Parlamanımıza
İran parlamanı 27, 28, 29 səfərdə parlamanda mərsiyə oxutdurmağı qərara almışdır. («Sitareyi-İran»)
Yığılıb bir sürü əmmamə parlamanımıza,
İstəyir bir yeni dövr açmağa İranımıza.
Ayılıb xabdan axırda Əcəm məmləkəti,
Yenə də mərsiyəxan ilədir hər məsləhəti,
Rövzəxanlıqla parlamanımızın hər cəhəti,
Əskilik çünki təbiətlə girib qanımıza,
Qorxarız göz dəyə axırda parlamanımıza.
Doğrudan da dəyişib iş, yeniləşmişdir Əcəm,
Elə bir ölkə ki, təhrirdən acizdi qələm,
Yenə də mərsiyəpəzlik, yenə zəncir, ələm,
Yenə də gəl qulaq as naleyi-əfğanımıza,
Yığılıb bir sürü əmmamə parlamanımıza.
Köhnələr ölkəsidir, mollalar İranıdı bu,
Lotular məclisidir, şiə parlamanıdı bu,
Əvvəlindən də bir əfsanə parlamanıdı bu,
Burası doğru bir əyləncədir əyanımıza,
Yığılıb bir sürü əmmamə parlamanımıza.
Rövzəxanlıqda mübariz durarız ingilisə,
Qələbə çalmaq üçün mərsiyə lazımdı bizə,
Yenilik qurmaq üçün yalvarırıq rövzəpəzə,
Bəlkə yardım qıla hər yerdəki üsyanımıza,
Yığılıb bir sürü əmmamə parlamanımıza.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-parlamanimiza
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sərdar Rəşid yerli camaatın əhvali-ruhiyyəsini öyrənmək və çar konsuluna xəbər vermək üçün osmanlıların mənfəətinə təbliğata başlamışdı. Bu təbliğatın nəticəsində bir çox avamlar aldanır və osmanlı tərəfdarı olduğunu izhar etməklə bir neçə saatdan sonra həbsə alınır və konsulxananın sərəncamına göndərilirdi.Sərdar Rəşidin bu siyasəti ilə tanış olanlar Hacı Səməd xanı arzulamağa başlamışdılar, çünki Hacı Səməd xanı hər kəs bir çar nökəri kimi tanıdığından ehtiyatını əldən buraxmırdı. Sərdar Rəşidə gəldikdə onun yanında nə kimi bir mövqe tutmaq və kimin nəfinə və kimin zərərinə danışmaq lazım olduğunu anlamaq çətin idi. Sərdar Rəşid Təbrizdəki alman tərəfdarları ilə əlaqəyə girmişdi. O, bir hakim olmaqdan daha çox, bir xəfiyyə və bir iandarm idi.
Sərdar Rəşidin iç üzüMahru özünə verilən tapşırığı unutmamışdı. O gecə saat on birdə otağında oturub, sərdar Rəşidin onu öz yanına çağırmasını gözləyirdi, çünki sərdar Rəşid Mahru olmadan yeməz, içməzdi, hər gecə onun şərab piyaləsini Mahru doldurmasaydı, dilinə şərab vurmazdı.Bu gecə nədənsə sərdar Rəşid Mahrunu çox təxirlə öz yanına çağırdı. Mahru sərdar Rəşidin otağına girdiyi zaman o, əlindəki qələmlə qabağındakı bloknota bəzi şeylər qeyd edirdi: O, Mahrunu gördüyü zaman qələmi yerə qoyub:
Hacı Səməd xanın müharibə hazırlığıHacı Səməd xanın səfərbərliyi olduqca müvəffəqiyyətlə qurtarmışdı. Bütün Azərbaycan xanları və əşirətlər öz atlısı ilə Marağaya və Savucbulaq ətrafına gəlmişdi. Hacı Səməd xanın komandası altında min nəfərə qədər rus piyada qoşunu, on min nəfərə qədər də İran atlısı vardı.Ərdəbil, Sərab, Gərmrud, Ocan, Abbas və Çardovlu tərəflərindən nə qədər dəyərli atlılar var isə hamısı Səməd xanın əmrini alan kimi Savucbulaq tərəfinə axıb gəlməyə başlamışdı. Hacı Səməd xan qələbə üçün tələsirdi, çünki bu müharibə onun gələcəyini həll edəcəkdi. Bunun üçün də hələ Şahsevən və Qaradağ xanları gəlib yetişmədən müharibəni başlamağa qərar verdi, çünki o, osmanlılara əlavə qüvvə gəlməsindən qorxurdu.
Çar konsulu Təbrizi tərk edirHacı Səməd xan qaçıb Təbrizə gəldi. O, utandığından konsulxanada mənzil edə bilmədi, birbaş atını sürdü özünün qədim dostu Hacı Mehdi ağa Kuzəkünanininf qapısına. Orada bir neçə saat mənzil etdi. Konsul bu xəbəri eşidən kimi onu yanına çağırıb lazimi qədər söydü və təcili surətdə Təbrizdən Rusiyaya yola düşməsini əmr etdi.Hacı Səməd xan getdi. Lakin çar konsulunun özü də gedirdi.
Стихи других поэтов · Сатира
Да, брат, персидский жив народ! Всем страсть его сейчас видна!Горячка новых обществ нам уже не в первый раз видна.
İki mollaMolla Həsən, niyyətinə mərhəba,İş düzələr, deyirdin bu gün, sabah.
Səni aləmdə, ey arami-can, hər kim zəlil istərİsmayıl bəy Qutqaşınlıya*Səni aləmdə, ey arami-can, hər kim zəlil istər
Misyonerlər çalışır cəbr ilə Abxaz qövmiMisyonerlər çalışır cebr ilə Abxaz qövmiEyləsinlər hamısı dini-məsihanİ qəbul.