Страница 2 из 4 · 25%

Son günlər intibahnamə buraxmaq bir adət dərəcəsinə gəlmişdi, hətta tək-tək adamlar da sərdar Rəşidə hücumnamələr yazıb divarlara yapışdırırdılar.

O zaman:

Əlində bayda, Həsən, Həsən, Həsən xan,

Səndən nə fayda, Həsən, Həsən, Həsən xanə —

deyə Müzəffərəddin Mirzəyə intibahnamə yazan təbrizlilər bu gün də sərdar Rəşidin keçmişdə dəllək şagirdi olduğunu xalqa xatırladaraq, aşağıdakı nəğmələri yazmışdılar:

Ustacan, təlaş mikunəm,

Xeyli xob təraş mikunəm.

Təlaş in beççə yad gün,

Məaş məra ziyad gün.

Beççəş nəcib xoş giləm,

Ustacan, tu şad gün diləm

Təlaş in beççə yad gün

Məaş məra ziyad gün.

Məmləkət əz mərd xali şüd,

Beççə dəllək həm vali şüd.

Şəb-ruz təlş xahəd şüd,

Sətr ma təraş xahəd şüd

Mən ki, əhli-karəm, ustacan,

Rahət nədarəm, ustacan,

Əz tu şükuh darəm, ustacanl.

Sərdar Rəşid Təbrizdə öz hökumətini möhkəmlətmək üçün heç bir vasitə tapa bilmirdi. Çar konsulu da onu müdafiə etməyi bacarmırdı, çünki çar nüfuzunun ən sönük bir vaxtı idi. Özünü Mərkəzi İran hökumətinin nümayəndəsi hesab edən sərdar Rəşid onun nüfuzu sayəsində də mövqeyini möhkəm etməkdə aciz idi, çünki İran hökumətinin nüfuzu çoxdan bəri Azərbaycandan silinmişdi.

Sərdar Rəşid başını itirmişdi, o artıq hökumət dairəsinə gedə bilmirdi, küçə uşaqları onun başını görən kimi:

cüUstacan, təlaş mikunəm,

Xeyli xob təraş mikunəmə -

deyə bir səslə oxuyurdular. Divara yapışdırılan vərəqələri konsula da tərcümə etmişdilər. Buna görə də sərdar Rəşid xəstələnmişdi, nə hökumət dairəsinə, nə də konsulxanaya gedə bilmirdi.

Tam bu günlərdə Təbrizin siyasi vəziyyəti bir daha dəyişməyə başladı. Hacı Mirzağa Büllurinin və Hüseyn Fişəngçinin osmanlılarla bərabər təşkil etdikləri dəstənin Savucbulağı işğal etmək xəbərləri Təbrizə yayıldı.

Sərdar Rəşidin nüfuzdan düşməsi və osmanlıların Təbrizə yaxınlaşması xəbəri Təbrizə yayılan kimi çar konsulunun fikri dəyişdi, o bir daha Hacı Səməd xanı Təbrizə gətirmək qərarına gəldi, çünki o, Hacı Səməd xanın Azərbaycan xanlarını təşkil edə bilməsi və osmanlılara qarşı müəyyən bir qüvvə çıxara biləcəyini anlayırdı.

Bu gün Nina konsulxanadan gələn kimi məni öz otağına çağırdı və Qafqaz canişinindən konsulxanaya gələn gizli teleqramın surətini göstərdi.

I Ustacan, mən təlaş edirəm ki, başları yaxşı qırxım. Sən də bu uşağı xatırlayaraq muzdunu artır. Mən bir gözəl və nəcib uşağam, ustacan, qəlbimi şad elə. Məmləkətdə daha başqa adam yox idi ki, dəllək şagirdini gətirib vali təyin etdilər" Gecə-gündüz təlaş edib bizim başımızı qırxacaqdır. Ustacan, mən iş adamıyam. dincəlmədən çalışıram. Buna görə də səndən şikayətim var.

Qafqaz canişini Hacı Səməd xanın Tiflis şəhərindən Təbrizə yola düşməsi və Təbrizdə olan qüvvə ilə Savucbulaq tərəflərində yerləşən osmanlılara qarşı hücum etmək üçün göndərildiyi xəbərini verirdi.

Çar hökuməti osmanlıların Azərbaycan hüdudlarından zühur etməsini bəhanə edərək, yenə də Səməd xanı Azərbaycan əyalətinin başında qoymaq istəyirdi, çünki sərdar Rəşidin heç bir nüfuzu qalmamışdı.

Hacı Səməd xan Təbrizdən Tiflisə yola düşdüyü zaman belə özünün Qafqaz canişininə şikayətə getdiyini, öz barəsində haqsızlıq göstərildiyini qeyd etmişdi. Bu dəfə onun Təbrizə qayıtması, rusların sərdar Rəşiddən ümidlərini kəsmələri kimi məna edilməli idi. Heç şübhə yoxdur ki, Səməd xan osmanlılarla aparacağı mübarizədə qalib gələcəyi zaman həmişəlik Azərbaycanda qala biləcək və sərdar Rəşidi Azərbaycan mühitindən silib atmağı bacaracaqdı.

Sərdar Rəşidin bu məsələdən xəbəri yox idi. O, çar generalkonsuluna xidmət göstərmək üçün hər gün bir sıra günahsızın siyahısını konsulxanaya verirdi. İnqilab komitəsi çar hökumətinin təzə təşəbbüslərini Təbriz əhalisinə bildirmək və sərdar Rəşidin ruhunu düşürmək məqsədi ilə şəhərə daha qısa bir intibahnamə buraxmışdı.

İntibahnamədə çar hökumətinin sərdar Rəşiddən naümid olduğu, sərdar Rəşidin öz vəzifəsinin öhdəsindən gələ bilmədiyi, Rusiyanın Hacı Səməd xanı yenidən Təbrizə gətirdiyi qeyd olunmaqla bərabər, Hacı Mirzağa Büllurinin komandası altında gələn dəstənin nədən və kimlərdən ibarət olduğu kütlələrə bildirilmişdi.

Bu intibahnamə çıxdıqdan sonra Tütünçüoğlu məni Məşədi Kazım ağanın hücrəsində tapıb Mahrunun məni evdə gözlədiyini xəbər verdi. Mən tələsik faytona minib evə gəldim. Mahru ilə görüşdüm. O mənə dörd parçadan ibarət yazılı kağız verdi.

Birinci məktub Tehranda daxiliyyə nazirinə yazılmış bir teleqram idi.

€Həzrət əşrəf! Təbriz divarlarına yapışdırılan şəbnamələrdə Rusiya dövləti-bəhiyyəsinin Hacı Səməd xan Şücaüddövləni Təbrizə gətirməyi xəbər verilir.

Bu barədə Rusiya dövləti-bəhiyyəsinin Təbriz konsulu əyalət hökumətinə heç bir məlumat verməmişdir. Hər halda həzrət əşrəf Hacı Səməd xanın Təbrizə gəlməsi münasibəti ilə əyalət hökumətinin təklifini müəyyən etməlidirə.

Sərdar Rəşid Tehrandan yardım gözləməyə başlamışdı. Lakin Azərbaycan məsələsinin Tehranda yox, Petroqradda həll olunduğunu bilmirdi. Hər halda sərdar Rəşid özünün Tehran kabinəsi tərəfindən müdafiə olunacağını bilirdi, çünki Tehran öz siyasəti üçün sərdar Rəşidi Hacı Səməd xandan daha əlverişli sayırdı.

Mahru gətirən ikinci məktub Təbrizdəki çar general-konsuluna yazılmışdı:

€Cənab general! Bu gün Təbriz divarlarına yapışdırılan intibahnamələrin birisində bizim üçün gözlənilməyən bir məlumata təsadüf etdik. Hacı Səməd xan Şücaüddövlənin təzədən Təbrizə gətirilməsi imperator hökumətinin himayəsində Azərbaycan əyalətinin idarəsini öhdəsinə götürən mənim kimi dostların nüfuzunu qırmaq və onu mənəviyyatca öldürmək deməkdir.

Hər halda bu barədə cənab generalın fikrini bilmək istərdimə?.

Mahrunun gətirdiyi məktubların üçüncüsü çar general-konsulundan sərdar Rəşidin məktubuna verilən cavabdan ibarət idi.

«Cənab vali! Əvvəlcə həzrət əşrəfə bunu xatırlatmalıyam ki, Təbriz divarlarına yapışdırılan hədsiz-hesabsız intibahnamələr haqqında tədbir görməmişsiniz.

Bu cür intibahnamələr yalnız həzrət əşrəfin deyil, eyni zamanda imperator hökumətinin əhali arasındakı nüfuzunun düşməsinə də səbəb olur.

İranın daxili işlərinə müdaxilə etmək kimi təbir edilməsəydi, biz bu uyğunsuzluqların qarşısını öz gücümüzlə ala bilərdik. Bizim daxili işə müdaxilə etməyimiz sizin də xalq arasındakı nüfuzunuzu laxlada bilərdi. Biz çox ümid edirik ki, vali cənabları imperator hökumətinə qarşı təbliğat şəklini alan bu hərc-mərcliyi təsviyə etməklə imperator hökumətinə olan dostluğunu işdə göstərəcəkdir. Həzrət əşrəfə bunu da xatırlatmaq lazımdır ki, onun Təbrizdə imperator hökuməti əleyhinə başlanan təbliğata soyuqqanlı tamaşaçı kimi baxması özünün istinad etdiyi çar hökuməti dostluğunu da təhlükə altında qoya bilər.

Təbrizdəki hərc-mərcliyə qeydsiz baxmaq nəticəsində həzrət əşrəf öz mövqeyini də itirə bilər.

Şücaüddövlənin Təbrizə gətirilməsinə gəldikdə bu ancaq Rusiyanın Azərbaycanda hərəkət edən qoşun dəstələri ərkani-hərbinə aid olan bir məsələdir, bu məsələnin əyalət məsələləri ilə qətiyyən əlaqəsi olmadığından bunu həzrət əşrəfə bildirməyi lazım görmədik.

Onun gəlməsi əsgəri məsələlərlə əlaqədardır. O, İrana bir çar zabiti kimi gəlib, ancaq qoşuna komanda edəcəkdir, Həzrət əşrəfə məlumdur ki, Türkmənçay müahidəsinə görə çar hökuməti İranın tamamiyyəti mülkiyyəsini mühafizə etməlidir. İrana başqa bir hökumət hücum etdiyi zaman Rusiya onun istiqlaliyyətini mühafizə etməlidir.

Hazırda osmanlılar Savucbulağı almaqla İran torpağına hücum edir və onun istiqlaliyyətini pozur.

Rusiya hökuməti öz əhdnaməsinə sadiq qaldığı üçün İranı osmanlılara qarşı müdafiə edir.

Hacı Səməd xan Təbrizə gələr-gəlməz cəbhəyə göndəriləcəkdir. O, Miyandab tərəflərində ordu təşkil edəcək və osmanlı hücumlarını qaytaracaqdır.

Həzrət əşrəf müstəqil bir surətdə öz hökumətini idarə edəcəkdir, biz bu barədə ona təminət veririkə.

Dördüncü daha maraqlı məktub idi. Bu məktub bir İran valisinin simasını layiqincə aydın edirdi. Bu məktub Mirzağa Bülluri və Kəblə Hüseyn Fişəngçiyə yazılmışdı. Lakin o, çar konsulunun tövsiyəsi ilə yazılmış bir məktuba bənzəyirdi.

«Cənab Hacil Xudavəndi-aləm cənab alilərin vasitəsilə beyrəqiislamı ucaltmağa başlamışdır, xüsusən həmsayəmiz olan osmanlı hökumətinin dindaşlıq vəzifəsini nəzərdə tutub islamın küffar əlindən qurtarmasına kömək eləməsi, dini-mübini-islamın möhkəm olması üçün böyük bir isbatdır.

Bu bəndələr də «nəsr minallahün və fəthün qəribə ayei-mübarəkəsini dillərində əzbər edib özünün leşkəri-islama olan sədaqətini izhar edir və öz öhdəsinə düşən vəzifəsini layiqilə ifa etmək üçün söz verir.

Cənab alilər də öz növbəsində bəndələrin təklifini müəyyən buyurmalıdırlar. Təbrizin nə vəziyyətdə olduğunu «ana» aliləri bilməmiş deyil. Buna görə də nə qədər qoşun üçün mənzil və yemək hazırlamaq lazım olduğunu vaxtikən bəndələrə məlum buyurasınız.

Bəlkə, islamın köməyinə gələn qardaşlarımız üçün libas və başqa şeylər də lazım olacaqdır. Ona görə də təşrif gətirən əziz qonaqların miqdarını məlum buyurmalısınız. Bəndələrin tərəfindən sərkər Kəblə Hüseyn ağanın əhvalını soruşarsınız və səmimi salamını yetirərsiniz.

Sizin müxlisiniz sərdar Rəşidə.

Sərdar Rəşid Hacı Mirzağa Bülluriyə yazdığı məktubunda iki nöqtəni hədəfə almışdı. Onun birinci hədəfi Təbriz üzərinə gələn qüvvəni özündən razı salmaq, ikincisi də onların miqdarını öyrənib çar konsuluna xəbər verməkdən ibarət idi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов