Oğlan
Bakı ittifaqı el dükanlarını artırdıqca xüsusi dükançıların şikayətləri də artmaqdadır.
Bilməm nə kələk açdılar dükkan üçün, oğlan,
Bir müştəri gəlməz daha dərman üçün, oğlan!
Hər küncdə bir baksayuz açdıqda yanımda
Bağrım yarılır təkcə bu viran dükanımda
Gəldikdə nalog az qala od yandı canımda
Olsun nə qədər səbr bir insan üçün oğlan
Bu qüssə rəvadırmı müsəlman üçün oğlan?
Boşdur qutular, yoxdur əsər simü zərimdən
Çəkmiş öz hasarın tor atan dövri-bərimdən
Birəhm siçan qaçmayır artıq nəzərimdən
Dükkan yaranıb yoxsa bir heyvan üçün oğlan,
Nastoykada, vıstavkada cövlan üçün oğlan?
Həp ruhum ölüb yox şu keçən qüvvətli-bazu
Tərpənməmiş üç gündə bu biar tərəzu
Mal varsa da bir kimsə deməz söylə nədir bu?
Qoymuşla məni yoxsa nigəhban üçün oğlan?
Yoxsa qaraul qoydula dükkan üçün oğlan?
Keçdi o zaman kəndliyə verdim mən əzabı
Yüz dəf’ə qızıb başına çaldım bu kitabı
Gündə yüzünə vermiş ikən barmaq hesabı
İndisə qəpik tapmayıram nan üçün, oğlan,
At kəlləsiyəm yoxsa bu bostan üçün oğlan?
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-oglan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sünnü və şiə ittihadı tərəfdarlarına müjdə:*Bu axır vaxtlarda qəzetlərdə ha oxuyurdum ki, gərək biz gecə və gündüz çalışaq sünnü-şiə təfriqəsini aralıqdan götürək.
Mürəkkəb(Əz ehkami-nəcasat)*Üləmamızdan rica edirəm ki, bu nöqtəyə diqqət edib bəndeyi-həqirin bu məsələsinə cavab iltifat buyursunlar.
BayqotAllah heç bir kəsi müsəlmanların bayqotuna giriftar eləməsin. Özgə yerlərin bayqotu hələ ötüşər, amma bu İrəvan, Naxçıvan və xüsusən Ordubadın bayqotu lap adamın evini yıxır.Bu hamıya mə’lumdur ki, cəmi qəzetləri saxlayan şəhərlər içində ancaq İrəvan, Naxçıvan və Ordubaddır. Bu üç şəhərə o qədər qəzet və jurnal gəlir ki, hələ poçtdan savayı dəmir yol ilə qəzetlər tay-tay ilə göndərilir.
Şəriət istərizOsmanlıda köhnə idarəni qaytarmaq istəyən «Şəriət istəriz» adlı firqəyə daxil olanların ən ictihadlılarının biri sövdakar Əhməd imiş ki, mərhum Zakir İşanın yaxın müridlərindən olub Rusiyadan Türkiyəyə köçüb alış-veriş eləyir.«Vəqt»in yazdığına görə bu cənab Türkiyədə qabaqlarda fahişəxana sahibi imiş və Rusiyadan doqquz-on yaşında qızları alıb aparıb Osmanlıda ona-buna satarmış.
Стихи других поэтов · Сатира
Həcv*Nuşirəvanü hatəmü Qanuni dəhrdə,
DağlılarAy Baba! Hər yerdə sənin əyyarların xəbər yazıb göndərirlər. Bircə dağlarqalmışdır. Onlardan heç kəs bir xəbər bilməyor. Çünki dağlılar öylə cəngavər
Ədəbiyyat (20-ci nömrədə "Cinani"yə cavab)Çox eybculuq etmə, məndən senə vəsiyyət,Sanma ki millətində bilmərrə yoxdu qeyrət.
MinacatEy mollaların sərvətü samanı orucluq,Fəxri, şərəfi, mənbəyi-ehsanı orucluq!