dinü məsləkdən həqiqətdə keçənlər də bizik,
Acların qanını şərbəttək içənlər də bizik,
Xuni-məzlum ilə balidələnib naz edərəm!
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-ederem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Araz çayı çox sakit axırdı. Kiçik ləpələrin bir-birini təqib etməsi, bir-birinin ətəyindən tutub gedən səmimi yoldaşları xatırladırdı.Araz çayını çox dinc keçdik, bələdçilər bizi dəmiryol xəttindən keçirib yolun üstündə olan Şahtaxtı kəndinə gətirdilər. Gecəni Kərim ağanın çayçı dükanında qalmalı olduq, çünki Culfadan Tiflisə gedən sərnişin qatarı Şaxtaxtı mövqifində gecə saat 3-də olacaqdı.
«Səyahətnameyi-İbrahim bəy»Axşam saat doqquzda miss Hannanı dəhlizdə gözləməli idik, dəhlizə çıxarkən onun bizi gözlədiyini gördük.– Əcəba, siz istirahət etmədinizmi? – deyə təəccüblə soruşdum.
İran CulfasındaAraz çayının üstündən salınan körpünün o biri başında keçmişdəki kimi qarovul və yoxlayıcı postu var idi. İran məmuru Qara Mahmud xan yenə də öz kürsüsünü orada qoyub oturmuşdu, lakin nə o gəlib-gedənlərə, nə gəlib-gedənlər ona əhəmiyyət verirdi. İran gömrük məmuru artıq yoxlayıcı vəzifəsi deyil, tamaşaçı vəzifəsini daşıyırdı. Çar istilasının təsirləri gömrük məmurlarının damarlarına qədər təsir etmiş, onları müstəmləkə şəraitinə öyrətmişdi. Bizi rus Culfasından İran Culfasına aparan fayton düz-doğru sürüb körpünü keçdi, kimsə onun hara getdiyini soruşmadı və ya soruşmağa cürət etmədi. Mən əcnəbi qiyafətində idim, yanımdakı qız da amerikalıya deyil, rus qızına bənzəyirdi. Buna görə də faytonumuza yaxın düşən olmadı, heç kəs çar istilasının əzəmətini düşürmək və çar təbəəsini ətrafına dolanmaqla onun şərəfinə toxunmaq cürətində bulunmadı..Biz isə çar təbəəsi olmadığımızdan pasportumuzu vizə etdirməli idik. Pasport idarəsinin qarşısında faytonu saxladıq. Bizi yoxlamalı idilər.
Livarcan yaylasına doğruCulfa olduqca isti idi. Yaşamaq, nəfəs çəkmək mümkün deyildi. Xüsusən bu iqlimə adət etməyənlərə bura cəhənnəm qədər dözülməz gəlirdi. İstidən artıq havanın pozuqluğu və toz insana əziyyət verirdi. Minlərcə fayton və araba karvanlarının yerləşdiyi bu ticarət mənbəyi küləkli günlərdə toz buludlarına çulğalanırdı.Xanla məsləhətləşdik, yol açılıncaya qədər Livarcan yaylasına köçməyi qərara aldıq. Bura dağlıq, bağçalıq bir yerdir. Sərin suları, gözəl binaları olan kiçik bir şəhərdir. Mənim Culfada qalmağım da qorxulu idi. Mən Livarcan yaylasına getmək qərarına gəldiyimi miss Hannaya söylədim.
Стихи других поэтов · Сатира
Yatmış idim, gecə röyada məni tutdu köpək,Ol qədər keçmədi ki, gördüyüm oldu gerçək.
Baba öyüdüMehtər Nəim əfəndiyə oxşatma*Əzizim, aqil olma, cəhd qıl tut rəsmi-nadanlıq.
NifrətGündə bir cildə girən simasız adamlaraHeyrət etmədiyinçin heyrət edirəm sənə.
Özünü gözləAktyor düzgün keçinsə, iddialar fok gedər,Səhnə qalsa qalmağalsız, bu balalar fok gedər!