Mən
İngiltərə İran hökumətinə nota verib Şeyx Xəzayilin İngiltərə himayəsində olduğunu bildirmişdir.
Soxmuşam burnumu çoxdan Ərəbistanına mən
Atılıb-düşmə, oğul, varisəm İranına mən.
İstəmişdin çıxasan bir gün əzəl Misrə kömək
Sənə bu rüxsəti kim verdi, bu cürət nə demək?
Açaram başına ondan da fəna bircə kələk
Taparaq bir yeni batsil qataram qanına mən
Əkərəm xəstəliyin toxmunu İranına mən.
Misr xalqında həmiyyət var idi qıldı qiyam
Bu həmiyyət hanı sizdə, ay avam oğlu avam!
Nəqdini, nisyəni həzm eyləmişəm indi tamam
Tikmişəm indi də göz parəli yorğanına mən
Tamahım var yenə əynindəki tumanına mən.
O zamandan ki, keçib çənkimizə nefti-Cənub
O zamandan bəri ərvahına yasin oxunub
Ərəbistan nədi, Tehran belə öz malım olub
Ağajam mollana, bəy xanına, ə’yanına mən,
Əkərəm xəstəliyin toxmunu İranına mən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-men
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hacı Səməd xan bir gün əvvəl Peterburqa məktub yazmaq istəliyini mənə söyləmişdi. Bu gün səhər saat 10-da Nizamüddövlə bana getdim.Onun görüşünə ya səhər çayına, ya nahar yeməyinə, ya da şam axtı getmək olardı.
Yeni intibahnamələrTəzə buraxdığımız intibahnamələr və Hacı Səməd xanın özünə yazdığımız məktub, onun bütün varlığını sarsıtmış, idarə etmək qüvvəsinə ağır bir zərbə vurmuşdu.İntibahnamələr çıxan gün o məni öz yanına çağırdı. Son günlər o yalnız mənimlə dərdləşir və gizlin sirlərini ancaq mənə söyləyirdi.
Konsula və Peterburqa yazılan məktublarHacı Səməd xanın tapşırığına görə, saat doqquzda onun məktubarını yazmaq üçün Nizamüddövlə bağına getmişdim.Azərbaycan valisi, iyun istilərinə baxmayaraq, kiçik bir otağa yapanmışdı. Mən haman otağa girərkən məcmuələrdə sultan Əbdülhəmidin həyatına dair oxuduqlarım yadıma düşdü. Qapılar, pəncərələr qapalı idi. Pəncərələrin dalına bərkidəcəklər və ağır şeylər salınmişdı. Stol üzərində tapançalar, bucaqlarda isə tüfənglər dururdu. Mən Təbriz cəlladını belə bir dəmir qəfəsin içərisində ziyarət etdim. O mənim əlimi çox bərk sıxdı, yanında yer göstərdi. Onun birinci sözü bu oldu:
İngilis – rus ixtilafıDünya müharibəsi yaxınlaşaraq imperialist dövlətlərinin tamam boğazlarına çökmüşdü. Avstriya ilə Serbiya arasında gedən müzakirələrin nəticəsiz qaldığı, Almaniya və Rusiya dövlətlərinin bundan istifadə ilə ümumi çarpışmalara hazırlaşdığı və İngiltərə, Rusiya, Fransa ittifaqı düzəltdiyi zamanda, yenə də İngiltərə və Rusiyanın İran məsələlərində olan ixtilafı öz qərarında davam edirdi.Rusiya xariciyyə naziri Sazonov, Rusiyanın böyük müharibə qarşısında durduğunu nəzərə almayaraq, yenə də İran hökumətinin notasındakı tələblərə qənaətbəxş cavab vermədi.
Стихи других поэтов · Сатира
Molla göstərdiyi yolla yeri, dönmə geriyə,Ağa ki, əmr elədi: sür dərəyə, sür dərəyə!
Təqdir edəlim!Kəlniyət! Gəl yığalım Qafqazın ər-övrətini,Sayalım sevgili millətçilərin himmətini,
Deyirlər, çıxdı bir gün Tura MusaDeyirler, çıxdı bir gün Tura Musa,Minacat etdi: “Ey məbudi-yekta,
Axunda müraciətAxunda, milləti etmə həvayiBizə lazım deyil bangi-dərayi