– Pəncab şəhərində əlli minə qədər insan vəba və taundan tələf olmuşsa da, ingilislər bir tədbir görmək istəməyir.

Nə qədər öldürə hind əhlini taun, vəba,
İnkilislərmi bunun qeydinə qalsın əcəba?

Bacararsa, özü taun, vəba toxmun əkər,
İnkilisləşmə üçün yerliyə min təhr çəkər,
Ağanın canı sağ olsun, ölür-ölsün də nökər,
Qaralar məhv olur-olsun, diridir ağ nücəba
İnkilislərmi bunun qeydinə qalsın əcəba?

Hind millətləri milçək kimi olmazsa tələf,
Dirçəlib axır o da axtaracaq şə’nü şərəf,
Böyüyür məqsədimiz məhv ola hər hansı tərəf,
Şərq millətləri quldur bizə, ağ ya ki, qara,
İnkilislərmi bunun qeydinə qalsın əcəba?

Gündə bir xəstəlik hind əhlini məhv etməlidir,
Elmisiz xalqdır əlbət ki, ölüb bitməlidir,
Bu təriq ilə ağa rişəni bərkitməlidir,
Qırarıq bunları tainki təmizlənsin hava,
İnkilislərmi bunun qeydinə qalsın əcəba?

Verərik məqbərə mümkünsə böyük bir hərəkət,
Yerlilər bitsə görünməz daha asi hərəkət,
Qəsdimiz məhv eləmək yerlini, yox ayrı cəhət,
Bu ki, boş mə’sələdir daxi nə dərman, nə dəva?
İnkilislərmi bunun qeydinə qalsın əcəba?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Boşboğazlar məhkəməsi

Nəsibənin Mirzə Niyaza ərə getməsindən üç ay keçirdi. O, mart ayının 25-də axşam saat dörddə tələbələri buraxıb, evə qayıtdığda masanın üzərində bir məktub gördü.Məktubu onun əri Mirzə Niyaz yazmışdı. Nəsibə məktubun üstünü nəzərdən keçirirkən, Mirzə Niyazın ona evlənməmişdən əvvəl yazdığı məktubu xatırladı və bir an da onun birinci məktubundakı məzmunu xəyalından keçirdi.

12 мин
Şahqulu bəyin nəvəsi

Mirzə Kazım Kazimiç evə girən kimi, bir ah çəkərək dedi:– Zəmanənin üzünə lə’nət!

21 мин
Serjant İvanov adına körpələr evi

Payız girəndən bəri belə şiddətli soyuq görünməmişdi. Çəmənlər xəzan yarpaqları ilə örtülür, günəş üfüqdən çəkilir, meşədə qaranlıq bir iz buraxaraq gedirdi.Gənc leytenantın dəstəsi K. kəndinin şərq tərəfindəki meşədə yerləşmək və diviziya komandirinin əmrini gözləmək üçün tapşırıq almışdı. Ağır toplar piyadanın hərəkətini tə’min etmək üçün geridəki təpələrdə yerləşdirilir, pulemyotlar isə şam ağacının yarpaqları arasında gizlədilirdi.

6 мин
Xəstəxana

Gənc mayor on beş gündən bəri idi ki, xəstəxanada yatırdı. Ölüm təhlükəsi sovuşub getmişdi. Lakin özünü çox zəif hiss edirdi. Buna görə baş həkim Zərifə xanım onun ürəyini dönə-dönə yoxlayırdı.Yenə bir dəfə baş həkim mayorun ürəyini yoxlayırdı. Onun fikirli və mə’nalı gözlərindən düşən bir qətrə yaş gənc mayorun alnında parçalandı. Mayor göz qapaqlarını ağır-ağır qaldırdı. Çarpayısının yanında baş həkimin oturduğunu gördü. Təxminən 40—42 yaşlarında olan bu qadının bahar buludu kimi yağışla dolu olan gözləri ona zillənmişdi.

2 мин

Стихи других поэтов · Сатира