«Şərqi-Rus» qəzetinə
Gözüm, dur xabi-qəflətdən, çıxıb gün aşikar oldu,Bəhəmdulla şəbi-yəlda gedib nisfi nahar oldu!Dolubdur səfheyi aləm şüayi «Şərqi-Rus» ilə,Qaranlıq könlümün zülmət sərası zərnikar oldu.Eşitdim təzə güldür, baş verib bağı-təməddündən,Keçib əbnayi-islamın xəzanı, novbahar oldu.Tapıb bir nömrəsin qıldım qiraət çox sürur ilə,Dedim barixuda bəxtim nə xoş saətdə yar oldu.Ümidim var çıxaq ruyi-zəminə cahi-zülmətdən,Olur mə’lum çox qafil bu işdən huşyar oldu.Yəqinimdir qoyallar bizləri də silki-ürfanəNeçin ki, rövnəqi-ətvarımız hər yerdə car oldu.Dayandı başımız əğyar içində ərşi-ə’layə,Bizim də adımız millətlər içrə yadikar oldu.Dəqiq islam olan hərgiz götürməz əl təşəkkürdən,Həqiqət bu qəzet insan üçün çox iftixar oldu.Bu söz məşhurdur etməz tərəqqi elmsiz millət,Hamı elm əhli rahət, elmsizlər xaru zar oldu.Əzizim, mümkün olduqca oxu türki qəzetlərdən,Bununla cümlə cəhlin binası tarmar oldu.Pulun var yaz götür, yoxdur, mənimtək özgədən al, bax,Xoşa, ol kəslərə bu kari xeyrə cannisar oldu.Atıb «Şahnamə»ni hər yerdə ruznamədən dəm vur.Bu lazımdır sənə, onlar tamamən xaksar oldu.Bu bir şöhrət deyil İskəndərə bac aldı dəryadanNeçə bəs xalq üçün dəryalar indi vagüzar oldu.Düşün ey binəva, getdi İskəndər dar-zülmətə,Elektriklə ol zülmətsəralar rəhvar oldu.
Səmər yoxdur, əzizim, tari haqqı, köhnə işlərdən,Desə dərviş inanma Rüstəm ağ divə səvar oldu.Səida, hər qədər vardır qələm yaz bu məqalatı,Sənə bu «Şərqi-Rusun» nömrəsi bir e’tibar oldu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-serqi-rus-qezetine
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Biz saat üçdə Səttar xanın qapısında durmuşduq. Qapıçılardan biri icazə almaq üçün içəri getmişdi. Bir neçə dəqiqədən sonra icazə verildi.Səttar xan bizi görən kimi çox şadlandı. Birinci sözündə:
Ninanın məktubuTəbrizdə vəziyyət get-gedə dəyişirdi. Artıq Culfa–Təbriz yolu kəsilirdi. Hərbi İnqilab Şurasının iclasında yolun açılması qərarı çıxarıldı. Culfa inqilabçıların əlində idi. Müsəlləh qüvvənin başında Hafiz əfəndi dururdu.Hərbi İnqilab Şurasının Hafiz əfəndiyə verdiyi telefonoqram bu məzmunda idi: «Culfa qüvvətilə hərəkət edib Circirlari təmizlə!»
Mən tacir deyiləmMən bu görüşdə çoxdan bəri demək istədiyim sözü ona deməyi qərara almışdım. Nina dünənki sevgi söhbətindən, bunu açıq dediyindən utanır və başını qaldırıb üzümə baxa bilmirdi. Sözümü heç dayanmadan dedim:– Siz istəsəniz, inqilabda böyük bir vəzifə götürə bilərsiniz. Lazımi yardımı verə bilərsiniz. İran inqilabının yardıma böyük ehtiyacı var. O, indi hər tərəfdən mühasirə altındadır. Siz özünüz həmişə deyirsiniz ki, qəhrəmanlar az qüvvənin içindən çıxır. Hazırda o qəhrəmanların önündə böyük çətinliklər durur. O çətinlikləri də məhv etmək üçün inqilab qəhrəmanlarına yardım əlinizi uzatmalısınız.
Nina ərə gedirMən evə gəldikdə Nina yox idi. Onun qulluqçusu Zeynəb bacı və mənim evimi təmizləyən Təhminə xanım ev sahibi Minasyanın qadını Şuşanik xanımla danışırdı. Təhminə və Zeynəbin gözləri ağlamış adam gözünə oxşayırdı. Mən içəri girəndə yalnız Şuşanik xanımın bu sözlərini eşitdim:– Hayıf gözəl Nina! Arşak mənim öz ermənimdir. Amma bilirəm ki, o, arvad saxlayan deyil.
Стихи других поэтов
Əzm eylə diyar-ı ŞirvanıQət eylə rəh-i Azərbaycanı
Bir günəşYetişdi hesablar, doldu mətləbə,Şükür, üstümüzə çaldı bir günəş.
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
UtanmaEy ardən ari, bala, mərdanə utanma,Hər ləhzədə ol sakini-çayxanə utanma!