Təzədən bir gözəl çıxdı aləmə,Yanağı gül, buxaq lala,maşallah!Onun gözəlliyin aldım qələmə,Bədr sifət, ay camala maşallah!

İsmin Mələkdir, yoxsa Salatın,Xətəmin zərnişan, sırması altun,Qaldır, niqabını aç,Güləbatın,Dal gərdəndə sarı telə,maşallah!

Xəstə pir əlindən içibdi bada,Gözəllər yolunda gedərəm bada,Daha tərif olmaz bundan ziyada,İndi baxdı gülə-gülə,maşallah.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов