Страница 2 из 2 · 50%

Mən ikinci səbəbi gözlərkən o susdu:

– İkincisi?

– Onu söyləməyəcəyəm!

– Yaz ver!

– Sən rus şairi Puşkini oxumamısanma? Get onu oxu! Puşkin deyir ki, «Hər şeyi sətirlərdə yazmazlar».

Onun nə dediyi və bu məcburiyyətin nədən ibarət olduğu aydın idi. Mən məsələni çox da qurdalamaq istəməyərək intibahnaməni oxumağa başladım:

«Təbrizlilər!

İnqilab yolunda verdiyiniz qurbanlar sizi mübarizəni davam etdirməyə dəvət edir! Daxili və xarici düşmənlərlə başladığınız mübarizəni davam etdirin! İran inqilabı məğlub olmamışdır! Əldə edilən qələbələri çox da ucuz satmayın! Böyük məqsədinizi əldə etmək üçün verdiyiniz qurbanların çoxluğu sizi heç də qorxutmasın! İran inqilabı Rusiyadakı beşinci il inqilabının qığılcımıdır! Onu bir alov, hətta bütün İranı işıqlandıracaq bir alov şəklinə gətirmədən cəbhənizdən çəkilməyin!

Unutmayın ki, siz təbrizlisiniz! Təbriz neçə yüz ildən bəri İranın siyasi həyatında mühüm və idarəedici rol oynamışdır. Siz o rolu bu günə qədər də davam etdirmisiniz.

Çar istilasının vücuda gətirdiyi müvəqqəti çətinlik sizi cəbhənizdən uzaqlaşdırmasın, mübarizə meydanını Səməd xan kimi məmləkət xainlərinə buraxıb çəkilməyin!

Siz yenə də mərkəzlə əlaqə saxlamalısınız, mərkəzdə oturan bir neçə rüşvətxor vəzirlərə təsir yetirməlisiniz!

Daxili və xarici düşmənləriniz İranın imtiyazlarını əldə etmək üçün alış-verişə başlamışdır. İngiltərə və Rusiya hökumətləri İranı asancasına istismar etmək üçün öz tərəfdarını baş vəzirliyə keçirmək istəyir. Rusiya Tehran səfirinin xariciyyə naziri Sazonova vurduğu 724 nömrəli teleqramda, baş vəzirlik ətrafında gedən alış-verişlər aydıncasına göstərilir. İngilislər Mustofiyulməmalükü, ruslar isə Sədüddövləni baş vəzirliyə keçirməyə çalışırlar.

Azərbaycanlılar isə bunların hər ikisinin əleyhinə çıxmalıdır, çünki bunlar ikisi də öz məmləkətini satmağa hazırlanır: ruslar Sipəhdarın namizədliyini qoyur; çünki onun özü də rus istiqraz bankının borclularındandır. Onun bütün əmlakı rus bankının rəhnindədir.

Təbrizlilər, aşağıdakı teleqramı oxuyun!

Rusiya Tehran səfiri xariciyyə naziri Sazonova göndərdiyi 102 nömrəli teleqramında yazır:

«Urmi gölünün gəmi imtiyazını almaq işində sizin yardımınız lazımdır. Hər halda bir peşkəş, hədiyyə vermədən bu işin başa gəlməyəcəyi şübhəsizdir».

Məmləkəti istilaçılar və satıcılar əlindən qurtarmağa çalışın! Çar hökuməti bütün İranı istismar edir, məmləkətin gəlirini, çar təbəələri, çar qoluzorbaları arasında bölüşdürür. İran gömrükxanalarının gəlirləri hara gedir? Ölkənizin maliyyə ehtiyacının səbəbləri harada doğur? Rusiyanın Tehran səfiri, İran baş naziri və Vüsüqüddövləyə verdiyi notasında İran gömrük gəlirlərinin həyasızcasına təqsimi haqqında məlumat verir.

Səfir öz notasında gəlirlərin istiqraz faizləri hesabına sıxıldığı və qalan əlbaqi paraların kimlərə paylandığı haqqında hesab verir.

Rusiyanın Tehran səfirinin xariciyyə naziri Vüsüqüddövləyə verdiyi 118 nömrəli notanı oxuyun:

«Həşəmətli cənab, özümü sizə aşağıdakı notanı təqdim etməyə borclu bilirəm:

– İran gömrükləri gəlirlərinin 1914-cü il iyul ayının birinə qədər istiqraz bankında qalmış əlbaqi parası saxlanıb, aşağıdakı qərarla paylanmışdır:

  1. Bankda olan 2545206 qran 40 dinar paradan əlahəzrətin kazak briqadasının xərcinə 1922694 qran 40 dinar verilmişdir.

Həşəmətli cənab mənimlə razılaşa bilər ki, briqadaya bu paranı verməmək hissənin məhvi deməkdir. Buna da imperator hökuməti heç vəchlə razı ola bilməz. Bu məsarifin vəsiqələri öz vaxtında kazak briqadasının rəisi tərəfindən baş xəzinədara təhvil veriləcəkdir...

  1. Rusiya təbəəsi olan Arzumanovun dağılan mallarının zərərlərini ödəmək üçün 18000 tümən.

  2. Rusiya təbəəsi, araba sahibi Məşədi Hadının arabalarını şah hökuməti istismar etdiyi üçün 5090 tümən.

  3. Şirazda, ərəb şeyxinin Əliyev qardaşları mallarını müsadirə etdiyi üçün 20 min tümən.

  4. Rusiya təbəəsi İbrahim Manuilyanın İran təbəəsi Muxtarülsultandan etdiyi tələbinə görə 2 min tümən.

  5. Şamaxılı Rusiya təbəəsi Abdullayevlərin İsfahan yanında quldurlar tərəfindən talanmış xalçalarının hesabına – 4300 tümən.

  6. Rusiya toxucu fabrikası sahibi Proxorovun İranda «Hasar surx» adlı yerdə üç il bundan əqdəm talanmış parçaları hesabına 350 tümən.

Yuxarıda adları çəkilən tələbkarların iddianamələri də öz vaxtında İran hökumətinə təqdim ediləcəkdir.

Bu qərarla da istiqraz bankında qalmış əlbaqi paradan, kazak briqadası məsarifi və Rusiya təbəələrinin zərərləri ödənildikdən sonra 93812 qran qalmışdır. Şah hökumətinin birinci tələbi üzərinə bu para təqdim olunacaqdır.

Korostovtsev».

Təbrizlilər! Bu sizin ölkənizin gəliri! Həyasızların əlindən qurtarmaq üçün siz yenə də öz inqilabi təcrübəniz və şüurunuzdan istifadə edə bilərsiniz!

Sizi satmaq istəyən Səməd xan və sərdar Rəşidlə amansız mübarizə aparın!..»

Nina şəbnaməni burada bitirmişdi, mən intibahnaməyə aşağıdakı cümlələri əlavə etməsini də ona tövsiyə etdim:

«Təbrizlilər! Mühüm günlər yaxınlaşır, dünya qanlı hadisələrin qarşısında durur. Kapitalistlər insan sallaqxanaları hazırlamaqdadır.

Çar hökuməti hər yerdə olduğu kimi, İranda və Osmanlı hüdudlarında da işə başlamışlar.

Çarın casusları şeyxbərzanlar, əbdürrəzzaqbəylər, seyidbəylər işə başlamışlar.

Azərbaycanlılar! Yaxında sizin yorğun və əzilmiş ölkəniz Osmanlı, Rusiya, Almaniya, İngiltərə ordularının döyüş meydanına dönəcəkdir. Bu imperialist dövlətlərin qanlı siyasətləri sizə düşməndir. Bunların hərbcu imperialist və müstəmləkəçilik siyasətlərini anlayaraq ifşa edin, onlara nifrət bəsləyin, Rusiya sosial-demokratlarının – bolşeviklərin yolu ilə gedin!

İnqilab komitəsi».

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов