Qızıl Arslan Şimali Azərbaycanın bəzi hissələrini gəzdikdən sonra məmləkətin vəziyyəti barəsində Atabəy Məhəmmədə uzun bir məruzə məktubu göndərmişdi. O, məktubu yazırdı:

“Üsyanların əsas səbəbi üsul-idarənin köhnəlməsi və qanunların qabalığıdır. Məmləkətin xalqı iki hissəyə ayrılmışdır. Acizlər, əzilənlər mühacirətdədirlər. Qolunda və qəlbində qüvvət hiss edənlər isə üsyan cəbhəsindədir. Səlcuqilər Azərbaycanda hökumət qurduqları yüz ilin müddətində islamın zühurundan bəri ərəblərin qurduqları üsul-idarədən istifadə etmişlər. Hazırkı vəziyyətdə peşəkarları şəhərə, kəndlini isə torpağa təhkim etmək imkan xaricindədir. Səlcuqilər dövründə və hazırkı hökumətin iş başına keçdiyi birinci illərdə yerli hakimlər xalqın etimadını tamamilə itirmişdir.

Yerli hakimlər torpaq sahiblərinə azad hərəkət ixtiyarını vermişdir. Onlar Osman xəlifə vaxtından həyata keçirilən əşr qanunlarına kifayətlənməyərək, kəndlilərdən istədikləri qədər bəhər tələb edirlər. Buna görə də kəndliyə torpaq əkmək qazanc vermir. Onların bir hissəsi şəhərə qaçır, bir hissəsi də üsyana qoşulur.

Məmləkətdə müəyyən torpaq qanunu olmadığından hər bir mülkədarın özünə görə torpaq qanunu vardır.

Şəhər peşəkarlarından alınan vergilərin hədd-hesabı yoxdur. Çünki peşəkarlardan alınan vergilər hökumət xəzinəsi ilə əlaqədar olmayan vergilər cərgəsinə salınmışdır. Bunun üçün vergilərin miqdarını yerli hakimlər təyin edir. Bu qərarla da peşəkarlardan alınacaq verginin miqdarı yerli hakimin illik məsarifinin miqdarından asılıdır.

İsrafçı və təntənə düşkünü olan hakimlər peşəkarlardan alınacaq vergini ildə bir kərə deyil, bir neçə kərə tətbiq edirlər. Bəzən yerli hakimlərin mətbəx məsarifini ödəmək üçün bir şəhərin sənaye vergisi kifayət etmir.

Belə bir soyğunçuluğun nəticəsində şəhər sənayesi məhv olur, peşəkarlar işini dayandırmağa məcbur olurlar.

Mən Cənubi Azərbaycanın dağlıq tərəflərini gəzdiyim zaman əhalidən bir çox ərizələr aldım. Onlardan əhəmiyyətli olanlarını ayırıb Atabəy həzrətlərinə göndərdim. Çox acı və eyni zamanda hökumət quruluşu nöqteyi-nəzərindən qorxulu məsələlərə təsadüf etdim. Bu məsələlər: əhalini mərkəzi hökumətlə əlaqələndirəcək vasitələrin olmaması və hökumətin istinad edə biləcəyi vasitələrin yoxluğundan ibarətdir.

Rəiyyət yerli hakimdən başqa bir hökumət tanımır, çünki idarə etdikləri ölkənin bütün ixtiyarı hakimlərin əlindədir. Asdırmaq, kəsdirmək, köçürmək və sair ixtiyarların hamısı onlara tapşırılmışdır. Vergi işlərini nəzərdən keçirdiyim zaman belə bir qənaətə gəldim ki, vergi işləri səlcuqilər dövründə bundan daha müntəzəm, daha əlverişli imiş. Çünki o zaman rəiyyət üç xəzinəyə vergi vermək məcburiyyətində deyildi. Səncər şahın öldüyü gündən bəri Azərbaycan yüz kərə əldən-ələ keçmişdir. Rəiyyət tamamilə vergi vermək qüvvətini itirmişdir. Ümid edirəm ki, Atabəy həzrətləri mənim bu səmimi olan məktubumu nəzərə alıb Azərbaycanın bir neçə il vergilərdən azad olunmasına əmr və fərman sadir edəcəkdir.

Vergilər bağışlandıqdan sonra mərkəzi hökumətdə bu müddətdə vergi işlərini nizama salmaq və onu mərkəzləşdirmək üçün hazırlıq aparmalıdır. Yeri gəlmişkən Atabəy həzrətlərinin tapşırığı üzrə əldə edilən məlumatı da göndərirəm.

Biz rəiyyətpərvərlik nöqteyi-nəzərindən bu xalqı təşkil edə bilərsək, bu qüvvəti hər hansı böyük bir düşmənin qarşısına çıxara bilərik. Azərbaycanın mövqeyi və əhalisinin mühərib olması Atabəy hökumətinin möhkəm edilməsi üçün əsas bir vasitə ola bilər. Buna görə də mən müstəqil Azərbaycan hökuməti təşkil etmək təklifini meydana sürməkdə özümü haqlı hesab edirəm. Məmləkəti öz xalqının əlinə vermək lazımdır. Burada hökumət idarə edə biləcək kişilər az deyildir. Lakin hansı ölkənin hakimini soruşursan “Əbü filan, əbü filan” deyə cavab verirlər. Yerli xalq onlara bir hakim kimi yox, bir soyğunçu kimi baxır.

Azərbaycan xalqının mədəni səviyyəsi ərəblər və farslara nisbətlə olduqca irəlidədir. Onları ərəb və fars hakimlərinin itaətinə məcbur etmək, ərəblər dövründən qalan qanunların ibtidai çərçivəsində yerləşdirmək çox çətindir. Azərbaycan xalqının tarixi əcnəbi hakimiyyətinə qarşı üsyanlar əsasında qurulmuşdur. Bunları nəzərə alaraq biz Azərbaycan xalqına onların öz hökuməti kimi, hətta doğma hökuməti kimi görünən bir hökumət təşkil etməli və Atabəy ölkələri üçün təzə qanunlar düzəldiyi vaxt Azərbaycanın xüsusiyyətini nəzərə almalıyıq. Fars və İraqda həyata keçiriləcək qanunları Azərbaycanda həyata keçirmək mümkün deyildir. Çünki bir xalqın içərisində qanunlar tətbiq edilən zaman ölkənin mövqeyini, tarixini, əhalisinin əhval-ruhiyyəsini nəzərə almaq lazımdır.

Əsas nöqsanlardan birisi də səlcuqilər dövründən qalan hakimlərin hələ də iş başında qalmalarıdır. Çünki köhnə adamların hökumət başında qalması təzə işlərin həyata keçirilməsi üçün çətinlik törədə bilər. Vergi qanunları dəyişildiyi zaman varidatın mərkəzləşdirilməsini və bununla yerlərə təyin olunan hakimlərin dövlət xəzinəsindən maaş almasını nəzərdə tutmaq lazımdır. Belə olursa yerli hakimlər dövlət xəzinəsinə vergi almaq bəhanəsilə rəiyyəti soya bilməzlər. Ancaq beləliklə məmləkətdə vahid vergi üsulunu həyata keçirmək olar.

Mən neçə aydan bəridir ki, yerli hakimlərin müxtəlif adlarla kəndlilərdən aldıqları müxtəlif vergilərin miqdarı ilə tanış oluram. Bu miqdar hakimlərin hökumət xəzinəsinə göndərdiyi verginin miqdarından doqquz kərə artıqdır. Beləliklə, hakimlər xalqdan aldıqları verginin bir faizini hökumətə, doqquz faizini isə öz ciblərinə qoyublar.

Azərbaycan, səlcuqilər dövründə bütün digər məmləkətlərə nisbətən ən böyük vergi vermiş bir ölkədir. Halbuki hökumət xəzinəsinə yetişən bu vergi rəiyyətdən alınan vergilərin onda biridir. Cərimə və rüşvətlər bura daxil deyildir. Çünki bunlar hakimlərin öz xüsusi işləri olduğu üçün bizim hesaba almağımız mümkün deyil. Rüşvətin və qarətin bu qədər genişlənməsinə səbəb ümumi cəza qanunları və hökumət məhkəmələrinin olmamasıdır. Yerli hakim cəriməni müəyyən bir ölçü ilə almaq üçün bir yerdən göstəriş almır, cərimə və cəza miqdarını hakimin özü təyin edir. Şəriət məhkəmələri hakimlərin əlində alət olub qalır. Bəzən bunlar hökumətdən aldıqları göstəriş üzərinə işləyirlər.

Hakimlərin gəlir mənbələrindən birisi də ərəblər vaxtından qalan diyə, yəni qan bahası məsələsidir. Adam öldürənlərə cəza verilmir, çünki qatillər qanın bahasını verib günahlarını təmizləyirlər. Bunu da hakimlər və yerli ruhanilər təqdir edir, çünki qatildən alınıb ölü sahibinə veriləcək qan bahasından hakimin və şəriət mollasının da müəyyən gəliri vardır. İnsan qırğınının qabağını almaq üçün adam öldürənləri cəzalandırmaq və qan bahası verilməsi işini qanundan kənar hesab etmək lazımdır. Bəzən ölənin vərəsələrinə verilmək üçün qatildən alınan qan bahası yerli hakimin və onunla əlbir işləyən ruhanilərin cibinə tökülür.

Əhalinin narazılığına səbəb olan qanunsuzluğun birisi də budur ki, ailələrin toxunulmazlığı təmin edilməmişdir.

Hökumət işlərinin öz məhvəri üzərində gedə bilməməsinin bir səbəbi də ruhanilərin hökumət işlərinə müdaxilə etməsidir. Hələ ərəblər zamanından indiyə qədər islam ölkələrində hökumətlə ruhaninin vəzifəsi ayird olunmamışdır. Bu hadisə islam ölkələrində dəhşətli bir xəstəlik kimi getdikcə dərinləşir. Nə qədər ki, ruhanilər tamamilə hökumət işlərini öz əllərinə almamışdır, bu xəstəliyin qarşısını almaq lazımdır. Əlbəttə, mən ruhanilərin tamamilə hökumətdən ayrılmasını təklif etmirəm. Çünki Quranın əsas qanun götürüldüyü bir məmləkətdə ruhaniləri hökumətin idarə işlərindən uzaqlaşdırmaq mümkün olmaz. Hökumət məhkəmələrində ruhanilərdən nümayəndə saxlamaq əvəzində ruhanilərdən təşkil edilən məhkəmələrdə hökumətdən nümayəndə çağırılır. Atabəy həzrətlərinin icazəsi olsaydı, ruhanilərin vəzifəsini təyin etməyə çalışardım.

Qarşımızda duran çətin məsələlərdən birisi də təriqətlərlə aparacağımız mübarizə məsələsidir. Azərbaycanı təzədən qurmaq, xalqın şüurunu yenidən mədəni-maarif sahəsinə çevirmək üçün birinci növbədə təriqətləri kökündən ləğv etməliyik. Bunu da qeyd etməliyəm ki, bütün təriqətçiliyin və müridçiliyin yuvası Şirvan şahlığıdır. Azərbaycana təriqət mübahisələri, məzhəb vuruşmaları daima Şirvan vasitəsilə gəlməkdədir.

Ərəb və farslar yerli xalqın mədəni və siyasi şüurlarını çürütmək üçün onlara təriqət və məzhəb xəstəliklərini aşılamışlar. Təriqətlər, dinlər, məzhəblər, cürbəcür əqidələr Azərbaycanda mədəni qanunların əleyhinə olaraq ailə pozğunluğu törədir. Qadınların həyatında tətbiq edilən siğə və mütə qanunları gələcək sağlam ailə təşkili üçün mühüm bir qorxu təşkil edir.

Gürcüstan səfəri barəsində əlahəzrət Toğrulun fikrinə şərik ola bilmirəm. Gürcüstanda vahid bir xalq yaşamaqdadır. Bu xalqla səmimi dostluq əlaqəsi yaratmaq məmləkətin işğalından daha mənfəətli olar. Vəhdət təşkil edən bir xalqı əsirlikdə saxlamaq və yabançı bir nüfuza bağlamaq çox çətindir. Biz Gürcüstanı atabəylər məmləkətinə ilhaq etdikdən sonra Azərbaycanın qonşusunda tarixi bir ixtilafa səbəb ola bilərik. Bundan da əlavə, Gürcüstan səfərinin müvəffəqiyyətlə qurtarması üçün lazım olan ünsürlər mövcud deyildir. Gürcüstan xalqını biri digərinin əleyhinə qaldırmaq və yabançı hökumətin mövqeyini möhkəmləndirmək üçün də heç bir vasitə yoxdur. Gürcülər vahid bir millət kimi bizim dostumuz da ola bilər, bir düşmən kimi qarşımıza çıxmağı da bacararlar. Gürcülərin də azərbaycanlılar kimi milli azadlıq duyğuları uzun illərin hadisələrinə təslim olmamışdır. Hər halda biz üzümüzü Orta Asiyaya tərəf çevirməliyik, orada bizim qələbəmizi təmin edə biləcək ünsürlər çoxdur. Xarəzm şahı kimi rəqibimizi azad buraxaraq qoşunlarımızı rəqib olmayan ölkələrə saldırmaq hökmdarlıq nöqteyi-nəzərindən qəbul ediləcək tədbir deyildir. Azərbaycan qırx il heç bir rəqib hiss etmədən səlcuqilərin əlində yaşadı isə də onlar bir neçə came, meydan və küçəyə öz adlarını verməkdən başqa bir iş görmədilər. Biz isə belə olmamalıyıq. Hərgah Qara dəniz gürcülərin əlindədirsə, Xəzər dənizi də bizim əlimizdədir. Biz Xəzər dənizini Gürcüstan tacirlərinə açıq elan etsək, onlar da Qara dənizi bizim ticarətin üzünə açıq edərlər.

Hələlik bu qədər. Böyük və möhtərəm qardaşım əlahəzrət Atabəyin səhhətini və qalibiyyətini istəyirəm”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Bir nömrəli şəbnamə

Bugünkü iclasda Rus-İran məktəbinin müəllimi, gənc inqilabçı Əkbər Əkbərov da iştirak edirdi. Gündəlik müzakirədə bircə məsələ dururdu. O da bizim gələcək fəaliyyətimizi müəyyənləşdirməkdən ibarət idi. İclası Hacı Əli ağa idarə edirdi. Yoldaşlardan bir çoxu sədrin irəliyə atdığı «nə yolda hərəkət etməliyik?» sualına qarşı uzun-uzadı danışdılar, hamıdan sonra mən söz aldım:– Biz Məhəmmədəlinin İrana kimlər tərəfindən və nə məqsədlə gətirilməsi haqqında geniş kütlə arasında izahat işləri aparmalıyıq. Biz camaata inqilabın tamamilə məğlub olmadığını, məşrutə hökumətinin möhkəm olduğunu, məşrutə ordusunun düşmənə fayiq gələcəyini, ingilis və rus intriqası ilə ciddi mübarizə aparılması lüzumunu anlatmalı, Təbrizdəki Məhəmmədəli tərəfdarlarına meydan verməməliyik.

16 мин
Hacı Əli ağanın ziyafətində

Mən bir az yubanmışdım. Miss Hanna həyəcanlı bir surətdə evdə gəzişirdi.O məni görərkən indiyə qədər dilinə gətirmədiyi sözləri deməyə başladı:

14 мин
Şəbnaməyi nömrə duvvum

Bu gün Təbrizin bütün küçələrində rus teleqraf agentliyinin xəbərləri vurulmuşdu. Bu da Təbriz həyatında birinci hadisələrdən idi, çar istilası zamanı və çar istilasından əvvəl belə-belə hadisələr olmamışdı.Rus konsulxanasının bizim çıxardığımız şəbnamələrlə mübarizə aparmaq tədbirləri bundan ibarət qaldı. O, yalan və uydurma teleqraf xəbərlərini çap etdirib divarlara yapışdırmaqla xalqın fikrini Məhəmmədəlinin lehinə çevirməyə çalışırdı. Teleqraf bu məzmunda idi:

30 мин
Şəbnamə №3

Mən hələ nahar etməmişdim. Rus-İran məktəbindən yenicə gəlmişdim. Təbrizdə hökm sürən həyəcanlı şayiələri müzakirə etmək üçün oraya yığılmışdıq.Ruslar, ingilislər Məhəmmədəlinin taxta sahib olması qalibiyyəti haqqında cürbəcür şayiələr buraxırdı. Sabiq şahın hərəkətlərinə dair xəbərləri olduqca gizlin saxlayırdılar, konsulxanalarda belə lazımi xəbərlər yox idi.

4 мин

Стихи других поэтов