Məşhur Amerika milyardçısı Sinqleri Albanya məmləkətinə kral tə’yin etmək istəyirlər.

Tapmamışıq sən kimi bir əhli-hal,
Aç, yalavac Albana olsun kral.

İndi ki, çıxmış yeni müstəmləkə,
Ar eləmə sən də apar bir tikə
Bir də belə salsalar çəkha çəkə
Varlığa qalmaz daha bir ehtimal
Biz bitəriz, bərhəm olar qeylü qal.

Çarə taparsan satılan millətə
Xalqı alarsan çox ucuz qiymətə
İndi ki, ölkə satılır sərvətə
Durma, yubanma, nə qədər var məcal
Qismət olur ölkə, qopub qeylü qal.

Serb aparır ölkədən öz hissəsin
Rim lotusu hazır edib çənkəsin.
Bizdə yəqinən payı var hər kəsin
Bizdən ötür saziş olur dal badal
Biz baxarız xalq eliyir qeylü qal

Bir bağa bənzər bu açıq məmləkət
Meyvəsin hər kəs daşıyar bir səbət
Bəlkə də bu qarətə var bir cəhət
Küçlüdən aciz edəməz bir sual
Çünkü çıxar onda böyük qeylü qal.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира