Sarı Ağabala xan
Hacı Səməd xan bir gün əvvəl Peterburqa məktub yazmaq istəliyini mənə söyləmişdi. Bu gün səhər saat 10-da Nizamüddövlə bana getdim.
Onun görüşünə ya səhər çayına, ya nahar yeməyinə, ya da şam axtı getmək olardı.
Mənim üçün səhər çayına getmək daha əlverişli idi. Çünki bu ğır və xoşa gəlməyən, ürəyə yatmayan görüş, çox da uzun çəkməzi. Sarı Ağabala xan və Əliqərə hamıdan qabaq rəsmi formaları geini» hazır durmuşdular.
Hacı Səməd xanın və müdafiəçilərinin otaqlarında gecələyən və iüüəyyən məqsəd üçün Nizamüddövlə bağına təhkim edilmiş fahilər üzlərini kirşanlaya-kirşanlaya bağdan çıxıb gedirdilər.
Bütün Təbriz cəmiyyəti təbəqələrinin nümayəndələri balkonda yləşib Hacı Səməd xana təqdim olunmağı gözləyirdilər.
Mən də onlarla birlikdə oturmuşdum.
Bu halda Sarı Ağabala xan poçtaçıdan böyük bir məktub qəbul edib Hacı Səməd xana vermək üçün içəriyə girdi. Məktub dörd tərəfdən surqucla möhürlənmişdi. Bu bizim yazdığımız məktub idi.
Balkondakılar hələ intizar çəkirdi. Nəhayət, bir saatdan sonra Hacı Səməd xanın katibi dışarı çıxaraq:
– Bu gün həzrət Əşrəf heç bir kəsi qəbul etməyəcəkdir! – deyə xəbər verdi.
Hər kəs kimi mən də getmək istərkən, katib məni görüb irəli gəldi, əlimi sıxdı və oturub gözləməyimi rica etdi. Bir dəstə nökərin otağa çağrıldığını və oradan tələsik çıxıb getdiklərini gördüm.
Bir azdan sonra Sarı Ağabala xanı üzü üstə sürükləyərək gətirdilər. Balkonun kərpicləri üzərinə atdılar. O, müti köpək kimi arxası üstə yığılıb, böyümüş gözləri ilə ətrafına baxırdı.
Hacı Səməd xan qudurmuş köpək kimi otağından çıxdı, məni görüncə:
– Məni əfv edin, bir az gözləyin, bu ədəbsizi döydürəcəyəml – dedi.
Sarı Ağabala xan Hacı Səməd xana yalvarırdı:
– Həzrət Əşrəf, məni öz başına bağışla, – deyirdi. - Mən nədən bileydim ki, o köpək oğlu poçtaçı deyildi. Gətirib kağızı verdi, mən də qəbul edib gətirdim. Mən bilsəydim onu tutub həzrət Əşrəfin yanına gətirməzdimmi?
Lakin onun yalvarışlarını eşidən olmadı. Hacı Səməd xan üzünü Əliqərə və başqa nökərlərə tutub:
– İşinizə başlayın, – dedi, – beş yüz çubuq bəsidirl
Bu sözdən sonra bir qucaq heyva çubuğu gətirib Sarı Ağabalanın yanında yerə tökdülər. Hacı Səməd xanın əyləşib cəza əməliyyatına tamaşa etməsi üçün də bir stul qoyuldu. İran hakimləri və mülkədarları arasında belə bir adət vardır. Onlar böyük günahkarlara cəza verdikləri zaman «əzanın layiqincə yerinə yetirilməsini yoxlamaq üçün özləri də «əzanın icrası vaxtında iştirak edirlər.
Hacı Səməd xan əyləşdi, mənə nəzər yetirdi, bu məsələyə necə baxdığımla maraqlandı və:
– Bəlkə, sizin üçün belə işlər naguvaradır, – dedi, – hərgah ağanın meyili vardır, buyurub otağa keçsin.
Mən:
– Xeyr həzrət Əşrəf! Həzrət Əşrəfin hüzurunda ədəbsizlik edən bu cürə adamları mən də öz əlim ilə cəzalandırmağa hazıram! – dedikdə, o məni öz yanına çığırdı, gətirdib başqa bir stul da qoydurdu. Əyləşdim.
İşə başladılar: Sarı Ağabala xanı üzü üstə yıxdılar, onun səhər geymiş olduğu rəsmi formasını çıxarıb bir tərəfə atdılar, alt paltarlarını isə sivirib ayaqları üstünə saldılar, bir nəfər də yanını qoyub onun ayaqlarının üstündə oturdu və ikinci bir nəfər də köynəyini başına qədər sivirib başının üstündə əyləşdi, sonra da iki nəfər fərraş
– biri sağdan, biri də soldan – dəstələnmiş çubuqla onun kürəyinə, belinin tirinə və yanlarına amansız zərbələr endirməyə başladı. Bir insan görə yox, heyvana qarşı da tamam bir vəhşilik olan bu hərəkət, mənə təsir etmirdi. Mən gözümün qabağında sızlamaqda və can çəkməkdə olan bu adama acımırdım. Onun inqilabçılara etdiklərini xatırlayır və bu caninin bağırtılarından, iniltilərindən qəribə bir zövq alırdım. Bu zövq məndə şiddətləndikcə təzədən Sarı Ağabala xanın cinayətləri bir-bir xəyalımda canlanırdı.
Gözümün qabağında Məhəmmədəli Mirzənin Şəşkilan məhləsində tikdirdiyi yeni imarətin həyəti gəlir. Gecə saat ikidə, ay öz ləkəli çöhrəsini gizlədir, nəstərən ağacının altında icra olunacaq cinayətləri göstərməmək üçün ərk binasının dalısına çəkilirdi.
Ulduzlar kəsilən başların göz bəbəkləri kimi bozarır, ruzigar da həyətdəki zirzəmilərdə yatan inqilabçıların son fəryadını İran xalqının qulağına yetirmək üçün şiddətlə əsirdi.
Məhəmmədəli Mirzə pəncərənin qarşısında oturmuş, inqilabçıların bir neçə dəqiqədən sonra kəsiləcək başını Müzəffərəddin şaha hədiyyə aparmaq üçün gəlmiş Hüseynqulu xanla! konyak içirdi.
Sarı Ağabala xan pəncərənin altında durub Məhəmmədəli Mirzəyə müraciət etdi:
– Həzrəti valaya ərz olsun ki, Ələkbər Mirqəzəb tapılmadı. Ağcanbat və Sürxab məhləsini alt-üst etdim, yenə də tapılmadı.
Məhəmmədəli Mirzə bu sözü eşitdikdə, piyaləsindəki konyak qalğısını onun başına tökərək:
– Sarı məlun! Bəs necə olsun? – dedi. – Gərək bu gecə iş bitsin! Tüseynqulu xan səhər tezdən yola düşməlidir!
Sarı Ağabala xan yaltaqlıqla gülümsəyərək:
– Həzrət vala, bu barədə fikir etməyə dəyməz. Sarı Ağabala xan iç başı da kəsə bilməzmi? – dedi.
Zirzəmidən qabaqca Mirzə Həsən xan Xəbirülmülkü çıxarıb gətirdilər. Onun qollarını nəstərən ağacının altında bağlayıb başını kəsdilər. Sonra növbət ilə Şeyx Əhməd Ruhi və Mirzə ağa Kirmaninin işini bitirdilər. Sarı Ağabala xan onların üzlərinin dərisini soydu və Tehrana göndərmək üçün üzlərinin dərisinə saman doldurub hazırlanmış qutulara qoydu.
Bu mənzərə mənim xəyalımda canlandıqca, Sarı Ağabala xan da Səməd xanın çubuqları altında inləyirdi.
Sarı Ağabala xanın qabırğalarından qan axırdı. Mən ondan ancaq bu sözləri eşidirdim:
– Həzrət Əşrəf, mənim uşaqlarıma rəhmin gəlsin.
Səməd xan:
– Hüseynbala çubuqları yerə vurur, onun özünü də yıxıb əlli çubuq vurun! – dedikdə nökərlər onu da yıxıb paltarlarını siyirdilər. Bir tərəfdə Sarı Ağabala xan, o biri tərəfdə də Hüsenbala çubuqlanırdı. Onların ikisi də huşdan getmişdi, üzlərinə əba salıb götürdülər. Balkona tökülən qanı yumaq üçün su gətirdilər, Səməd xan hələ oturduğu yerdən qalxmamışdı, düşünürdü. Onun xəyalından çar hökumətinə göstərdiyi xidmətlər bir-bir gəlib keçirdi. Dar ağacları, insanları boğan qaranlıq zindanlar, inqilabçıların boğazına taxılan cırıq köynəklər və sairə onun gözünə görünürdü. Bu qədər xidmətlərinə qarşı çarın mərhəmətsizliyini düşünmək, deyəsən, onu rahat buraxmırdı. O, tərəddüd və iztirablar içində ətrafına baxınaraq:
– Həkimbaşını çağırın, – dedi, – halım xarabdır. Məni otağa götürün!
Cəlladın bir əlindən mən, bir əlindən də Əliqərə tutdu, onun titrək və çürüyərək əldən düşmüş olan iyrənc vücudunu bir təhər sürüyüb yatağına uzatdıq. O, ancaq bir kərə:
– Əfv edin, sizə zəhmət verdim! – deyərək, mənim getməyimə icazə verdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-sari-agabala-xan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Konsulxanada çox oturmaq mümkün deyildi. Nə mən, nə də Nina konsulun əli ilə həyata keçirilən cəza qanunlarının dəhşətinə davam gətirə bilmir və konsulun cəzaya aid verdiyi fərmanları dinləməyi bacarmırdıq. Nina özünü məndən daha fəna hiss edirdi. Onu Ələkbər yoldaşla faytona qoyub evə yola saldım; özüm şəhərə çıxmaq istədim. O tərəf-bu tərəfə çıxmaq fayda verməsə belə, yenə mən rahat otura bilmirdim. Qaçanlar qaçmışdı. Onlardan nigaran deyildim, çünki onlar silahlı idi. Onların qarşısına çıxa biləcək bir qüvvə xəyalıma gəlmirdi. Onlar hər nə olursa-olsun çar nüfuz məntəqəsini yarıb Türkiyə torpağına keçə biləcəklər idi.Təbrizdə qalan rəhbərlərdən bir çoxu həbsə alınmış, dar ağaclarının hazır olmasını gözləyirdi. Həbsə alınmayanlar isə Təbrizdən bir tərəfə çıxmaq imkanını əldə edə bilmədiklərindən gələcək fəlakətin intizarını çəkirdilər.
İki matəmBu gün Təbriz şəhəri iki böyük matəm üçün qara geyinmişdir. Onun birisi aşura günü münasibətilə saxlanan matəm, ikincisi də inqilab rəhbərlərinin dara çəkilməsi matəmi idi.Təbriz xalqının zehnini, hər şeydən artıq imam Hüseynin matəmi məşğul edirdi. Bu matəm başqa illərə nisbətən bu il daha geniş və daha təntənəli keçirilirdi. Bu gün Təbriz camaatı özünü qismən azad hiss edirdi, çünki çar konsulu aşura gününü nəzərə alaraq, küçədə gəzən əhaliyə mane olmamasını və vəsiqə soruşulmamasını tapşırmışdı. Şəhər camaatına gəldikdə, bu azadlığın konsul tərəfindən deyil, imam Hüseyn tərəfindən verildiyi etiqadı ilə təziyə ənənəsini daha da canlandırırdı. Hər kəsin alnında qırmızı lakla yazılmış – «ya imam Hüseyn» möhrü, hər kəsin boynunda qara şal, yaxud təziyə əlaməti olaraq bir hamam qətifəsi vardı. Birisi üzünü palçıqlamış, özünü xortdan şəklinə salmış, o birisi bədəninə dəmir parçaları keçirmiş, bir başqası zəncir vurur, o birisi böyük bir daşı götürüb döşünə döyür, başqası da şir dərisi geyinib, yerdə sürünür, onun dalınca gedənlər isə:
General-qubernatorBu il, yüz illərdən bəri görülməyən bir hadisə zühura gəldi. Təbriz xalqı aşuradan qırx gün keçənə qədər təziyə saxlardı. Onlar adət üzrə imamın qırxı çıxana qədər ağladılar. Lakin bu il, məhərrəm ayının 14-də bütün təziyə məclisləri yığışdı, çünki bu gün Azərbaycan valisi adı ilə gələn çar qubernatoru Hacı Səmədxan şəhərə daxil olacaq idi.Bu günü təntənəli keçirmək üçün istər Rusiya konsulxanası, istərsə yerli əks-inqilab böyük bir bayram hazırlığı görmüşdü.
Misyonerlər və müstəşriqlərMən bu adı daşıyanlarla görüşmək və onlarla mübahisəyə girişməyi heç də sevməzdim. Hələ özüm deyil, başqaları belə bunlarla mübahisəyə girişdiyi zaman dinləməkdən iyrənərdim.Bəzən miss Hannanın dini məsələlərə aid söhbətləri də məni yorurdu. Qızın özü də bunu anlayırdı. Lakin buna baxmayaraq, yenə də o, dini söhbətlər və təriqət mübahisələri, məzhəb ixtilafları barəsində uzun-uzadı danışırdı. Çünki miss Hanna lap əvvəldən İrana bu vəzifə ilə gəldiyini söyləmişdi.
Стихи других поэтов
Bir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,
BizÖvradımız, əzkarımız əfsaneyi-zəndir,Əfsaneyi-zən nuri-dilü ruhi-bədəndir
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər