Страница 3 из 5 · 40%

Səttar xanın ərkani-hərbini təşkil edənlər isə bunlardan ibarətdir:

  1. Əli Müsyö.

  2. Fərəc ağa.

  3. Abdulla Qafqazlı.

4, Hacağa (Əli Müsyönün oğlu).

  1. Məşədi Mir Tağı.

  2. Mirzə Ələkbər Naxçıvanlı.

  3. Mahmud Əminiltüccar və sairə.

Cənab şahzadəyə öz bəndəçilik ərzimi təqdim edib deyirəm ki, başqalarının da nə vəzifədə olduqları haqqında məlumat verəcəyəm.

Bəndəniz Rza)ə.

Qovluğun içərisində sərdar Rəşid tərəfindən yazılmış təzə bir məktub vardı.

eCənab Rzabalal Dövlətə və hökumətə dair vəsiqələrin içərisində və dövlətə xeyirxah olanların siyahısında cənabınızın ismi-şərifi vardır. 7-ci ildən başlamış 11-ci ilin sonlarına qədər dövlət və millətə müəyyən və dəyərli xidmətləriniz olmuşdur. Cənab sərkarın 3 ildən bəri olan fəaliyyətsizliyinin səbəbini bildiyimiz üçün bu barədə danışmağı artıq hesab edirik. Lakin bu gündən etibarən məmləkət həqiqi bir İran dostunun əlinə tapşırıldığından, sizin də öz vəzifənizə başlamağınız və təşriki-məsai etməyiniz lazımdır.

Cənab sərkarın boş vaxtı olsaydı, şifahən danışıb, vəzifəsini təyin edərdik.

Düagü sərdar Rəşidə.

Rzabalanın sərdar Rəşidlə görüşüb-görüşmədiyini yoxlamaq üçün onun fotoşəkillərindən birisini götürdülər, onu Mahrunun vasitəsilə yoxlamaq lazım gəlirdi.

Qovluğun içərisindən çıxan uzun bir məktub isə onun son xəyanətlərini göstərirdi. Məktub yarımçıq idi, qurtarıb imza edilməmişdi.

«Həzrət əşrəf sərdar Rəşidin, başımızın sahibinin, millət və məmləkətimizin fəxrinə səbəb əlan cənabın hüzurunall

Mənim atam və babam bütün həyatlarını İran hökumətinin və onun başında duran şahənşahın xidmətlərini yerinə yetirməklə keçiribdir. Dövlət və hökumət bizim ailəmizdən xidmət və sədaqətdən başqa heç bir şey görməmişdir. Son illərin iğtişaşı və əşrarın hökumət əleyhinə baş qaldırdığı zamanlarda da bəndə öz xidmətimi əsirgəməmiş və qorxulu «əzaları nəzərə almamışam, fəaliyyətimi dayandırmamışam. Bu barədə əlimdə dəyərli vəsiqələrim də vardır. Mənim Hacı Səməd xan dövründə olan sükutuma səbəb yenə də millət və dövlətə olan məhəbbətimdir.

Hazırda həzrət əşrəfin iş başına gəlməsi, Azərbaycanın sadiq bir İran oğluna tapşırılması yenə də mənim ruhumun ucalmasına səbəb oldu. Bunun üçün həzrət əşrəfin buyurduqlarına əsasən imkan qədərində bəzi kiçik xidmətlərdə olmaq istəyirəm.

Həzrət əşrəfin hüzuruna bunu da ərz etmək istəyirəm ki, bəndə demokrat firqəsinə öz riza və rəğbətimlə daxil olmamışam, mən bir çoxları ilə bərabər Məmmədəli şah Təbrizdə vəliəhd olduğu zaman onun göstərişi ilə daxil olmuşam. Hazırda vəziyyət yenə də ağırdır. 11-ci ildə Təbriz nəzmiyyəsi pərdəsi altında düzələn inqilabçı dəstə Əmir Heşmətlə bərabər çəkilib getdikdən sonra onun yerinə başqa bir dəstə düzəlmişdir. Bu dəstə gizlində çalışır, bütün şəbnamələri (intibahnamələri) buraxanlar da həmin bu dəstədir. Onların başçılarından birisi Əbülhəsənbəy adında bir qafqazlıdır. İran başbileti alıbdır. Hər kəs də onu bir iranlı kimi tanıyır. Yanında bir rus qızı da vardır ki, konsulxanada çalışır. Oradan gizlin vəsiqələrin surətini çıxarıb haman adama gətirir. Bu adam Səttar xan dövründən bəri Təbrizi alt-üst edibdir. Bunları nə Hacı Səməd xan, nə də konsulxana tuta bilmir. Əllərində çoxlu silahlar və pullar da vardır. İnşallah, həyat baqi olursa, yaxın günlərdə bütün demokratların siyahısını, olan yerlərini və onların silahlı qüvvələrini öyrənib həzrət əşrəfin nəzər-diqqətlərinə yetirərəm...)

Məktub bitməmişdi, demokratların siyahısı da tutulmamışdı. Yəqin ki, bu təxirə onun Kavkan şəhərinə öz tələblərini yığmaq üçün getməsi səbəb olmuşdu.

ki

Rzabala Kavkan şəhərindən qayıtmazdan əvvəl biz Nabat xanımla bir daha görüşməli və Rzabalanın məsələsini həll etməli idik. O, Təbrizə gələndən sonra bütün sirləri sərdar Rəşidə verəcək və bununla da bizi məhv etmiş olacaqdı.

Rzabalanın məsələsini demokratların iclasında qoyduq. Bu iclasa ancaq müəyyən adamları dəvət etmişdik. Mən Səttar xanın sözünü heç bir zaman unutmamışdım: o, bir çox mühüm məsələləri iclasda qoymaq istəməzdi. O deyərdi ki, bizim ətrafımızda demokrat donuna girmiş xainlər az deyil, ehtiyatı əldən vermək yaramaz!

Rzabalanı məhv etdirmək məsələsinə gəldikdə onu Nabat xanımla razılaşdırmalı idik. Bunun üçün də onu öz yanıma çağırmışdım. Lakin bundan qabaq bir şeyi öyrənmək lazım idi, çünki Rzabalanın sərdar Rəşidlə görüşüb-görüşməməsi bəlli deyildi. Hərgah o, sərdar Rəşidlə görüşüb və bizim siyahımızı ona vermişsə, o zaman biz başqa tədbirlər görməli idik. Hərgah siyahını verməmişsə, Rzabalanın özünün məhvi üçün tədbir lazım idi.

Bu məsələni təhqiq etmək üçün səhər tezdən Mahru xanımı çağırmışdim. Mahru xanım çox tez gəldi, öz dediyinə görə tez də getmək istəyirdi.

Mahru əlimi sıxaraq yerində oturan kimi:

– Sizə təzə xəbərlər gətirmişəm, – dedi.

– Nə kimi xəbərlər?

– Qardaşım konsulxanadakı ziyafətdən qayıtdıqdan sonra sizin barənizdə fikrini tamamilə dəyişmişdir.

– İndi onun fikri müsbətdirmi, mənfidirmi?1

Bu sözdən Mahru gülərək:

– Mənfi bir təbiətə malik olan o kimi alçaqdan müsbət fikir doğa bilərmi? – dedi. – O, birinci növbədə sizə azad gedib-gəlməyimə icazə vermişdir. O deyir ki: cƏsəd ilə olan əlaqəni də müəyyən vaxta qədər davam etdirməlisən. Ancaq Əbülhəsənbəyin evinə gedib-gələnləri öyrənib mənə xəbər verməlisən. Hərgah dediklərimi yerinə yetirmiş olsan, münasib vaxt əldə edilən kimi səninlə Əsədin xeyir işinizə sərəncam verəcəyəmə. Buna görə də ayıq və ehtiyatlı olmalısınız, çünki sərdar Rəşid sizin üçün çox qorxulu düşməndir, o sizi məhv etmək üçün bir bəhanə axtarır.

– Sizdən çox razıyam, Mahru xanım!

– Siz məni Mahru xanım çağırmayın, mən sizə ən məsuliyyətli sirlərlə bağlıyam. Bu əlaqəni yenə də bir əqidə yoldaşı kimi davam etdirəcəyəm. Mənə hər iş tapşıra bilərsiniz, inqilabın və xalqın qələbəsi yolunda mən hər bir işi ifa edə bilərəm. Sizin məqsədinizin qələbəsini özüm üçün böyük bir səadət hesab edirəm, çünki sizin nə üçün və kimlər üçün işlədiyinizi bilirəm. Mən bunu 11-ci ildə də bilirdim. Mən o zaman sizə inandığım üçün də səhv etməmişəm, mənim Əsədə bağlandığım da onun bu xalqa bağlı olması və doğru bir yolda işləməsinə görədir.

– Getdiyiniz yol çox doğru yoldur. İran tarixində yalnız bu yol ilə gedənlərin adı həmişəlik qalacaqdır. Yalnız bu yolu davam etdirməklə zülmün kökünü kəsmək mümkündür, Mahru xanım, sizin və sizin kimilərin bugünkü zəhmətləri bir zaman çox qiymətli məhsul verəcəkdir. Bir gün bu zəhmətin nəticəsində tək-tək adamlar milyonların müqəddəratını həll edə bilməyəcəkdir. Xalqın ixtiyarı padşahların əlindən alınacaqdır. Bir gün gələcəkdir ki, tacı başında saxlamaq üçün milyonları qırdıran padşahları xalqın məhkəməsinə sürüyəcəklər, məmləkətimizi xalqın özü idarə edəcəkdir. O zaman milyonlarla Mahrular sərdar Rəşidlərin və başqalarının pəncəsindən azad olacaqdır. Mahru xanım, bunların hamısını istəyirsinizmi?

– İstəyirəm!

– İndi ki, istəyirsiniz, bizimlə həmişə əlaqə saxlamalı, sərdar Rəşidin bütün hərəkətlərini təqib etməlisiniz.

– Mən daim onu təqib edirəm, onun sizə lazım olan bütün yazılarının üzünü çıxarıram.

– Sizin bizə lazım olmadığını zənn etdiyiniz bir çox yazılar ola bilər ki, birinci növbədə bizə lazım olar. Onun ən adi bir işdən ötrü yanına çağırdığı adamların da adını öyrənmək və nə üçün çağırıldığını bilmək üçün çalışmalısınız. Siz onun yazı otağına girməyə müvəffəq olmalısınız, özünüzü ona elə tanıtdırmalısınız ki, onun yazdığı şeyləri götürüb oxuduğunuz zaman o heç bir zaman sizdən şübhələnməsin.

– O mənim üçün çətin deyil. Mən onun yazı otağına hər zaman girə bilərəm, özü olanda da, olmayanda da bu mümkündür, çünki o məni daima öz yanında görmək istəyir. O mənsiz çay içməz, mənsiz yemək yeməz, o mənim əsirimdir.

Mahru ilə uzun-uzadı danışmaq və ona lazımi göstərişlər vermək mümkün olmadı, çünki həm onun özü getməyə tələsirdi, həm də mən Nabat xanımı gözləyirdim. Buna görə Rzabalanın şəkli haqqında ondan məlumat almaq istədim.

Mahru xanımla söhbətimiz bitdikdən sonra, o yenə də oturub üzümə baxırdı. O, tərəddüdlü adama bənzəyirdi, sanki onun demək istədiyi daha mühüm sözləri var idi. Mən onun xasiyyətini bilirdim, o lazımi sözlərini çox tərəddüdlə söylərdi. Ona sual verdim:

– Mahru bacı, deyəsən, yenə də deməli sözünüz vardır?

– Vardır, əziz qardaşım! – dedi. – Bu xəbəri sizə vermək üçün özümdə cəsarət görmürəm, vicdanım əziyyət çəkir.

– Nəhayət, siz o xəbəri mənə verməyinizi lazım görürsünüzmü?

– Onu sizə xəbər verməmək mümükün deyil, çünki o sizin də həyatınıza sui-qəsd hazırlayır.

– Nə üçün? Mənim inqilabçı olduğumu bildiyi üçünmü?

– Xeyr. Onun sizin inqilabçı olduğunuzdan xəbəri yoxdur.

– Onda bəs məni nə kimi bir təqsirin səbəbinə məhv etmək istəyir?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Susanna

Bakı yanğınların, barıt tüstülərinin, quldurların və soyğunçuların ixtiyarına verilmişdi. Rayonlar da eyni vəziyyətdə idi; Bakının qeydinə qalan ancaq Bakı Komitəsi idi.İclas çağırılmışdı. İclasda bircə məsələ müzakirə edilirdi ki, o da şəhərdə olan toqquşmaların rayonlara yayılmasına mane olmaqdan ibarət idi. Bakı Komitəsi bütün diqqəti mədən dairələrinə verməyi, eyni zamanda şəhər əhalisinə müraciətnamə buraxmağı, hökumətin xəyanətlərini ifşa etməyi, qırğınların nə üçün düzəldiyini zəhmətkeş kütlələrə bildirməyi qərara aldı. Bu müraciətnamədə bütün zəhmətkeşlər tətil etməyə çağırılırdı.

8 мин
Vasya menşeviklər təsirində

Neçə gündən bəri idi ki, Əsgərlə Pavluşa Vasyanı tapa bilmirdilər. Onlar Vasyanın Susanna ilə gəzdiyini, fevralın altısından bəri onunla tanışlığı davam etdirdiyini, tez-tez qızla Balaxanı—Sabunçu rayonuna getdiyini və qızı şəhərə gəzməyə gətirdiyini eşitmişdilər. Əsgərlə Pavluşa, Vasyanın menşevik təsirinə düşməsindən qorxurdular, onu tapıb danışmaq və qızdan ayırmaq istəyirdilər.Əsgər öz qəlbində Vasyanı heç də əfv edə bilmirdi; «Vasya menşevik qərargahına düşdü» deyə onu həmişə ürəyində söyürdü.

15 мин
Qubernator Nakaşidze vuruldu

– Sən tabağını götür burdan çəkil!– Hara çəkilim?

21 мин
Hökumətin ikinci xəyanətinə qarşı

Çar hökuməti həmrəylik yaratmış olan Bakı fəhlələrini zəhərləmək, ümumi tətillərin kökünü kəsmək istədiyi və ikinci erməni-müsəlman qırğını hazırladığı zaman, Bakı bolşevikləri də buna cavab olaraq, avqust tətillərini hazırlayır, öz qüvvələrini bu sahədə səfərbərliyə alırdılar.İyul ayının iyirmisindən hökumət işə başladı. Tətil işlərində fəaliyyət göstərənlər tutuldular, başqa şəhərlərdə olan dustaqxanalara göndərildilər.

13 мин

Стихи других поэтов