20-ci ildə İran parlamanının açılması.

İranda güşad oldu parlaman, gözüm aydın!
Şad oldu yenə millətı-İran, gözüm aydın!

Təşrif aparır mərkəzə üç yüz nəfər əlqab,
Qalın döşək üstündə çökür sahibi-adab,
Söhbət evini sazladı xan, bəy, ağa, ərbab,
Aldı əlinə fürsəti bəy, xan, gözüm aydın!
Düşdü işə avazeyi-qəlyan, gözüm aydın!

Adab ilə məclisdə çökür məs’ələdanlar,
Başın sökəmiş masaya qarnı yekə xanlar,
Hərdən gəyirir qurbağatək fildəhanlar,
Tapmışla maaş almağa ünvan, gözüm aydın!
Açmış hacılar bir yekə dükkan, gözüm aydın!

Mənzuru var əlbət, bura gəlmiş həzəratın,
Bişübhə, hüququn verəcək əhli-dəhatın,
Hər fərdi beş-on kəndə ağa bu həşəratın,
İstər yenə də sormağa bir qan, gözüm aydın!
Əvvəl nə idi, eylədir əl’an, gözüm aydın!

Nitq eyləməyə başladı iranlı dadaşlar,
Qurdu tələsin xalqa parlamançı dadaşlar,
Söz makinasın sazladı hədyançı dadaşlar,
Başlandı keçənlərdəki hədyan, gözüm aydın!
Şad oldu yenə millətı-İran, gözüm aydın!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Çar konsulxanasında

Tezdən qapı vuruldu. Nina içəri girdi. Çar konsulxanasından gətirdiyi 20 vəsiqəni verərək:– Lazım olursa, yenə də gətirə bilərəm. Bunları şəhərdə azad gəzmək üçün yoldaşlara paylayın, – dedi və sonra sərdar Rəşidin göndərdiyi məktubu mənə verdi.

14 мин
Məşədi Kazım ağa

Konsulxanada çox oturmaq mümkün deyildi. Nə mən, nə də Nina konsulun əli ilə həyata keçirilən cəza qanunlarının dəhşətinə davam gətirə bilmir və konsulun cəzaya aid verdiyi fərmanları dinləməyi bacarmırdıq. Nina özünü məndən daha fəna hiss edirdi. Onu Ələkbər yoldaşla faytona qoyub evə yola saldım; özüm şəhərə çıxmaq istədim. O tərəf-bu tərəfə çıxmaq fayda verməsə belə, yenə mən rahat otura bilmirdim. Qaçanlar qaçmışdı. Onlardan nigaran deyildim, çünki onlar silahlı idi. Onların qarşısına çıxa biləcək bir qüvvə xəyalıma gəlmirdi. Onlar hər nə olursa-olsun çar nüfuz məntəqəsini yarıb Türkiyə torpağına keçə biləcəklər idi.Təbrizdə qalan rəhbərlərdən bir çoxu həbsə alınmış, dar ağaclarının hazır olmasını gözləyirdi. Həbsə alınmayanlar isə Təbrizdən bir tərəfə çıxmaq imkanını əldə edə bilmədiklərindən gələcək fəlakətin intizarını çəkirdilər.

16 мин
İki matəm

Bu gün Təbriz şəhəri iki böyük matəm üçün qara geyinmişdir. Onun birisi aşura günü münasibətilə saxlanan matəm, ikincisi də inqilab rəhbərlərinin dara çəkilməsi matəmi idi.Təbriz xalqının zehnini, hər şeydən artıq imam Hüseynin matəmi məşğul edirdi. Bu matəm başqa illərə nisbətən bu il daha geniş və daha təntənəli keçirilirdi. Bu gün Təbriz camaatı özünü qismən azad hiss edirdi, çünki çar konsulu aşura gününü nəzərə alaraq, küçədə gəzən əhaliyə mane olmamasını və vəsiqə soruşulmamasını tapşırmışdı. Şəhər camaatına gəldikdə, bu azadlığın konsul tərəfindən deyil, imam Hüseyn tərəfindən verildiyi etiqadı ilə təziyə ənənəsini daha da canlandırırdı. Hər kəsin alnında qırmızı lakla yazılmış – «ya imam Hüseyn» möhrü, hər kəsin boynunda qara şal, yaxud təziyə əlaməti olaraq bir hamam qətifəsi vardı. Birisi üzünü palçıqlamış, özünü xortdan şəklinə salmış, o birisi bədəninə dəmir parçaları keçirmiş, bir başqası zəncir vurur, o birisi böyük bir daşı götürüb döşünə döyür, başqası da şir dərisi geyinib, yerdə sürünür, onun dalınca gedənlər isə:

8 мин
General-qubernator

Bu il, yüz illərdən bəri görülməyən bir hadisə zühura gəldi. Təbriz xalqı aşuradan qırx gün keçənə qədər təziyə saxlardı. Onlar adət üzrə imamın qırxı çıxana qədər ağladılar. Lakin bu il, məhərrəm ayının 14-də bütün təziyə məclisləri yığışdı, çünki bu gün Azərbaycan valisi adı ilə gələn çar qubernatoru Hacı Səmədxan şəhərə daxil olacaq idi.Bu günü təntənəli keçirmək üçün istər Rusiya konsulxanası, istərsə yerli əks-inqilab böyük bir bayram hazırlığı görmüşdü.

10 мин

Стихи других поэтов · Сатира