İranda istəyirlər ki, Əhməd şahın iki yaşındakı oğluna tac qoysunlar.

Ortaya atmış qəribə bir şüar iranlılar
İstər olsun mütləqiyyət bərqərar, iranlılar.

Xəl olan gündən bəri İranda şahi-rusiyah
Qalmadı Tehranda boş əlhəmdülillah barikah
Axtarıb kəhvarədə tapmışla bir qundaqlı şah
Eyləyir kəhvarəsində tacdar iranlılar,
İstər olsun tazədən bir bəxtiyar iranlılar.

Ciblərin hazırlasın hübbülvətən kabinələr
Həzrəti-qundağa nənni tərpədən kabinələr.
Körpə şahənşah üçün laylay çəkən kabinələr.
Eyləsin bir köhnə İran payıdar iranlılar
Tazədən satsın hüququn aşkar iranlılar

Sazlasınlar həzrəti-qundağa bir ali saray
Onca milyon xalqa bir dilsiz çocuq fərmanrəvay
Çıxmasın bir ləhzə İran kölüsündən ahu vay
Etməsin hər zülm olursa ahu zar iranlılar
Lal otursun, dinməsin biixtiyar iranlılar.

İnqilab etsin, tərəqqi başlasın həmsayələr
İmtiyaz alsınla İranda böyük sərmayələr
Körpə şahı qoy əmizdirsin qucaqda dayələr.
Kəndisinə qoy yenə qazsın məzar iranlılar
Xabə getməklə qazansın ixtiyar iranlılar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Veyillər

Hərdən bir mənim xəyalıma bir belə şey gəlir:Bir ay bundan irəli Gəncə qubernatoru yazıb Şuşa naçalnikindən xəbər almışdı ki, nə səbəbə çəkirtkəni qırıb qurtarmadılar ki, Şuşa mahalının dördümcü uçastokunun əkinlərini tamamən yeyib çıxdı başa.

2 мин
Hamam

Eşitdim ki, Ağdamda bir müsəlman tazə hamam tikdirib. Buradan bir haşiyə çıxıb oxucularımızdan təvəqqə edirəm inciməsinlər ki, hamam kimi xırım-xırda məsələlər ilə mən onları məşğul eləyirəm. Doğrudur, hamam məsələsi xırda məsələdir, amma, nə eybi var, çox vaxt olur ki, bir xırda məsələdən bir böyük məsələ çıxır.Bəli, eşitdim ki, Ağdamda bir müsəlman bir hamam tikdirib. Əgər mən bunu beş il bundan irəli eşitsəydim, çox qulaq asmazdım, və deyərdim ki, ah, görəsən bu da əlbət Naxçıvan, İrəvan və Təbriz hamamları kimi bir qurbağaxanadır. Amma indi belə bəd güman eliyə bilməzdim, çünki indiki zaman hara, beş il bundan irəli hara!..

1 мин
Ticarət və ekonomi xəbərlər

Ticarətin bə’zi şərtləri və qaydaları var. Fərasətli və gözü açıq alış-verişçilər ticarətin şərtlərini əmələ gətirmək ilə tərəqqi edirlər və dövlət qazanırlar. Amma şüursuz tacirlər işlərin dalını və qabağını fikirləşməyib zərər çəkirlər və tənəzzül edirlər. Bu dəxi aşkar bir mətləbdir.Qəndin putu indi gedir altı manata, əgər adam bunu qabaqca bilsə ki, iki aydan sonra yollar lap kəsiləcək və Rusiyyətdən Qafqaza qənd gələ bilməyəcək, əgər adam qabaqca bunu bilsə var-yoxunu cəm edib verər qəndə və ambarlara doldurub saxlar, bahalananda satsın qazancına. Əgər bir ay yollar bağlana və bu tərəfə qənd gəlməyə, qəndin putu qalxar on iki manata və indidən qəndi alıb ambara yığan birə-iki qazanar. Amma bunu qabaqca bilmək çətindir. Odur ki, qənd alış-verişi bir elə mənfəətli alış-veriş deyil.

3 мин
Bağ

«Əgər ze bağe-rəiyyət konsul xorəd sibi bənyavərənd nəyibane u dərəxt əz bix».*Sədi.*

2 мин

Стихи других поэтов · Сатира